Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə35/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   31   32   33   34   35   36   37   38   ...   144

 

169 


 

Göz önündə can verdi təşnələb şibhi‐Müstəfa, nazlı Əkbəri, 

Zülfüni xizab etdi qan həna, şiələr deyər, va Hüseyn, Hüseyn. 

 

Əl tapubla xar səhni‐gülşənə, etdilər xəzan qönçə güllərün, 



Dutdıla

 yolun, qırdılar elin, kəsdilər hamı çarə yollarun, 



Zalim Hərmələ nazlı sinədə oxladı susuz hülqün Əsğərün, 

Kaş olaydı bu canımız fəda, şiələr deyər, va Hüseyn, Hüseyn. 

 

Kəsdi başlarun, tökdi qanlarun, etmədi həya əhli‐kufəyan, 



Göz yaşun töküb, söylədi, əman “mən müinəna”

∗ ∗


 Şahi‐insü 

can, 


Canını fəda etdi namurad şövqü zövq ilən Qasimi‐cəvan, 

Namurad edüb aləmi vida şiələr deyər, va Hüseyn, Hüseyn. 

 

Axırı hücumavər oldular, saldılar Ələmdarunun qolun, 



Əsbdən ələm sahibin yerə saldılar, ələm oldı sərnigun, 

Baş qılınclanub, qol zəbun olub, sərv qaməti oldı qərq bəxun, 

Söylədi, yetiş dadə, ya əxa, şiələr deyər, va Hüseyn, Hüseyn. 

 

Qətlgahdə can verən zəman Şahi‐Kərbəla qıldı cüstucu, 



Şimr həncərün zibh edən zəman sölədi, verün bircə şürbə su, 

Kəsdilər başun təşnələb edüb can verən zəman qan ilən vüzu, 

Oldı gül səri cismdən cüda, şiələr deyər, va Hüseyn, Hüseyn. 

 

Qarət etdilər xeyməgahını, xeymələr hamı narə yandılar, 



Şamü Kufəni Ali‐Bu Türab at döşündə yeksər dolandılar, 

Nadimün tökər göz yaşın yüzə, təbahdür mənə ömri‐ruzigar, 

Hər əzadə ağlar, edər səda, şiələr deyər, va Hüseyn, Hüseyn. 

 

                                                 



 Tutdular 

∗∗

 Kim mənə kömək edər 




 

170 


 

Şimrə lə`nət olsun! 

 

Ruzi‐həşr olunca Şimri‐bihəyayə lə`nət olsun! 



Hər qərinə, hər zəmanda əşqiyayə lə`nət olsun! 

 

Öldürüb susuz Hüseyni ol ləinü bimürüvvət, 



Ali‐Müstəfa çəküblə Şimr əlindən hər əziyyət, 

Şiələr odur ki, eylər Şimri‐bihəyayə lə`nət, 

Əhli‐eşqə bu müsibət həşr olunca ibrət olsun. 

 

Ruzi‐həşr olunca Şimri‐bihəyayə lə`nət olsun! 



Hər qərinə, hər zəmanda əşqiyayə lə`nət olsun! 

 

Bir Hüseyni ki, babası cəm`i xəlqə rəhbər olsun, 



Atası vəliyyi‐Xaliq, həm şəfi`i‐məhşər olsun, 

Madəri Bətuli‐Əzra, biz`eyi‐Peyəmbər olsun, 

Beylə cismi ta ki sər pa, zəxmlə cərahət olsun. 

 

Ruzi‐həşr olunca Şimri‐bihəyayə lə`nət olsun! 



Hər qərinə, hər zəmanda əşqiyayə lə`nət olsun! 

  

Bu Hüseyn həman Hüseyndür, əmr edüb Xudayi‐



davər,

 

Qundağun apardı ərşə ehtiram ilə mələklər, 



Bir baxun, necə cəsarət eyləyübdi Şimri‐kafər, 

Şahi‐dinə nə rəvadur belə bir həqarət olsun. 

 

Ruzi‐həşr olunca Şimri‐bihəyayə lə`nət olsun! 



Hər qərinə, hər zəmanda əşqiyayə lə`nət olsun! 

 

 



 


 

171 


 

Bu necə çıxarmı yaddan, bu Hüseyni‐dilşikəstə, 

Salmış idi ol zəman ki, Şimri‐dun bunı yüz üstə, 

Ümmətə dua edərdi can verəndə topraq üstə, 

Söylə, varmı beylə rəhbər mayeyi‐mürüvvət olsun? 

 

Ruzi‐həşr olunca Şimri‐bihəyayə lə`nət olsun! 



Hər qərinə, hər zəmanda əşqiyayə lə`nət olsun! 

  

Bu bir eşqdür ki, feyzin nə bilər ləinü əğyar, 



Hər kəs ağlayar Hüseynə, ruzi‐həşrdə cəza var, 

Baş vırub olallar azim, qəbri‐Şahi‐dinə zəvvar, 

Yox əlavə bir səadət, belə bir səadət olsun. 

 

Ruzi‐həşr olunca Şimri‐bihəyayə lə`nət olsun! 



Hər qərinə, hər zəmanda əşqiyayə lə`nət olsun! 

  

Bu necə çıxarmı yaddan, Şimr zülmi‐am edibdür, 



Ali‐Yasinə Fəratın suyunu həram edibdür, 

Ali‐Haşimi o çöldə cümlə qətli‐am edibdür, 

İtrəti əsiri‐ə`da xeyməgahi qarət olsun. 

 

Ruzi‐həşr olunca Şimri‐bihəyayə lə`nət olsun! 



Hər qərinə, hər zəmanda əşqiyayə lə`nət olsun! 

  

Mən necə edim fəramuş bu müsibətin şəqilər, 



Öldi Övnü Fəzlü Cə`fər, öldi Qasim ilə Əkbər, 

Oxlanubdı sinəsindən təşnələb Əliyyü Əsğər, 

Hansı dində bu rəvadur, beylə bir ədavət olsun. 

 

Ruzi‐həşr olunca Şimri‐bihəyayə lə`nət olsun! 



Hər qərinə, hər zəmanda əşqiyayə lə`nət olsun! 


 

172 


 

 Öldi yari‐cannisarı, qarət oldı xeyməgahi, 

Çöllərə dağıldı yeksər Əhli‐Beyti‐bipənahi, 

Belə zülm ilən cəhanda öldürüblər hansı şahi? 

Bir tərəf əsiri‐düşmən, bir tərəf şəmatət olsun. 

 

Ruzi‐həşr olunca Şimri‐bihəyayə lə`nət olsun! 



Hər qərinə, hər zəmanda əşqiyayə lə`nət olsun! 

  

Qəlbimi gətirdi şurə təzədən genə bu mətləb, 



Ağlaram qələm əlimdə çeşmi‐əşk ilə ləbaləb, 

Ah, o vəqt ki, oldı daxil məclisi‐Yəzidə Zeynəb, 

Bir zəifə kani‐ismət bir belə müsibət olsun. 

 

Ruzi‐həşr olunca Şimri‐bihəyayə lə`nət olsun! 



Hər qərinə, hər zəmanda əşqiyayə lə`nət olsun! 

  

Bisəbəb degil gəlibdür naləvü fəğanə Nadim, 



Döndərüb rəqəm əlində göz yaşını qanə Nadim, 

Ağla, va Hüseyn sədasın salgilən cəhanə, Nadim, 

İstəsən əgər ki, ruhun qəbr evində rahət olsun. 

 

Ruzi‐həşr olunca Şimri‐bihəyayə lə`nət olsun! 



Hər qərinə, hər zəmanda əşqiyayə lə`nət olsun! 

 

Gəlün əfğanə 

 

Ey şiələr, gəlün əfğanə yeksər,  



Ağlar bu gün cümlə Ali‐Peyəmbər. 

 

Bu ay batub qanə Şahi‐Mədinə, 



Zülm ilə qürub eylüb Mahi‐Mədinə, 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə