Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə22/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   18   19   20   21   22   23   24   25   ...   144

 

102 


 

Oxundı göglərara afərin, cəzakəllah, 

Deyərdi, “əl‐həzər”ü “əl‐əman” münafiqlər. 

 

Həman Əlidi ki, Xəndəqdə Əmri öldürdi, 



İşıqlaşubdı həman vəqtə çeşmi‐Peyğəmbər. 

 

Həman Əliydi ki, Həqq dini eyləyüb qaim, 



Əlidi seyyidi‐cənnatü saqiyi‐Kövsər. 

 

Əlidi şiələri həşrdə rəha eləyən, 



Bunun vüsalı üçün müntəzirdi hurilər. 

 

Bu yerdə məscidi‐Kufə xəyalimə düşdi, 



Cəfalər ilə Hüseyn qaldı Kufədə bisər. 

 

O ibni‐Mülcəmi‐zalim əlində tiği‐bəla, 



Necə yazım ki, gözüm qəmdən oldı qəmpərvər. 

 

Neçə qədəm gətürüb ta yetişdi səhrayə, 



O vəqtə şiələrün başına səpüb küllər. 

 

Qılıncı zərb ilən çün endirəndə ol zalim, 



Boyandı qanə Əli, oldı qan ilə əhmər. 

 

Bu qissədən cigərim yandı dağdar oldı, 



Boyandı qaninə zülm ilə xaceyi‐Qənbər. 

 

Tökər sirişk yüzə Nadim qələm əlində, Əli, 



Bu şərhi səbt eləyüb dəftərində, nəzmə çəkər. 

 

 



 


 

103 


 

                         Saqinamə 

 

Gətür bu aşiqə bir badə, saqi, xoşgüvar olsun,



 

İçüb aşiq bu cami‐eşqi, sərməstü xumar olsun. 



 

Bəhar oldı dübarə tutiyi‐təb` gəldi göftarə, 

Bu növ` sərf edər ömrün yetincə vəsli‐dildarə, 

Həmişə cəhd edər bülbül yetişsün fəsli‐gülzarə, 

Zimistandan xilas olsun, nəsibi növbəhar olsun. 

 

Genə eşqim əyan oldı, düşübdür ayrı sevdayə, 



Yetişmək istəyür könlüm genə zibayi‐dünyayə, 

Neçə müddətdi bu aşiq düşübdür bu təmənnayə, 

Ki, bəlkə balü pər açsun, rəvani‐gülüzar olsun. 

 

Könüldən et kənar, ey əql, bu bihudə sevdadur, 



Rüxi‐dildarı tə`rif eyləsən, gər hərfi‐bicadur, 

Rüxi‐dildarə aldanma, sənə bu məhru ə`dadur, 

Nə lazımdur bu şirintəb cəhandə ləhvkar olsun. 

 

Əgər tə`rif edərsən, Heydəri‐Kərrarə layiqdür, 



Sual etsən əgər bu əqldən, ol şahə aşiqdür, 

Onun həqqini hər kəs dansa, vallahi, münafiqdür, 

Ki, az qaldı Əli eşqində könlüm pürşərar olsun. 

 

Könül, baxsan əgər əl`an Nəcəf səhrasına sarı, 



O səhradə yəqinən çün görərsən əsli gülzarı, 

 

 



                                                 

  Hüseyn Nadim Naxçıvaninin filologiya elmləri doktoru Əsgər Qədimov 



tərəfindən tərtib edilmiş “Seçmə  şeirlər” (Azərbaycan Dövlət Nəşriyyatı, 

Bakı, 1993, səh.33) kitabında bu şeir dəyişdirilərək qəzəl kimi verilmişdir.    




 

104 


 

Mələklər ərşdə tə`rif edəllər Şahi‐əbrarı, 

O səhratək gülistan yoxdı nuri aşikar olsun. 

 

Bu Şahun rütbeyi‐şə`ni təmamən xəlqə e`landur, 



Bu Şahun əmrini nəhy eyləyən axır peşimandur, 

Bu bikəs Nadimün canı Şəhi‐valayə qurbandur, 

Nəsib eylə məzarında bu çeşmim əşkbar olsun. 

 

                                 Bu şəb 

 

Əlvan edüblə qaninə Şiri‐Xudanı çün bu şəb, 



Ağlar qoyubla zülm ilə Ali‐Əbanı çün bu şəb, 

Çün ibni‐Mülcəm bihəya oldı belə zülmə riza, 

Zülm ilə yıxdı ol dəğa ərşi‐Xudanı çün bu şəb. 

 

Qan ilə əlvan eləyübdi Padşahi‐məhşəri, 



Çünki nəmaz üstə şəhid eylüb əmiri‐Xeybəri, 

Mehrab içində xun ilə yeksan edibdür Heydəri, 

Qan ilə əlvan etdilə Şahi‐cəhanı çün bu şəb. 

 

Gəldi fəğanə Cəbrəil, oldı bu qəmdə növhəxan, 



Mehrab içində qan ilə əlvan olub Şahi‐cəhan, 

“Qutiləl‐əmirəlmö`minin”

 söylüb, edüb şurü fəğan, 



Qan üstünə saldı ədu miri‐hüdanı çün bu şəb. 

 

Saldı bu qəmdə vəlvələ ərşi‐Xudayə Cəbrəil, 



Aldı bu şəb tacın ələ, gəldi nəvayə Cəbrəil, 

Növhə edüb ağlar bu gün şiri‐Xudayə Cəbrəil, 

Eylüb mələklər qarəpuş ərşi‐Xudanı çün bu şəb. 

                                                 

 Əmirəlmöminin (İmam Əli) (ə) qətlə yetirildi 




 

105 


 

Zülm ilə əhli‐kufəyan lövhi‐Xudanı pozdular, 

Hərfi‐mə`nadə çün kəlami‐“Hələta”nı pozdular, 

Çün səfheyi‐Qur`andə “Şəmsüz‐züha”nı pozdular, 

Öldürdülər zülm ilə Şahi‐“Lafəta”nı çün bu şəb. 

 

Amadə oldı bu müsibətdən Hüseyni‐bivətən, 



Oldı rəvanə məscidə ağlar Hüseyn ilə Həsən, 

Göz yaşını cari edər Əbbas, sərdari‐zəmən, 

Ağlar qoyublar cümlə Ali‐Müstəfanı çün bu şəb. 

 

Çün həva tar oldı, lərzə eylədi ərşi‐bərin, 



Qan ilə yeksan olub çünki İmami‐məşriqeyn, 

Çün Cəbrəil eylüb nida, “qutiləl‐əmirəlmö`minin”, 

Qoydı gözyaşlı ədulər Müctəbanı çün bu şəb. 

 

Nadimün bu qəmdə oldı zarü giryan, ya Əli, 



Cismüvi çünki edüblə qanə qəltan, ya Əli, 

Ruzi‐məhşərdə məni qoyma pərişan, ya Əli, 

Ağlar qoyublar Zeynəbi‐mahi‐liqanı çün bu şəb. 

 

                              Əli (ə) 

 

Səcdəgahdə qan ilə xizab etdilər səni, rəhnüma Əli. 



Şiələr sənün ağlar haluva, ey Şəhənşəhi‐“Lafəta”, Əli. (ə) 

 

İbni‐Mülcəmi‐bihəya neçün etmədi Peyəmbərdən heç hicab, 



Səcdəgahi‐mehrabdə sənə eylədi necə zülmi‐bihesab, 

Zəhərli qılınc yarəsi, Ağa, səndə qoymadı onda zərrə tab, 

Ağladı sənün haluva o vəqt ərşi‐Xaliqi‐kibriya, Əli. 

 

 




 

106 


 

Kəsb edüb ədu zülm əsasını, saldı zəxmdar, “Vəzzüha”, səni. 

Yıxdılar səni xaki‐xunara, çəkdi kaminə “Hələta” səni, 

Cismi zəxmdar əhli‐itrətün, tapdılar o gün qanara səni, 

Ayələr sənün şə`nüvə nüzul eyləyüb, xüsus, “Hələta”, Əli. 

 

Tərk edüb Peyğəmbər vəsiyyətin, 



Etdilər sənün hətki‐hörmətin. 

Qaldılar yetim əhli‐itrətin, 

Ağladı hamı masiva, Əli. 

 

Bir yara yetüb başuva sənün, 



Dəstgir olub əldə düşmənün, 

İzzətü cəlal ilə mədfənün, 

Dəfn edüb səni Müctəba, Əli. 

 

Ruhuva fəda cümlə şiələr, 



Kərbəlayə sən eylə bir güzər, 

Gör, Hüseynüvə etdilər nələr? 

Qətlinə gələn əşqiya, Əli. 

 

Əvvəl aldılar əldən Əkbərün, 



Oxlanub susuz hülqi Əsğərün, 

Zibh edüblə bir‐bir  köməklərün, 

Həqqə eylədi can fəda, Əli. 

 

Lə`nəti‐Xuda əhli‐kinəyə, 



Vırdılar başın növki‐nizəyə, 

Etdilər rəvan Şamü Kufəyə, 

Yandı xeymələr bərməla, Əli. 

 

 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə