Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə30/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   26   27   28   29   30   31   32   33   ...   144

 

144 


 

Nə`şüvi birəhmlər meydanə üryan saldılar, 

Xeyməgahə od vırub əhli‐şərarət, ya Hüseyn. 

 

Qətlgəhdə Əhli‐Beyt əfğan ilən gəldi dilə, 



Kərbəladə çün əyan oldı qiyamət, ya Hüseyn. 

 

Kufəvü Şamı gəzən vəqt Zeynəbi‐bixaniman, 



Eyləyərdi əhli‐Kufə eyşü işrət, ya Hüseyn. 

 

Şamdə viranədə bikəs Səkinə sübhü şam, 



Ac‐susuz viranədə çox çəkdi zillət, ya Hüseyn. 

 

Nadimin Möhsün rəvağında əzadar olmağa, 



Qismət eylə, eyləyim bir də ziyarət, ya Hüseyn. 

 

Bilmirəm nə qədri əcri var... 

 

Bilmirəm nə qədr əcri var, Xuda, can verüb təmam ənbiya        



qərib, 

Qürbət ölkədə ölməgi qəbul etdilər hamı övsiya qərib. 

 

Kufədə əzəl ibni‐Mülcəmi‐bihəya töküb qanun Heydərün, 



Etməyüb həya ol ləinü dun, nəhyin eylüb əmri‐

Peyğəmbərün, 

Vırdı bir qılıc yərası, alub ixtiyarını fatihi‐Xeybərün, 

Səcdəgahdə qanə qərq olub, can verən zəman Mürtəza qərib. 

 

Müaviyə ləin cilvələndirüb dari‐dəhrdə zülm əsasını, 



Saldı birbəbir möhnətü qəmə cövrü zülm ilə Ali‐Yasini, 

 

 




 

145 


 

Zəhr içizdürüb Müctəbayə dünyadə qoydı zülmün binasını, 

Cövri‐zəhrlə çün Mədinədə can verüb Həsəni‐Müctəba 

qərib. 


 

Bu fələk əcəb dari‐dəhrdə eylədi qərib ənbiyaləri, 

Qürbət ölkədə möhnətə düçar eylədi təmami‐övsiyaləri, 

Nari‐firqətə, dərdü möhnətə saldı birbəbir övliyaləri, 

Kufədə Hüseyn naibi, əzəl öldi Müslimi‐binəva qərib. 

 

Sonra Harisi‐bihəya edüb zülmini əyan Kufədə, Xuda, 



Müslimün sərün əhli‐kufəyan eyləyəndən sonra cüda, 

Hər iki yetimün xizab edüb qan ilə zülfün, etmədi həya, 

Ali‐Müstəfa, Ali‐Mürtəza birbəbir edüb can fəda qərib. 

 

Zülmün atəşün şö`ləvər edüb, əhli‐Kufənün tuf həyasinə, 



Bağlı qoydular babi‐Heydəri, rəxnə saldılar din əsasinə, 

Ah, o vəqtdən sərvəri‐cəhan yetdi türbətin Kərbəlasinə, 

Təşnələb, qurı yerlər üstə can verdi çün şəhi‐Kərbəla qərib. 

 

Kərbəladə ol şahi‐Yəsribün öldi, Fəzl ilə Övnü Cə`fəri, 



Qasimi yaxub qandən həna, təşnələb ölüb nazlı Əkbəri, 

Hərmələ ləin dəsti‐şahi‐din üstə oxladı hülqi‐Əsğəri, 

Şövqü zövq ilən qollarun fəda etdi Əbbasi‐bavəfa qərib. 

 

Çoxlarun fələk eylədi qərib, qoymadı Hüseyn kimin 



bipənah, Yarü yavərün əldən aldılar, qoydular vəhid           

düşmən, ah, ah, 

Zibh edüb başun Şimri‐bihəya, nari‐zülmə odlandı 

xeyməgah, 

Dəstgir olub əhli‐kinəyə yeksər itrəti‐Müstəfa qərib. 

 

 




 

146 


 

Qürbət ölkədə imtəhan edüb övliyaləri birbəbir Xuda, 

Rahi‐eşqdə Həqq rizasıçün çəkdilər təmam cürbəcür bəla, 

 

Möhnəti edüb can ilə qəbul, əmri‐Xaliqə oldular riza, 



Tusdə verüb zillət ilə can, zəhrlə İmami‐Riza qərib. 

 

Ağlaram sənə ruzü şəb müdam, göz yaşım dönüb qanə, ya 



Hüseyn, 

Lütfüvi əgər şamil eyləsən, et nəzər bu nalanə, ya Hüseyn, 

Ağlaram qələm əldə Əkbərə, çünki gəlləm əfğanə, ya 

Hüseyn, 


Yet hərayimə, qürbət ölkədə etsə Nadimin can fəda qərib. 

 

Mədinədən xaric olma

 

 



Mülki‐Əraq məxrəc edir Şahi‐cəhan Mədinədən, 

Çıxmağa hazır oldular pirü cəvan Mədinədən. 

 

Əmr eyləyüb o vəqtdə cümlə səhabələr gəlüb, 



Məhməli‐zərnigarlər, zərri kəcavələr gəlüb, 

Dideyi‐əşkbar ilən Haşimizadələr gəlüb, 

Çıxdı səmayə ol zəman, ahü fəğan Mədinədən. 

 

Əkbərə əmr edüb, xəbər vergilən Ali‐Haşimə, 



Vəqti‐zəval yetdi bu cahü cəlali‐Haşimə, 

Eylə xəbər bu mətləbi, cümleyi‐Ali‐Haşimə, 

Ali‐Peyəmbər ayrılur naləkünan Mədinədən. 

 

 



 

                                                 

 “Xarici-Mədinə”   




 

147 


 

Babi‐risalətə baxub, xəlq çox ahü zar ilən, 

Gördilə çıxdı bir cəvan, dideyi‐əşkbar ilən, 

Yəsribün əhli görcək ol mahvəşi o hal ilən, 

Hamı xəyal edərdi mah, oldı əyan Mədinədən. 

 

Gördülə kim gəlür Hüseyn, çeşmlərində əşki‐qəm, 



Daxil edir kəcavəyə düxtərü xahərü hərəm, 

Bu səfərün qəmində çox ağladı şahi‐möhtəşəm, 

İzzətü ehtiram ilən oldı rəvan Mədinədən. 

 

Əmr olunub hərəmsəra babı açıldı ol zəman, 



Zeynəbi‐məhliqa ilən çıxdı kənizlər təmam, 

Sağü solunda Əkbərü Qasimi eyləyür xüram, 

Oldı müsafiri‐səfər Şahi‐zəman Mədinədən. 

 

Əfrad 

 

Müsafir oldı o gündə qəribi‐Kərbübəla, 



Olub kəcavələrün satiri zərü ziba. 

 

Səfər tədarükinə düşdi Ali‐Peyğəmbər, 



Kəcavələr düzülüb, hazır oldı məhməllər. 

 

Bu növ` daxil olurdı kəcavəyə hərəmeyn, 



Nə gördilər ki, gəlür bir məriz şurü şeyn. 

 

Vətəndə, gəl eləmə, ey baba, qərib məni, 



Bu feyzdən, babacan, etmə binəsib məni. 

 

Apar Səkinəyə mən, ey baba, kəniz olaram, 



Ata, yanunda ölən vəqtə əziz olaram. 


 

148 


 

Əlbaqiyi‐növhə 

 

Fatimə ağlayar deyər, Əkbəri‐növcəvan gedər, 



Yəsribara bu xəstəni eylədi bağrıqan, gedər, 

Zeynəbi‐məhliqa ilən xahəri‐natəvan gedər, 

Fatiməni qoyub gedər naləkünan, Mədinədən. 

 

Saldı xəyalə Şahi‐din Kərbübəla əzabını, 



Zülmü cəfayi‐kufəyan artırub iztirabını, 

Hörmətü ehtiram ilən Zeynəbi‐dilkəbabını, 

Məhməli‐zərnigar ilən qıldı rəvan Mədinədən. 

 

Qafileyi‐İmaməti səmti‐Əraqə çəkdilər, 



Aşiqi‐eşq olanlarun qəlbinə yarə çəkdilər, 

Aşiqi vəsli‐yardən hicrü fəraqə çəkdilər, 

Çıxdı çox ahü zar ilən Şahi‐cəhan Mədinədən. 

 

Nadim edər fəğanü ah, Şahi‐cəhanə ağlayur, 



Zeynəbün ahü va səsi, külli‐cəhani dağlayur, 

Ağla bu qəmdə, ey könül, cümlə mələklər ağlayur, 

Ərşə çıxatdı

 naləni mərdü zənan Mədinədən. 



 

     İmam Hüseyn (ə)‐ın dilindən 

 

Əhli‐Beytə Zeynəbim giryan olan yerdür bu yer, 



Mədfəni‐paki‐Şəhi‐ətşan olan yerdür bu yer. 

 

 



 

                                                 

 Çıxartdı 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə