Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə31/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   27   28   29   30   31   32   33   34   ...   144

 

149 


 

Kəsməyün qurbanları, yetməz belə qurban mənə, 

Yaxşı qurban bəzl edibdür Xaliqi‐sübhan mənə, 

Çün Həbib ibni‐Məzahir töhfə eylər can mənə, 

Hürr payimdə əzəl qurban olan yerdür bu yer. 

 

Bəzli‐canan etmişəm cananıma bu canları, 



Verməyüb su zibh edəllər, su olar öz qanları, 

Bu yerün, agah olun, var cürbəcür qurbanları, 

Təşnə səqqa qanına al qan olan yerdür bu yer. 

 

Bu Minanun mislüni eylün



∗∗

 bəyan, olsun bu şah, 

Dəfn olar əshabım, ənsarım bizə olsun mübah, 

Dəstim üstə Əsğərimi oxladılar bigünah, 

Südəmər tiflün südi al qan olan yerdür bu yer. 

 

Əhli‐Kufə birbəbir zibh eyləyər ətşan bizi, 



Əkbərün al qan ilə ləbriz olar şəhla gözi, 

Namurad oğlı ölən Leylanun heç gülməz yüzi, 

Əhli‐Beytün göz yaşı ümman olan yerdür bu yer. 

 

Həsrətü giryan şəhid eyləllə ətşan Qasimi, 



Mürği‐bipərtək, ədu qolsuz salar Əbbasimi, 

Zeynəbim Şimrü Sinan qoymazla dutsun yasimi, 

Övnü Fəzlim azimi‐rizvan olan yerdür bu yer. 

 

Busəgahi‐Müstəfayə Şimri‐dun xəncər qoyar, 



Əşqiyalər düxtərani‐Heydərün rəxtün soyar, 

 

 



 

                                                 

∗∗

 Eyləyin 




 

150 


 

Əsr vəqti xeymələr yeksər olanda pürşərar, 

Abidi‐bimarım od içrə qalan yerdür bu yer. 

 

Oxşadılar xırda qızlar göz yaşun dəryalərə, 



At döşündə yüz qoyalla ahutək səhralərə, 

Bir nəfər rəhm eyləməz, ətfali‐Ali‐Heydərə, 

Bu cəlalü izzətim talan olan yerdür bu yer. 

 

Əhli‐kin ətfalımun dəstin tənabə bağlıyar, 



Rum əsiritək ədulər cümləsin naqəsəvar, 

Nə`şün üstə göz yaşun Zeynəb tökər biixtiyar, 

Zeynəbi‐biçarə sərgərdan olan yerdür bu yer. 

 

Bu zəmini‐Neynəvadə zibh olar qurbanlarım, 



Göz önündə can verər cananıma oğlanlarım, 

Növhə eyləllər bu çöldə zikr ilə nalanlarım, 

Nadimün qəlbi qəmə suzan olan yerdür bu yer. 

 

Bu gecə 

 

Bu gecə Kərbübəladə necə tufan olacaq, 



Zeynəbün zülmü sitəmdən cigəri qan olacaq. 

 

Bu gecə nalə çəküb Kərbübəla təşnələri, 



Bu gecə Şahi‐qərib ölməgə bağlar kəməri, 

Bu gecə Ali‐Rəsulə yetər əfğan xəbəri, 

Ki, səbah Ali‐Əli qanına qəltan olacaq. 

 

Çəkəcək Şimri‐dəğa zülmü sitəm xəncərini, 



Kəsəcək cövrü cəfa ilə Hüseyn həncərini, 

 

 




 

151 


 

Qoyacaq Xuli kül üstündə Hüseynin sərini, 

Ki, səbah ərzü səma zülm ilə viran olacaq. 

 

Bu gecə əhli‐hərəm “va əbəta”



 söyləyəcək, 

Biləsən, çərxi‐fələk zülmü sitəm eyləyəcək, 

 

Əkbərü Əsğərini təşnə şəhid eyləyəcək, 



Ümmi Leyla görübən zülmi, hərasan olacaq. 

 

Etməyüb gərçi fələk Qasimi‐damadə vəfa, 



Almayub kam cəhanda o qədər zövqü səfa, 

Növərusun başına qəmçi vırar əhli‐cəfa, 

Toy hənası əlinə Qasimün al qan olacaq. 

 

Bu gecə zülmü sitəmdən geyəcək qarə fələk, 



Eylədün bəxti qəra Zeynəbi biçarə, fələk, 

Bu gecə nalə yetər Heydəri‐Kərrarə, fələk, 

Ümməti‐Xatəminin didəsi giryan olacaq. 

  

Bu gecə ərşi‐Xuda qareyi‐matəm



∗∗

 geyəcək, 

Bu gecə pirü cəvan cümləsi nöhə deyəcək, 

Məzlumanü şəhi‐biyavərə matəm edəcək, 

Şühədalər bədəni xak ilə yeksan olacaq. 

  

Geyəcək qarə bu matəmdə genə pirü cəvan, 



Fələkin zülmi bu gün dostlarına oldı əyan, 

Qasimə toy dutuban əllərinə yaxdıla qan, 

Növərusi bu gecə çaki‐giriban olacaq. 

 

                                                 



 Vay atamız 

∗∗

 Matəm qarası. (Yanlış ifadədir) 




 

152 


 

Bu nə matəmdi genə qarə geyüb əhli‐hərəm, 

Zeynəbün zinətini qarə edüb möhnətü qəm, 

Kəsdilər abi‐Fəratın yolunı qövmi‐sitəm, 

Əsğərün təşnəcigər ləbləri al qan olacaq. 

 

Nadimi xuni‐sitəm içdi neçə kasə bu gün, 



Geyinüb rəxti‐qəra, çün batacaq yasə bu gün, 

Ey gözüm, ağlagilən həzrəti‐Əbbasə bu gün, 

Gedəcək su gətirə, qanına qəltan olacaq. 

 

Şami‐qəriban 

 

Ya Hüseyn, Şami‐qəribandı, sənə ağlayar Məryəmü Sara bu      



gecə, 

Neçə min yarə yetüb bir bədənə, baş açub həzrəti‐Zəhra bu 

gecə. 

 

Bu gecə Qasimi‐gülpirəhənə, ağlayar cümlə zükur ilə ünas, 



Bu gecə Əkbəri‐şirinsüxənə, saxlayub şahü gəda cümləsi yas, 

Bu gecə tə`ziyə saxlalla sənə, geyünüb xəlq hamı qarə libas, 

Yaralı cismüvi ağuşə alub, ağlayar Hacərü Həvva bu gecə. 

 

Bu gecə Zeynəbi‐xununcigərün cəm` edüb başinə əhli‐



hərəmi, 

Atəşi‐zülmə yanub xeymələrün, çoxalıb Zeynəbün ənduhü 

qəmi, 

Bu gecə itrəti‐xundidələrün gördülər möhnətü zülmü sitəmi, 



Oyanan xeymədə ta sübhə kimin ağlayar Əkbərə Leyla bu 

gecə. 


 


 

153 


 

Xaki‐xun üstə qalub gül bədənün, cəm` olub dövrəvə qılman       

ilə hur, 

Təni‐sədparəvi yox dəfn edənün, ağlayalla sənə çün vəhşü 

tüyur, 

Yandırar şiələri bu mühənün, bu gecə səcdəgəhün oldı tənur, 



Var yeri şiələrün göz yaşını, sübhətək eyləsə dərya bu gecə. 

 

Bu gecə Ali‐Əba eylər həras, öldi Əbbasü Əli, yatdı ələm, 



Əhli‐Beyti‐Nəbəvi başladı yas, bu gecə işrət edər əhli‐züləm, 

Xeymələr qarət olub, getdi əsas, oldı Əbbasun iki dəsti 

qələm, 

Kufədə bir‐birinə fəxr eləyər, etdigi zülminə ə`da bu gecə. 



 

Bu gecə şami‐qəribandı, Hüseyn, gəlmişux Zeynəbə 

başsağlığına, 

Zülm ilə xeymələrün yandı, Hüseyn, gəlmişux Zeynəbə 

başsağlığına, 

Yarü ənsar hamı doğrandı, Hüseyn, gəlmişux Zeynəbə 

başsağlığına, 

Baş açub, zülfi yolub, nalə edər sübhətək Zeynəbi‐Kübra bu 

gecə. 

 

Neçə il yatmadı əslən gecələr, bəslədi Həzrəti‐Zəhra o başı, 



Böyüdüb söylədi, ey nuri‐bəsər, baturub qanına ə`da o başı, 

Ya kül üstündə rəvadur bu, məgər böyüdüb sərvəri‐Bətha o 

başı, 

İmdi mətbəxdə tənur içrə o baş, eyləyər Həqq ilə ehya bu 



gecə. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə