Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə41/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   37   38   39   40   41   42   43   44   ...   144

 

200 


 

Ya Rəb, bu necə qəmdi ki, aləmləri dağlar 

 

Ya Rəb, bu necə qəmdi ki, aləmləri dağlar, 



Aləmləri dağlar, dili‐Peyğəmbəri dağlar. 

 

Ya Rəb, bu nə möhnətdi batub yasə mələklər, 



Qarə geyinüb Məryəmü Sara ilə Hacər, 

Zəhra eləyüb “va vələda” zikrini əzbər, 

Bu fəsli‐büka gülşənara gülləri dağlar. 

 

Qanə boyanub ərşü səmavati‐İlahi, 



Bu möhnət edüb qəmzədə xurşid ilə mahi, 

Tə`sir eləyüb şiələrə Zeynəbün ahi, 

Ahın şərəri bu dili‐xunpərvəri dağlar. 

 

Zeynəblə edər nalə bu gün bir neçə mə`sum, 



Məhmələ məni‐zarə olubdur belə mə`lum, 

Eylüblə Şəhi‐dini yəqin kin ilə məzlum, 

Ol şahə olan zülm Şəhi‐məhşəri dağlar. 

 

Ol çöldə ədu qurdula məkr ilə nizami, 



Çəkdi Şəhi‐din cəngə o küffari‐təmami, 

Şimr axırı zibh etdi səri‐paki‐İmami 

Ol şahun o halı dili‐qəmpərvəri dağlar. 

 

Oldı bu qəmə didələrim xun ilə pürnəm, 



Rüxsarə gözüm yaşı olar cari dəmadəm, 

Qəlbim yanar odlar kimi hər mahi‐mühərrəm, 

Ahım şərəri‐suzi bu aləmləri dağlar. 

 

 



 


 

201 


 

Qoydula susuz itrəti‐ətharı bu ayda, 

Eylüblə şəhid qolsuz Ələmdarı bu ayda, 

Təndən cüda oldı iki qollari bu ayda, 

Qəlbimi onun qət` olunan əlləri dağlar. 

 

Oldı o Şəhün təşnə Əli Əkbəri ətşan, 



Eylər anası ruzü şəbi naləvü əfğan, 

Söylərdi, dəxi vırmayun, ey ləşkəri‐üdvan, 

Bəsdür mənə bu yarə, babam Heydəri dağlar. 

 

Ey qövm, yəqin eylün, anam qaldı oğulsuz, 



Bu yarə məni öldüri

 dərdim olu



∗∗

 büruz, 


Bikəs anamı imdi yəqin qoyduz oğulsuz, 

Görsə məni, bu halım o biyavəri dağlar. 

 

Nadim, elə göz yaşuvı rüxsarə rəvanə, 



Ta vardı həyatun, elə növhə o cəvanə, 

Sal şuri‐Əli Əkbəri bu ruyi‐cəhanə,  

Vallahi, onun o haləti Peyğəmbəri dağlar. 

 

   Sənün imdi dolanur qəbrüvə zəvvarun, Hüseyn (ə) 

 

Sənün imdi dolanur qəbrüvə zəvvarun, Hüseyn, 



Biz də bu dəstə ilə ollux əzadarun, Hüseyn. 

 

Sənə agahdı, Mövla, kəsilübdür yolumız, 



Bu ili yetmədi şeşguşə məzarə əlimiz, 

Va Hüseyn söylər əzalərdə həmişə dilimiz, 

 

 

                                                 



 Öldürür 

∗∗

 Olur 



 

202 


 

Ollux hər vəqfdə şövq ilə nəvakarun, Hüseyn. 

Doğranub ənsarun, Hüseyn. 

 

Öldürüb əhli‐cəfa Övn ilə həm Cə`fərüvi, 



Əlün üstündə susuz oxladılar Əsğərüvi, 

Gün qabağında susuz doğradılar Əkbərüvi, 

Qalmadı bir nəfər əshab ilə ənsarun, Hüseyn. 

Doğranub ənsarun, Hüseyn. 

  

Tökərux göz yaşını səfheyi‐rüxsarə hər il, 



Gər əcəldən verə möhlət bizə ol Rəbbi‐Cəlil, 

Çün düşüblər hamı bu dəstə bu dərgahə dəxil, 

Arizu eylərux eyvani‐təlakarun, Hüseyn. 

Doğranub ənsarun, Hüseyn. 

  

Tökərux göz yaşı çün soldurub ə`da gülüvi, 



Kərbəladə susuz öldürdülər yeksər elüvi, 

Boyuyub xuni‐cəfa Qasimi‐şirindilüvi, 

Başınun qanı xizab eylədi rüxsarun, Hüseyn. 

Doğranub ənsarun, Hüseyn. 

  

Qəddüvi bükdi sənün həzrəti‐Əbbas ölümi, 



Söylədün, qardaş, ədu kəsdilə çarə yolumı, 

Sən öləndən sora bükdi qəmü möhnət belimi, 

Sərnigun oldı ələm, öldi Ələmdarun, Hüseyn. 

Doğranub ənsarun, Hüseyn. 

 

Öpübən iyləyüb ağlardı Peyəmbər boğazun, 



Dad o gündən ki, açub Şimri‐sitəmkər boğazun, 

Çün iki zərbət ilə kəsdi o xəncər boğazun, 

 

 



 

203 


 

Təşnələb zibh elədi qatili‐xunxarun, Hüseyn. 

Doğranub ənsarun, Hüseyn. 

  

Od vırub əhli‐cəfa, şö`lələnüb xeymələrün, 



Qaçdılar çöllərə çün itrəti‐xundidələrün, 

Qaldı nar içrə əyal, Abidi‐xunincigərün, 

Sinəsin çak eləyüb Zeynəbi‐biyarun, Hüseyn. 

Doğranub ənsarun, Hüseyn. 

  

Zibh edən vəqtə başun ərzü səma ağladılar, 



Zeynəbin sinəsin hicran odına dağladılar, 

Qol‐qola itrəti‐Tahanı ədu bağladılar, 

Saldılar at döşünə xırda uşaqlarun, Hüseyn. 

Doğranub ənsarun, Hüseyn. 

  

Ya Hüseyn, eyləmə sən aləmara xar bizi, 



Cəzbeyi‐eşqün edər ildə nəvakar bizi, 

Hamı bu dəstə ilən sən elə zəvvar bizi, 

Gələn il Nadimün olsun genə zəvvarun, Hüseyn. 

Doğranub ənsarun, Hüseyn. 

 

Fatimeyi‐Zəhra (ə) dilindən 

oğlı Hüseynün (ə) başsız bədəninə 

 

Ey Kərbəla çölündə qurban olan Hüseynim, 



Ətfalı təşnəlıqdan ətşan olan Hüseynim. 

 

Bisər düşübdi nə`şün meydanə Kərbəladə, 



Əlvan olubdı cismün al qanə Kərbəladə, 

 

 




 

204 


 

Gəlləm, oğul, bu gün mən əfğanə Kərbəladə, 

Xun ilə cismi‐pakı əlvan olan Hüseynim. 

 

Xun bəstərində yatma, aç çeşmi‐əşkbarun, 



Dindir bu natəvanı, nalanü dilfikarun, 

Döndi xəzanə yeksər gülzari‐növbaharun, 

Ey Kərbəla çölündə ətşan olan Hüseynim! 

 

Eylər anan bu qəmdə əfğanü ahü nalə, 



Düşdi bu dilşikəstə dərdü qəmü məlalə, 

Cismün xərab olubdur xun ilə misli‐lalə, 

Ətfalı Kərbəladə giryan olan Hüseynim. 

 

Aç çeşmi‐xunfəşanun, ey varisi‐Peyəmbər, 



Eylər əsir əyalun Şimri‐ləinü kafər, 

Ağlar bu macəradə, əfğan edər Peyəmbər, 

Sərnizə üstə virdi Qur`an olan Hüseynim. 

 

Qıllam fəğanü nalə qılsam nəzarə cismün, 



Zülm ilə kim edübdür bəs parə‐parə cismün? 

Kim bəs hənutün eylüb, qoyar məzarə cismün, 

Zülm ilə xanimanı viran olan Hüseynim. 

 

Aç çeşmüvi nəzər qıl, tufani‐Kərbəlayə, 



Rəhm et bu binəvavü nalani‐Kərbəlayə, 

Zinət verübdi qanun meydani‐Kərbəlayə, 

Ey cismi zəxmi‐tirü peykan olan Hüseynim. 

 

Eşqündə qıllam əfğan, ey varisi‐Peyəmbər, 



Ağlar bu macəradə, əza dutar mələklər, 

 



Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə