Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə23/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   19   20   21   22   23   24   25   26   ...   144

 

107 


 

Bax bu Nadimün ahü vasinə, 

Tez yetür onı iddəasinə, 

Öz Hüseynivün Kərbəlasinə, 

Zair etgilən, pişva Əli. 

 

                          O saət 

 

Ya Əli, neçün bəs aləm olmadı xərab o saət, 



Qətlüvə çün ibn Mülcəm eylədi şitab o saət. 

 

Vırdı bir qılınc yarası əldən ixtiyarun aldı, 



Ali‐Bu Türabı yeksər möhnətü bəlayə saldı, 

Sübh vəqti səcdəgahun qan ilə müzəyyən oldı, 

Etmədi o ibn Mülcəm Tanrıdan hicab o saət. 

 

Zeynəbi‐qəribü zarun başına ələndi küllər, 



Cümləsi qərayə batdı Ali‐itrəti‐Peyəmbər, 

Lərzə eylədi çü yerlər, etdilər nəva mələklər, 

Gərdiş etməyüb dutuldı mahü aftab o saət. 

 

Qan xizab edən zəmandə cismüvi çü misli‐lalə, 



Zeynəbün başun yarasın görcək etdi ahü nalə, 

Zülfüni yolardı Külsüm gördi düşmisən o halə, 

Möhnətün o dilhəzini eyləyüb kəbab o saət. 

 

Bağlayub başun yarasın Müctəba silərdi qanun, 



Təşnələb Hüseyn edərdi növhə kəsmiş idi yanun, 

Başun üstə ağlayardı Əhli‐Beyti‐natəvanun, 

Qarəyə batubla yeksər Ali‐Bu Türab o saət. 

 



 

108 


 

Bəs nedəydi

 Kərbəladə Şahi‐insü can Hüseynün, 



Təng dutdı ruzigarın əhli‐kufəyan Hüseynün, 

Aldı ixtiyarın əldən Şimr ilə Sinan Hüseynün, 

Etdilər o Şahi‐dinə zülmi‐bihesab o saət. 

 

Kəsdilər sitəmlə ə`da, vırdılar başın cidayə, 



“Qutiləl‐Hüseyn”

∗∗

 sədası düşdi dəşti‐Kərbəlayə, 



Kərbəladə Ali‐Taha verdilər səda‐sədayə, 

Qan yüzində zahir oldı qandən xizab o saət. 

 

Qarət etməgə ədulər yüz qoyubla xeyməgahə, 



Yüz verüb qəmi‐nəhayət Əhli‐Beyti‐bipənahə, 

Belə zülmi‐binəhayət eyləyüblə hansı şahə? 

Qollarına Abidinün vurdılar tənab o saət. 

 

Nadim, ağla bu Hüseynə, ağlayar buna Peyəmbər, 



Bu qəribü bipənahə tə`ziyə dutar mələklər, 

İstəsən sənə şəfaət eyləsün Şəfi`i‐məhşər, 

Zikr elə, neçün bəs aləm olmadı xərab o saət? 

 

                                Ya Əli (ə) 

 

Nuzdəhüm sübhi, ey kani‐səxavət, ya Əli, 



İbni‐Mülcəm başuva çün vırdı zərbət, ya Əli. (ə) 

 

Tapdı fürsət düşmənün, gördi nəmaz üstə səni, 



İstədi bihiss edə razü niyaz üstə səni, 

                                                 

 Nə edəydi 



∗∗

 Hüseyn (ə) qətlə yetirildi 

 

 



 

109 


 

Bir qılıc zərbilə yıxdı canəmaz üstə səni, 

Çün boyandı qanuva mehrabi‐taət, ya Əli. 

 

Bir qılıc zəxmi sənün aramuvı əldən alub, 



Qan axub ətrafuva, mehrabdə bihiss salub, 

Firqətündə Zeynəbi‐mahi‐liqa ağlar qalub, 

Yandırub zülm atəşin əhli‐şəqavət, ya Əli. 

 

Başuva zərbət yetəndə, ey İmami‐məşriqeyn, 



Cəbrail etdi səda, “qutiləl‐əmirəlmö`minin”, 

Ağladı gögdə mələklər, bir də cümlə insü cin, 

Qalmadı bir zərbət ilə səndə taqət, ya Əli. 

 

Can verən vəqtində sən cananə, ey Şiri‐Xuda, 



Çün yəminində, yəsarında Hüseynlə Müctəba, 

Gözlərüvi bağladı ol Zeynəbi‐bəxti qəra, 

Canuvı cananə verdün evdə rahət, ya Əli. 

 

Bircə zərbətlə verüb cananuva can, qalmadun, 



Görmədün dörd min yara cismündə, ətşan qalmadun, 

Üç gecə‐gündüz türab üstündə üryan qalmadun, 

Bir başun məcruh idi, cismün səlamət, ya Əli. 

 

Kaş gəleydün Kərbəlayə, Heydər, aşura güni, 



İzdiham eylüb həman kufilər, aşura güni, 

Şimri‐laməzhəb əlində xəncər, aşura güni, 

Qoydı xəncər həncərə Şimri‐şərarət, ya Əli. 

 

Yeddi zərbətlə başun zibh etdi ətşan quş kimi, 



Qan içində çırpınardı bir qanadsız quş kimi, 

 



 

110 


 

Cəm`i‐ərvahə nida eylərdi çün çavuş kimi, 

Eylədi axır nəfəs itmami‐hüccət, ya Əli. 

 

Kaş, olaydın əsr vəqti odlananda xeymələr, 



Xeyməgahə od vırub yandurdı qövmi‐bədsiyər, 

Hansı dində bu müsibətlər rəvadur, şiələr? 

Şimri‐laməzhəb qoyub asari‐bid`ət, ya Əli. 

 

Xeyməgahi yandırub, ağ oldular Peyğəmbərə, 



Ahutək Ali‐Əba yüz qoydular səhralərə, 

Qəm hücumavər olub çün Zeynəbi‐biyavərə, 

Nuş edən vəqti Hüseyn cami‐şəhadət, ya Əli. 

 

Asiyəm, çox qorxuram mən Xaliqi‐Qəhhardən, 



Can verən vəqt başım üstə, gəl, qutar azardən, 

Qət` olan vəqtə ümidim munisü ənsardən, 

Nadimə eylə tərəhhüm, leyli‐vəhşət, ya Əli. 

 

                  Əmirəlmö`minin (ə) 

 

Yetgilən imdadə, ya mövla Əmirəlmö`minin, 



Çeşmimə zindan olub dünya, Əmirəlmö`minin. (ə) 

 

Göz yaşı qanə dönüb, bir dadrəs dünyadə yox, 



Qəmküsar olmağlığa biz şieyi‐naşadə, yox, 

Əhli‐dil dindardən bir kəs fəna dünyadə yox, 

Əksəriyyat oldılar ə`da, Əmirəlmö`minin. 

 

Etdigün sə`yün necə ərz eyləyim, oldı hədər, 



Kaş olaydı bu fəna dünya o gün zirü zəbər, 

Adımız İslamdür zahirdə, bir növ` bəşər, 

Din əsasın yox edən bərpa, Əmirəlmö`minin. 



 

111 


 

Aç gözüvi, ya Əli, sən qoyduğun peyğam hanı? 

Bu əsasi‐dinə bir kəs çəkməgə əncam, hanı? 

Məhv olub qanuni‐Qur`an, qaili‐İslam hanı? 

Ol əziz İslam olub ədna, Əmirəlmö`minin.  

 

Din əsasın günbəgün tarac edir əğyarlər, 



Əhli‐dini möhnətə amac edir əğyarlər, 

Əmri‐dini‐rəsmdən ixrac edir əğyarlər, 

Göz yaşı qəmdən olub dərya, Əmirəlmö`minin. 

 

Bülbüli‐səhni‐çəmən bir‐bir gedüb xar oldılar, 



Seydtək səyyadi‐xunxarə giriftar oldılar, 

Yarilər ə`da sözilə cümlə əğyar oldılar, 

Zahirən inkar olur üqba, Əmirəlmö`minin. 

 

Mərhəmət eylə, özün qurtar həlakətdən bizi, 



Qət` əlaqə etgilən xani‐vilayətdən bizi, 

Rəhnümamızsan özün, rədd et zəlalətdən bizi, 

Sən bəhəqqi hörməti‐Zəhra, Əmirəlmö`minin. 

 

Tabımız yoxdı belə bədru cəhanı görməgə, 



Zindəganlıq eyləyüb ömri‐təmamı görməgə, 

Qətli‐İslamə gələn nəzmü nizamı görməgə, 

Günbəgün rövnəq tapur ə`da, Əmirəlmö`minin. 

 

Mane`dür əhli‐cəfa bikəs Hüseynün yasinə, 



Qoymaz ə`da ağlayaq ətşan ölən Əbbasinə, 

Qəlbimiz cövrü sitəmdən döndi qan dəryasinə, 

Olmuşux qərqi‐qəmi‐üzma, Əmirəlmö`minin. 

 

 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə