Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə28/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   24   25   26   27   28   29   30   31   ...   144

 

132 


 

Əfv et məni Qur`anuva,  

Min kəlmeyi‐pünhanuva, 

Öz rəhmi‐bipayanuva,  

Ya Rəbbim, ətubu ileyh. 

  

Əfv et bəhəqqi‐ənbiya,  



Ya Rəbb, bəhəqqi‐övliya, 

Bəhürməti‐Ali‐Əba,  

Ya Rəbbim, ətubu ileyh. 

  

Ya Rəbb, məni et rəstgar,  



Etmə dəxi xarü fikar, 

Səndən bəğeyr yoxdı yar,  

Ya Rəbbim, ətubu ileyh. 

  

Verrəm qəsəm Peyğəmbərə,  



Həm canişini Heydərə, 

Zəhrayi‐paki‐əthərə,  

Ya Rəbbim, ətubu ileyh. 

  

Əfv et Hüseynün yasinə,  



Qolsuz düşən Əbbasinə, 

Həm Zeynəbi‐kübrasinə,  

Ya Rəbbim, ətubu ileyh. 

  

Əfv eylə Əkbər həqqinə,  



Ali‐Peyğəmbər həqqinə, 

Qundaği‐Əsğər həqqinə,  

Ya Rəbbim, ətubu ileyh. 

  

 



 


 

133 


 

Nadimi‐nalan olmuşam,  

Çün qərqi‐üsyan olmuşam, 

Zarü hərasan olmuşam,  

Ya Rəbbim, ətubu ileyh. 

 

         Əfv eylə, ya Rəbb! 

 

Qərqi‐günahəm, əfv eylə, ya Rəbb, 



Ət‐tövbə, tövbə əstəğfürullah. 

Həqqi‐məlayikani‐müqərrəb, 

Ət‐tövbə, tövbə əstəğfürullah. 

  

Əfv et məni sən ismi‐Rəhimə, 



Öz nami‐pakun, kani‐Kərimə, 

Ol ismi‐ə`zəm, lövhi‐əzimə, 

Ət‐tövbə, tövbə əstəğfürullah. 

 

Ya Rəbb bəhəqi Həvvavü Adəm, 



Xövfü hərasım vardur hər dəm, 

Çıxmaz yadımdan hövli‐cəhənnəm, 

Ət‐tövbə, tövbə əstəğfürullah. 

  

Ya Rəbb, bəhəqqi‐Habilü İdris, 



Hud ilə Saleh, bəhəqqi‐Cərcis, 

Xövfindən oldum dünyadə bihis, 

Ət‐tövbə, tövbə əstəğfürullah. 

  

Həqqi‐Şüeybü Əyyubi‐müztər, 



Yüz igirmi dört min bərhəq Peyəmbər, 

Həqqi‐Süleyman, Nuhü İskəndər, 

Ət‐tövbə, tövbə əstəğfürullah. 



 

134 


 

 Həqqi‐Xəlili Nəmrud əsiri, 

Saravü Hacər, qəm dəstgiri, 

Ya Rəb, bəhəqqi‐Yə`qubi‐piri, 

Ət‐tövbə, tövbə əstəğfürullah. 

  

Həqqi‐Xuda, İsmailü Yusif, 



Qərqi‐günahəm, səd heyf, səd heyf, 

Ya Rəb, bəhəqi‐sədayi‐hatif, 

Ət‐tövbə, tövbə əstəğfürullah. 

  

Verrəm qəsəm mən Həyyü Qədimə, 



Əfv et məni Musayi‐kəlimə, 

Yoxdur təvanım qəhri‐əzimə, 

Ət‐tövbə, tövbə əstəğfürullah. 

 

 




 

135 


 

 

 



 

 

 



 

 

 



 

 

 



NÖVHƏ 

və 

SİNƏZƏNLƏR 

 

 

 


 

136 


 

Çavuşi 

 

O kimsələr ki, olub aşiqi‐bəla, gəlsün, 



Bizimlə kim olu zəvvari‐Kərbəla, gəlsün. 

 

O göz ki, ağlar Əli Əkbərün fəraqinə, 



Əyalü itrətini eyləyüb vida, gəlsün. 

 

Hüseynün eşqi edüb əhli‐eşqi divanə, 



Bəla çölündə olan qabili‐bəla, gəlsün. 

 

O kəsləri ki, yolun gözlər həzrəti‐Əbbas, 



O şahdən olacaq dərdinə dəva, gəlsün. 

 

O kəsləri ki, gəzər Əkbərün sorağində, 



O növcəvanə edən nəqdi‐can fəda, gəlsün. 

 

Hüseyni‐təşnəcigər Əsğəri qucağında, 



Gözətləyir rəhi‐zəvvari‐Kərbəla, gəlsün. 

 

O qəbri‐paküvə pərvanə olmağa Nadim, 



Yetirmə xarici rah, rahi‐Kərbəla gəlsün. 

 

Mahi‐mühərrəm oldı... 

 

Bilməm nə mahi‐qəmdi ki, matəm binası var, 



Yoxsa ki, bir əzizi‐cəhanun əzası var? 

 

Hər kimsəyə nəzər edərəm ağlayur bu gün, 



Bu ay təmam dillərün əfğan binası var. 

 



 

137 


 

Vardur bəsirətün, bax həvayə, həqiqətən, 

Ərşi‐Xudadə mahi‐müsibət sədası var. 

 

Aləm batub müsibətə matəm qurubdular, 



Şahi‐Mədinənün səfəri‐Kərbəlası var. 

 

Mərdü zənan, şahü gəda qarəpuş olub, 



Əllərdə cümlə Ali‐Peyəmbər qərası var. 

 

Kərbübəla çölündə bu sultani‐Yəsribün, 



Ağlar göz olsa ərz edərəm, macərası var. 

 

Hər kimsə bu Hüseynə əzadar ola, yəqin, 



Dari‐bəqadə rövzeyi‐rizvan cəzası var. 

 

Ağla Hüseynə, göz yaşı tök ruzi‐həşrətək, 



Qəsri‐cinan, huriyü qılman bəhası var. 

 

Nadim, həmişə ağla Hüseynün o halinə, 



Gəlməz şümarə, cismdə hədsiz yarası var. 

 

Mahi‐mühərrəm oldı... 

 

Mahi‐mühərrəm oldı, müsibət binası var, 



Va möhnəta, Hüseyni‐qəribün əzası var. 

 

Göz yaşı ilə ol şəhə imdad qılgilən, 



Yoxdur pənahı, bircə çü qolsuz əxası var. 

 

Əhli‐cəfa ki, doğradılar Əkbərin susuz, 



Ağlar həmişə, bir gözi giryan anası var. 


 

138 


 

Öldürdilər bir həsrətü nakamı kufəyan, 

Əlvan edübdi, əllərin al qan hənası var. 

 

Əfğanü nalə eyləməgə növərusinə, 



Munis həmişə madəri‐biəqrəbası var. 

 

Baxmaqlığa həmişə ərus ilə madəri, 



Ondan nişanə, qanə boyanmış libası var. 

 

Toy rəxti qan, təbağıdı qan, rəxtxabı qan, 



Hansı şəhün çü bir belə növkədxudası var? 

 

Dəstində Əsğərini susuz oxladı ədu, 



Bir şirxarə, ləbləri ətşan balası var. 

 

Ağlar həmişə Əsğəri‐ətşanuva, Hüseyn, 



Nadim tökər sirişk yüzə, ahü vası var. 

 

Bu qissədən 

 

Yandı könül mülki sərasər bu qissədən, 



Qəlbim alovlanub genə yeksər bu qissədən. 

 

Mahi‐mühərrəm oldı əyan, ağlayar gözüm, 



Ləbriz olubdı əşk ilə gözlər bu qissədən. 

 

Vəqti‐bükadı, növhə edər külli‐kainat, 



Əl`an gəlübdi lərzəyə yerlər bu qissədən. 

 

Mahi‐əza göründi, gəlür qəm nişanəsi, 



Qarə geyüblə cümlə mələklər bu qissədən. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə