Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə25/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   21   22   23   24   25   26   27   28   ...   144

 

117 


 

Ol çəməndə cövr ilə həsrət qalub bülbül gülə, 

Qəm necə munis olar fəsli‐xəzanə bülbülə, 

Çün hənatək qanını Qasim xizab eylüb ələ, 

Vay oğul, söylər qəmində Müctəba, ya Fatimə. 

 

Yıxdılar oğlun Hüseyni təşnə meydan üstünə, 



İstədi dursun, yıxıldı qəşş edüb qan üstünə, 

Yüz qoyub səflər təmam bir qanə qəltan üstünə, 

Sinəsi üstə çıxub Şimri‐dəğa, ya Fatimə. 

 

Dad o vəqtdən yüz qoyublar xeyməgahə əşqiya, 



Şimr Hüseynün başını təndən edən vəqtə cüda, 

Əlləri başında Zeynəb sölədi, “va möhnəta”, 

Dadə yet, Zeynəb qalub bikəs, ana, ya Fatimə. 

 

Xeymələr yandı təmam , qarət olub getdi əsas, 



Kərbəladə, gəl, özün, barı, Hüseynə saxla yas, 

Ruzi‐məhşər Nadimin olma riza, etsün həras, 

Ağlayar əhvaluva sübhü məsa, ya Fatimə. 

 

      İmam Museyi‐Kazımın (ə) şəhadətinə 

 

Mövsümi‐qəmdür bu gün ağlar Peyəmbər, şiələr, 



Can verüb Bəğdadidə Museyi‐Cə`fər, şiələr. 

 

Düşdi bu fikrə ki, Haruni‐Rəşidi‐bihəya, 



Cəddinün qəbrində ol zülm ilə çün etsün cida, 

Bəsrədə məhbus edüb bir il İmamı bərməla, 

Şəhri‐Bəğdadə gətürdi onı kafər, şiələr. 

 

 



 


 

118 


 

Eylədi Fəzli‐Rəbi`nün xanəsin zindan ona, 

Aşiyan oldı qəfəs bülbülsifət hər yan ona, 

Ağlayardı şiələr Bəğdadidə pünhan ona, 

Çün onun əhvalına ağlar mələklər, şiələr. 

 

Saldılar cəbrən onı bikəs Rizasından cüda, 



Düxtəri Mə`sumeyi‐biəqrəbasından cüda, 

Eylədi Harun onı qövm‐aşinasından cüda, 

Eyləyeydi iktifa, kaş, ol bədəxtər, şiələr. 

 

Əmr edüb Sind ibn Şahək qətlinə oldı rəvan, 



Zəhrli xurma əlində ol ləini‐bədnihan, 

Hazır oldı qətlinə zərbi‐bətiği‐cansitan, 

Qətlinə iqdam edibdür ol sitəmkər, şiələr. 

 

Naəlac meyl eylədi çün ol İmami‐insü cin, 



Parə‐parə doğradı zəhri‐cəfa gül ləblərin, 

Söylədi, zalim, yıxıldı xanəsi Peyğəmbərin, 

Çün yəqinim oldı imdi qaldı bisər şiələr. 

 

Canını Cananinə təslim edüb şahi‐zəmən, 



İrsdür Cananə can vermək bularda bivətən, 

Nə`şi üç gün qaldı evdə, olmadı bir dəfn edən, 

Ağlayar bu ləbləri xunbarə yeksər şiələr. 

 

Dörd nəfər həmmal həqiranə ona qüsl edər, 



Dəfnü kəfni gər həqiranə olubdur, şiələr, 

Yadıma düşdi Hüseyni‐bikəsü xunincigər, 

Can verən vəqtə Hüseyni‐bibəradər, şiələr. 

 

 




 

119 


 

Söyləyərdi, bircə şürbə su ver, ey Şimri‐dəğa, 

Xövf elə Allahdən, et bir Peyəmbərdən həya, 

Su verərlər zibh olan qurbanə, əmr eylüb Xuda, 

Vermədi bir şürbə su Şimri‐bədəxtər, şiələr. 

 

Ol Hüseyni ki, verüb qundağı zinət göglərə, 



Naz edərdi tifl ikən Zəhra ilən Peyğəmbərə, 

Busəgahi‐Əhmədi‐siddiq olan gül həncərə, 

Şimri‐laməzhəb qoyub axırda xəncər, şiələr. 

 

Nadiməm, qurban sənə olsun bu canım, ya Hüseyn, 



Ruzü şəb hər vəqtdə virdi‐zəbanım, ya Hüseyn, 

Can verəndə bir sənə vardur gümanım, ya Hüseyn, 

Göz tiküblər bu Hüseynə əhli‐məhşər, şiələr. 

 

                 İmam Riza (ə) 

 

Qürbət eldə boyanan ləbləri al qanə, Riza, 



Can verən mülki‐Xorasanda zəlilanə, Riza. 

 

Kim sənə oldı müin qürbətara Şahi‐zəmən? 



Kim sənə qüsl eləyüb, bəs sənə kim biçdi kəfən? 

Həqqə təslim elədün canuvı avarəvətən, 

Bu müsibətdə dönüb göz yaşım ümmanə, Riza. 

 

Nə edim, yoxdur əlacım sənə imdadə gəlim, 



Göz yaşundan gətirim tuşə sənə dadə gəlim, 

Ağlayım, növhə edim, naləvü fəryadə gəlim, 

Gözi yaşlı gəlürəm mülki‐Xorasanə, Riza. 

 

 



 


 

120 


 

Ləblərün zəhr ilə gül qönçəsitək yarələnüb, 

Ləxtə‐ləxtə cigərün qanə dönüb, parələnüb, 

Bacuvın başına zülm ilə, əxa, kül ələnüb, 

Qoy, gəlim şamü səhər naleyi‐əfğanə, Riza. 

 

                                Əfrad 

 

Səni öləndə, əxa, bir doyunca ağlamadım, 



Başun diz üstə alub, gözlərüvi bağlamadım. 

 

Nə növ`i hicrüvə səbr eləyüm, bəradərcan, 



Zəhrli ləblərüvə binəva bacun qurban. 

 

                        Təmamiyi‐növhə 

 

Əvvəl ol haluva qurban bu güni qarə bacun, 



Qaldı səndən sora, qardaş, əcəb avarə bacun, 

Göz yaşun cari edər səfheyi‐rüxsarə bacun, 

Çünki həsrət qalub ol Şahi‐qəribanə, Riza. 

 

Kim ölən vəqtə gəlüb bağladı, qardaş, gözüvi? 



Kim, bəradər, çevirüb qibləyə sarı yüzüvi, 

Olmadı bircə nəfər, barı, deyəydün sözüvi, 

Can verən guşələr içrə rəhi‐cananə, Riza. 

 

Doğranub zəhri‐cəfa ilə, bəradər, cigərün, 



Tökülüb zülm ilə rüxsaruva əşki‐bəsərün, 

Həşrətək saxlar əza, növhə edər şiələrün, 

Ağlıyarlar sənə, həm Şahi‐şəhidanə, Riza. 

 

 




 

121 


 

Növhə eylər sənə Nadim, dutar hər vəqtə əza, 

Dadrəs ol bu nəvaxanə özün ruzi‐cəza, 

Dildə növhə, gözi yaşlı, geyinüb rəxti‐qəra, 

İstə gözyaşlı olam qəbrüvə pərvanə, Riza. 

                       

                        Ya Riza (ə) 

 

Vey qəribü bikəsi‐xaki‐Xorasan, ya Riza, 



Künci‐qürbətdə verən Cananinə can, ya Riza. 

 

Gördi Mə`muni‐ləinü bihəya tənha səni, 



Zəhrlə məsmum edüb ol kafəri‐ədna səni, 

Şiəyani‐Mürtəzayə çox görüb guya səni, 

Şiələr ol canuva olsunla qurban, ya Riza. 

 

Çün sənə hər növ` ilən azar edüblər zülm ilə, 



Cismüvə ruzi‐müniri tar edüblər zülm ilə, 

Ləblərüvi qan ilə gülnar edüblər zülm ilə, 

Qəyy edərdün ləxtə‐ləxtə zəhrli qan, ya Riza. 

 

Can verən vəqtə sənə qürbətdə kimlər ağladı, 



Kim edüb Qur`an tilavət, gözlərüvi bağladı, 

Kim yanub əhvaluva, kimlər əzavı saxladı, 

Bəs cənazən üstə kimlər eylüb əfğan, ya Riza. 

 

Kim iyadət eylədi, yar oldı bəs kimlər sənə? 



Xanələr küncində kim verdi təsəllilər sənə, 

Ya qurı topraqlar oldı balıcü bəstər sənə, 

Gül dodağun oldı öz qanilə əlvan, ya Riza. 

 

 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə