Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə48/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   44   45   46   47   48   49   50   51   ...   144

 

235 


 

Ya Hüseyn, ağlayar sənə leylü nəharı Nadimün, 

Dəhri‐fənadə qalmayub səbrü qərarı Nadimün, 

Eyləyər arizu o şeşguşə məzarı Nadimün, 

Üzrü günahimə, Hüseyn, bircə qələm gətürmişəm. 

 

 



 

   Minacati‐İmam Hüseyn (ə) 

 

Xoş gəlmisən bu ərseyi‐Minayə, Cəbrəil, 



Sal “va Hüseyn” sədasını dünyayə, Cəbrəil.(ə) 

 

Xoşdur mənə yaralı bu xak üstə yatmağım, 



İcz etmərəm bu ərsədə ə`dayə, Cəbrəil. 

 

Ruzi‐Ələstdə eylədigim əhdimə çatam, 



Çoxdandı düşmüşəm bu təmənnayə, Cəbrəil. 

 

Xüldi‐bərinə eylə rücu, sölə halımı, 



Oğlı ölən o zöhreyi‐Zəhrayə, Cəbrəil. 

 

Söylə, Hüseynüvi susuz üryan salubdular, 



Gəlsün əlində qarə bu səhrayə, Cəbrəil. 

 

Gəlsün bu çöldə gözlərimi bağlasun özi, 



Versün təsəlli Zeynəbü Kübrayə, Cəbrəil. 

 

 



 


 

236 


 

İmam Hüseyn (ə) dilindən 

 

Özün sən şahid ol, Mənnan İlahi! 



Olubdur dəstəmazım qan, İlahi! 

 

Gedibdür yavərim, yarım əlimdən, 



Kənar oldum qəbiləmdən, elimdən, 

Oğul vay naləsi düşməz dilimdən, 

Kəsəllər başımı ətşan, İlahi! 

 

Ədulər kəsdilər tabü təvanım, 



Yaralı cismimə qüsl oldı qanım, 

Ki, səndən qeyriyə yoxdur gümanım, 

Dodaqimə yetibdür can, İlahi. 

 

Salublar qardaşım Əbbası qolsuz, 



Qoyublar ərseyi‐meydandə yalquz, 

Nə çarə eyləyim bəs mən oğulsuz? 

Alubdur dövrəmi üdvan, İlahi. 

 

Susuz doğrandı çün şəhzadə Əkbər, 



Əlimdə təşnələb oxlandı Əsğər, 

Gözi yaşlu qalub bikəs hərəmlər, 

Edərlər naləvü əfğan, İlahi. 

 

Əyalım “va Hüseyn” söylər təmami, 



Səkinəm ağlayar əldə su cami, 

Şəhid eylər ədu ətşan İmami, 

Bu çöldə təşnə verrəm can, İlahi. 

 

 



 


 

237 


 

Ədu qoymaz hərəmlər ağlasunlar, 

Cənazəm üstə sinə dağlasunlar, 

Öləndə gözlərimi bağlasunlar, 

Verər can Şahi‐din giryan, İlahi. 

 

Bəli, əhdim budur ruzi‐Ələstdə, 



Yüzüm qanlı yatam topraqlar üstə, 

Çapallar at yaralı sinəm üstə, 

Qoyarlar nə`şimi üryan, İlahi. 

 

İlahi, et nəzər bu bipənahə, 



Olubdur mültəci ol padşahə, 

Bu kəlmat üzrdür üzma günahə, 

Sızıldar Nadimi‐giryan, İlahi. 

 

Həzrət İmam Hüseyn (ə) dilindən 

 

Susuz öldürmüsüz, ey qövmi‐dəğa, Əkbərimi, 



Qoymayun təşnə qala, barı, Əli Əsğərimi. 

 

Ərəb içrə bilüsüz şərmü həya, qeyrət olur, 



Bihəyalıq sizə bu çöldə neçün adət olur? 

Təşnələb qalmağa bu tifldə nə taqət olur? 

Soldurubsuz susuzundan bu güli‐növbərimi. 

 

Heç rəvadurmı belə laləsifət qönçə sola?  



Ətəşindən ləbi‐gülbərgi bunun parə ola, 

Olmayun razı, bu mə`sumdi, ləbtəşnə qala, 

Barı, sirab eləyün siz bu mələkmənzərimi. 

 

 



 


 

238 


 

Aparun öz əlivüzlə bunı sirab eləyün, 

Ya vırun hülqinə ox, cismini bitab eləyün, 

Su verün, ya ləbini qan ilə xunab eləyün, 

Gətirüb dərdə bu, vallah, dili‐xunpərvərimi. 

 

Yüzi gül qönçəsitək suzi‐ətəşdən saralub, 



Bu gün üç gündi ki, bu xeymədə ləbtəşnə qalub, 

Bu qədər zülm eləyürsüz, sizə axır nə olub? 

Qolsuz öldürdüz Ələmdari‐hünərpərvərimi. 

 

Olmaram şaki bülün xuni‐Əli Əkbər ilən, 



Kəsməsəz yollarımı əldə Əli Əsğər ilən, 

Qoyaram çöllərə yüz itrəti‐Peyğəmbər ilən, 

Həşrdə istəmərəm xuni‐bəradərlərimi. 

 

Salmayun başımı bundan da bətər keşməkeşə, 



Gedərəm qoysaz əgər mülki‐Firəngü Həbəşə, 

Rəhm edün bu ələm üstündə yatan tutivəşə, 

Xuncigər eyləməyün itrəti‐biyavərimi. 

 

Etmərəm kişvəri sükna mənə qoy olsun həram, 



Yox rücuim sizə Şam içrə Yəzid olsun imam, 

Niyə tə`cil edüsüz qətlimə, ey qövmi‐zülam, 

Soldurub cövri‐xəzan qönçəsifət güllərimi. 

 

Nadimin canı fəda təşnə Əli Əsğərüvə, 



Qanə qəltidə olan Əkbəri‐məhpeykərüvə, 

Bir nəzər etsən əgər növhə edən nokərüvə, 

Rəhmətün zail edər cümleyi‐möhnətlərimi. 

 

 



 


 

239 


 

Seyyidüşşühəda (ə) Həzrət Zeynəbə xitabən 

 

Ağlama, səbr eylə, ey məhzunü müztər, Zeynəbim, 



Çəkməyüb ə`da hələ şəmşirü xəncər, Zeynəbim. 

 

Lüccə vırmaz bəhri‐qəm, sakitdi qan dərya hələ, 



Ruzi‐Aşura degil, Şimr almayub xəncər ələ, 

Əsğəri tir ilə sirab etməyübdür Hərmələ, 

Dolmayubdur qan ilə qundaği‐Əsğər, Zeynəbim. 

 

Əsməyüb badi‐sitəm, gülzari‐Heydər solmayub, 



Xeyməgahun dövrini ceyşi‐sitəmkər almayub, 

Qanına qəltan Həbib ibni Məzahir olmayub, 

Pasibanundur hələ ənsarü yavər, Zeynəbim. 

 

Barişi yağmayubdur, düşməyübdür qan hənuz, 



Gün önündə olmayub oğlanlarun ətşan hənuz, 

Əşqiyalər kəsməyüb yetmiş iki qurban hənuz, 

Düşməyüb pirü cəvan meydanə bisər, Zeynəbim. 

 

İstirahət eylər ənsarım hələ yeksər, bacı, 



Bükməyübdür qamətim hicri‐Əli Əkbər, bacı, 

Yolmayub zülfin hələ Leylayi‐biyavər, bacı, 

Geyməyüb qanlı kəfən şəhzadə Əkbər, Zeynəbim. 

 

Ey anam, bacı, zəmani‐istirahətdür hələ, 



Əsğərim yatmış beşikdə, indi rahətdür hələ, 

Qolları Əbbasımun əl`an səlamətdür hələ, 

Batmayub qanə Ələmdari‐hünərpərvər, Zeynəbim. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə