Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə37/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   33   34   35   36   37   38   39   40   ...   144

 

179 


 

       Öldürə 

 

Bəs, rəvadur Şimr Hüseyni, şiə, ətşan öldürə? 



Cismi‐məcruhun edə qan ilə əlvan, öldürə. 

 

Həncərün zibh eyləyən vəqtə çox etdi cüstucu, 



Sölədi, çox təşnəyəm, ya Şimr, ver bir şürbə su, 

Can verəndə etdi öz qanilə təcdidi‐vüzu, 

Nə rəvadur natiqi‐Qur`anı üdvan öldürə? 

 

Şimrdən etsən sual əl`an, müsəlmanəm deyər, 



Ümməti‐Peyğəmbərəm, çün əhli‐Qur`anəm deyər, 

İmdi də Şimri danışdusan,

 müsəlmanəm deyər, 



Şimr bid`ət qoymuş, İslamı müsəlman öldürə. 

 

Dad o gündən Şimr xəncər qoydı ol gül həncərə, 



Dinini dünyayə satdı, ağ olub Peyğəmbərə, 

Rəxnə saldı ləngəri‐ərşi‐Xudayi‐Əkbərə, 

Qəsd edüb bikəs İmamə, qanə əlvan öldürə. 

 

Şimri‐bidinün əzabun Həqq özi etsün şədid, 



Din İmamun on iki zərbətlə eylübdür şəhid, 

Əl‐vərəq oldı, pozuldı əmri‐Qur`ani‐məcid, 

Hardadur xəlq öz İmamun beylə giryan öldürə. 

 

Nuri‐Həqqi Kərbəladə zülm ilə söndürdilər, 



Qarət eylüb xeyməgahun od vırub yandırdılar, 

Ələmün sənduqi üstə at çapub sındırdılar, 

Əzm edüb biqüsl nə`şün ləşkər üryan öldürə. 

                                                 

 Danışdırsan 




 

180 


 

Bihəyalux eyləyüb zülm ilə kəsdi başını, 

Gördi başsuz Zeynəbi‐bikəs Hüseyn qardaşını, 

Sölədi, “va möhnəta”, tökdi yüzə göz yaşını, 

Hardadur qurban kəsən qurbanı ətşan öldürə? 

 

Zəhi Həqq qurbanını ə`dalər ətşan qoydular, 



Bihəyalux eyləyüb yeksər libasın soydular, 

Nə`şini topraqlar üstə başsız üryan qoydular, 

Seydi səyyad harda vardur beylə giryan öldürə? 

 

Zeynəb ol vəqt zülfinə kül eyləyüb etdi fəğan, 



Xeyməgahi əzmi‐qarət eyləyəndə kufəyan, 

Söylədi, bir dadrəs yoxdur, Hüseyn, qardaş, əman, 

Zeynəbi az qaldı çün ənduhi‐tüğyan öldürə. 

 

Nadimün canı fəda olsun Hüseynün canına! 



Mədfənündə göz yaşı olsun rəvan eyvanına, 

Gər çəharüm mərtəbə yetsəm təla eyvanına, 

Növhəxanun şövqi‐vəslün istər əl`an öldürə. 

 

Eylədi 

 

Ah, o vəqtdən Şimri‐dun zülmündə tüğyan eylədi, 



Fil‐həqiqət, xaneyi‐imanı viran eylədi. 

 

Qanə qəltan eylədi, gör fisqini ol kafərin, 



Bir vücudi ki, onilə fəxr edər ərşi‐bərin, 

Ol vücudun xəncərə etdi nişan gül həncərin, 

Tökdi bir qan zahirən, batində min qan eylədi. 

 

 



 


 

181 


 

Xüldidə etdi təzəlzül ruhi‐Adəm ağladı, 

Baş açub qəsri‐cinanda ruhi‐Məryəm ağladı, 

Həzrəti‐Sara behiştdə dutdı matəm ağladı, 

Bu şəqi zalimləri zülmündə heyran eylədi. 

 

Rahi‐Həqqə gər hədiyyə etdi Yəhya qanını, 



Altı ilxı vermədi əldə quzı qurbanını, 

Qoymadılar qumlar üstə peykəri‐üryanını, 

Çünki qurbandı bu hər göz çeşməsin qan eylədi. 

 

Şimri‐laməzhəb alanda qəhr ilə xəncər ələ, 



Qarə yellər əsdi, tar oldı yer etdi zəlzələ, 

Katibi‐əmri‐qəza əfğan ilə gəldi dilə, 

Bu necə üsyandi, ya Rəb, əhli‐üsyan eylədi. 

 

Gər itirdi Yusifün Yə`qubi‐Kən`an, şiələr, 



Görmədi cismün xizab eylübdür al qan, şiələr, 

Kərbəla Yə`qubi oğlun verdi qurban, şiələr, 

Şövq ilə yetmiş iki qurbanı qurban eylədi. 

 

Göndərüb İsmailün Minayə gər Hacər fəda, 



Oğlunı tapdı səlamət söylədi, “va möhnəta”, 

Xeyməgahə Əkbərün gətdi Xəlili‐Kərbəla, 

Hacəri‐Kərbübəlanı zarü giryan eylədi. 

 

Nuh həqqaniyyətün etdi sübut tufan ilən, 



Cismi məcruh olmadı şəmşir ilə peykan ilən, 

Kərbəla Nuhi alubdur dəstəmazın qan ilən, 

Tapmayub su Şahi‐dini qan ilə tufan eylədi. 

 

 



 


 

182 


 

Nizələr başında başı şəms olub İsa kimin, 

Tur edüb Kərbübəlanı peykəri Musa kimin, 

Kərbəla səhrasın əlvan etdi qan dərya kimin, 

Əhmədi‐Muxtartək nurun nümayan eylədi. 

 

Gördi din inkar olur şəmşir ilə doğranmasa, 



Xeyməgahi atəşi‐Nəmrud ilə odlanmasa, 

Bir tənabə itrəti‐Taha qolı bağlanmasa, 

Verdi can cananına ol qanı bürhan eylədi. 

 

Cəzbeyi‐eşqi‐İlahi saldı şurə başını, 



Gahi mişkat eylədi ayati‐nurə başını, 

Bihəya Xuli qoyub axır tənurə başını, 

Şamətək başı cidadə xətmi‐Qur`an eylədi. 

 

Gördi din zail olur bəzmi‐Yəzidə getməsə, 



Şamdə bimarinə rəncü şəmatət yetməsə, 

Düxtəri viranələr küncində rehlət etməsə, 

Nadimi‐məhzuni bu möhnət nəvaxan eylədi. 

 

Ağlar sənə 

 

Ya Hüseyn, oldı mühərrəm, insü can ağlar sənə, 



Sahibi‐qüdrət, Xəlili‐laməkan ağlar sənə. 

 

Qadirü Qəhhar özü əl`an olub sahibəza, 



Malikani‐Həqq çəküblə ərşi‐ə`layə qəra, 

Rövzeyi‐rizvandə matəm dutublar ənbiya, 

Zakir olmuş Cəbrəil, eylər fəğan, ağlar sənə. 

 

 



 


 

183 


 

Maliki‐niyranü rizvan cümləsi geymiş qəra, 

Həlqeyi‐matəm qurublar ənbiya eylər səda, 

Va Hüseyna söyləyüb, zəccə edər ərşi‐Xuda, 

Zikr edər lövhü qələm, huri‐cinan ağlar sənə. 

 

Növhə eyləllər hamı, əl`an olublar biqərar, 



Adəmü Həvva tökər göz yaşını biixtiyar, 

Həzrəti‐İsanun olmuş imdi çeşmi əşkbar, 

Nuh ilə Musa olubla növhəxan, ağlar sənə. 

 

Va Hüseyn söylər Xəlil, eylər nəvayi‐şurü şeyn, 



Mürtəza söylər, belim oldı xəmidə, ya Hüseyn, 

Müstəfa imdi əmamə əldə söylər, nuri‐eyn, 

Həzrəti‐Zəhra olubdur bağrıqan, ağlar sənə. 

 

Müctəbanun ruyinə cari olubdur göz yaşı, 



Qan ilən əlvan olub zülm ilə yeddi qardaşı, 

Zibh olub ərzi‐bəladə Qasimün nazlı başı, 

Zəhr ilən məsmum olan Şahi‐cəhan ağlar sənə. 

 

Aləmi‐zərrdə geymiş qarə cəm`i‐masiva, 



Batinən rizvandə Tuba geyüb səbz qəba, 

Səlsəbil nitqə gəlüb, Kövsər yəqin eylər səda, 

Düşmə, nə icz eyləmə, abi‐rəvan ağlar sənə. 

 

Ya Hüseyn, icz eyləyüb ə`dayə, ətşanəm demə, 



Təşnə zibh olsa da gər, təşnə qurbanəm, demə, 

Qərqi‐qan olsan da gər, qan ilə əlvanəm, demə. 

Mahü xurşidü sitarə, asiman ağlar sənə. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə