Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə44/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   40   41   42   43   44   45   46   47   ...   144

 

215 


 

Toy hücrəsi qarətgər əlində olu bərbad, 

Toy rəxti ərusun dönə zülm ilə qərayə. 

 

Əfrad 

 

Bu yer o yerdi, batar qanə Əkbərü Əbbas, 



Bu yerdə Ali‐Peyəmbər dutar cəvanlara yas. 

 

Bu yerdə Əkbərimi parə‐parə doğrallar, 



Əlimdə Əsğərimi əhli‐kinə oxlallar. 

 

Bu çöldə qanə batar bu Hüseyni‐təşnəcigər, 



Tökər üzarinə göz yaşı Zeynəbi‐müztər. 

 

Təmamiyi‐növhə 

 

Bu şahi‐Hicazın pozar ə`dalər əsasın, 



Külsum salacaq başına Əbbas qərasın, 

Şimrün özi Xaliq verə məhşərdə cəzasın, 

Mane` olu ol ərsədə çün bəzmi‐əzayə. 

 

Zəncirə çəkər itrəti‐ətharı ədulər, 



Qolbağlu gələr naləyə gülyüzli hərəmlər, 

Üryan dəvələr üstə təmam Ali‐Peyəmbər, 

Cövlan eləyüb, səbr eləyər əmri‐qəzayə. 

 

Çünki özüm əhd eyləmişəm can verəm ətşan, 



Bu çöldə kəsilsün mən ilə bir neçə qurban, 

Ta şamü səhər növhə edə Nadimi‐nalan, 

Hər bəzmi‐əzadə gələ şur ilə nəvayə. 

 

 



 

216 


 

Ağlaram bu qəmdə 

 

Ağlaram bu qəmdə, cümlə şiələr qan ağlayur, 



Mərdü zən, şahü gəda olmuş nəvaxan, ağlayur. 

 

Şiələr qarə geyüb əllərdə çün qarə ələm, 



Bu müsibətdə təmamən ağlayarlar dəmbədəm, 

Çün Fərat üstə Ələmdarın qolı oldı qələm, 

Görmüş Əbbasın o halın Şahi‐mərdan ağlayur. 

 

Əkbəri meydanə göndərdi Şəhidi‐Kərbəla, 



Parə‐parə ol cəvani doğradılar əşqiya, 

Bu cəvanın matəmində xəlq hamı geymiş qəra, 

Masiva cümlə hamı olmuş əzaxan, ağlayur. 

 

Kərbəladə toy edibdür Qasimə Şahi‐zəman, 



Toy hənasın zülm ilə əhli‐cəfa eylüblə qan, 

Çün ərusi‐binəva olmuş bu qəmdən növhəxan, 

Qəlbi pürxun, çeşmi məhzun, zarü giryan ağlayur. 

 

Kərbəla sultanını öldürdilər əhli‐zülam, 



Xeyməgahi zülm ilə qarət edüblər əhli‐Şam, 

Ey könül, göz yaşını rüxsarə cari müdam, 

Bu əzayi‐qəmfəzadə cümlə insan ağlayur. 

 

Zeynəbi‐biçarəni Şimr eyləyibdür dəstgir, 



Xeyməgahə od vırublar büğz ilə qövmi‐şərir, 

Sənə giryan, qəlbi suzan qövmi‐dun eylüb əsir, 

Ali‐Peyəmbər olub zarü hərasan, ağlayur. 

 

 



 


 

217 


 

Çulğuyub şivən səsi Kərbübəla səhrasını, 

Öldürüblər kin ilə ətşanların səqqasını, 

Nəhri‐Əlqəm üstə qolsuz saldılar Əbbasını, 

Çün Ələmdarı ölən Şahi‐şəhidan ağlayur. 

 

Sən də ağla bu əzadə, şur ilə eylə səda, 



Qanına əlvan olubdur Padşahi‐Kərbəla, 

Ağla, göz yaşilə bu Şahi özindən et riza, 

Ənbiyalər, övliyalər eylüb əfğan, ağlayur. 

 

Nadima, bu qəmdə göz yaşın üzarə qıl rəvan, 



Mətləbün etsün rəva aləmdə Sultani‐zəman, 

Yaz qələm əldə risalə, ruzü şəb, eylə fəğan, 

Ya Hüseyn, olmuş sənə Nadim nəvaxan, ağlayur. 

 

Mədinədə qalan Fatimeyi‐Süğra dilindən 

 

Cəddə, bu gecə xabdə mən Əkbəri gördüm, 



Əlvan olub öz qaninə ol yavəri gördüm. 

 

Gördüm çü durub dəşti‐biyabandə heyran, 



Zülfündən axar qan eləyər ruyini əlvan, 

Bu vaqiədən, cəddə, bu gün oldum hərasan, 

Qan içrə düşüb Əkbəri‐xoşmənzəri gördüm. 

 

Gördüm o biyabandə Ceyhunə dönüb qan, 



Ol dəştdə Leyli eləyər naləvü əfğan,  

Vallahi, bu qüssə eləyüb qəlbimi viran, 

Xak üstə düşüb surəti‐Peyğəmbəri gördüm.   

 

 



 


 

218 


 

Ol dəştdə çün göz yaşı ümmanə dönübdür, 

Gördüm ki, o səhranı qızıl qanə dönübdür, 

Toy xəl`əti çün Əkbərimün qanə dönübdür, 

Parə bədəni, Əkbəri‐qəmpərvəri gördüm. 

 

Gördüm babamun dövrini düşmənlər alıbdur, 



Ol çöldə babam bikəsü biyar qalıbdur, 

Qəmdən babamun gül kimi rəngi saralıbdur, 

Tənha qalub ol çöldə Şəhi‐məhşəri gördüm. 

 

Qundaği‐Əli Əsğəri gördüm olub al qan, 



Ağlar əlinün üstə dutub Şahi‐şəhidan, 

Eylüblə yəqin xaneyi‐Peyğəmbəri viran, 

Hülqi‐dəmi peykannişan Əsğəri gördüm. 

 

Gördüm o biyabanda qiyamət olub icad, 



Şövq ilə babam çün eləyüb Qasımi damad, 

Döndərdilə yasə o toyi ləşkəri‐bidad, 

Sədparə düşüb Qasımi‐gülpeykəri gördüm. 

 

Gördüm əmimün dövrini düşmənlər alublar, 



Qollarını çün abi‐Fərat üstə salublar, 

Övladi‐Əli xeymədə ləbtəşnə qalublar, 

Əbbasi‐ələmdari‐vəfapərvəri gördüm. 

 

Gördüm su yolın bağlayub ol ləşkəri‐kinə, 



Ağlar ətəşdən yetişüb canə Səkinə, 

Hər vəqt təsəlli verür ol mahi‐Mədinə, 

Qəmxar ona Əbbasi‐hünərpərvəri gördüm. 

 

 



 


 

219 


 

Cəddə, mənim əhvalimə rəhm et, səni Tari, 

Bir dut əlimi dışra çıxat, sən məni, bari, 

Bir namə yazım göndərim ol Kufəyə sari, 

Əfğanə gəlüb Zeynəbi‐didətəri gördüm. 

 

Bu vaqiədən çünki alub canımı qəmlər, 



Gördüm olub üdvanə əsir Zeynəbi‐müztər, 

Eylübdi əsir əmmələrim Şimri‐sitəmkər, 

Gözyaşlı qalub Zeynəbi‐bimə`cəri gördüm. 

 

Bu vaqiə, vallahi, alub tabü təvanım, 



Bu möhnətü qəmdən çıxar əflakə fəğanım, 

Ağlar mənim əhvalıma hər vəqtdə Nadim, 

Növhə eləyər Nadimi‐qəmpərvəri gördüm.  

 

Mədinədə qalan, İmam Hüseynin qızı  



Fatimeyi‐Süğra dilindən 

 

Ey Xuda, qan oldı könlüm, həmzəbanım gəlmədi, 



Əkbəri‐xoşmənzərü arami‐canım gəlmədi.

 



 

Məni‐əlili qoydılar gözyaşlı ağlar müttəsil, 

Yanmayub nari‐qəmə bir kimsə məntək bu qəbil, 

Bəs nə çarə eyləyim, ya Rəb, məni‐zarü əlil, 

Nə babam, nə əmulər, bir mehribanım gəlmədi. 

 

Və`də etmişdi babam dəvət edə mən müztəri, 



Məndən ötri göndərə şibhi‐Peyəmbər Əkbəri, 

 

 



                                                 

 Bu beyt təkrardır. Qəzəllərin birində getmişdir. Qəzəldə “Əkbər” yerinə 



“munis” verilmişdir. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə