Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə18/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   14   15   16   17   18   19   20   21   ...   144

 

82 


 

Ruyi‐dünyanı dutan laməkan İskəndər hanı? 

Xeyli müşkildi belə amiri‐fərman olasan. 

 

Də`vət etdi səni həqq dinə, peyəmbərlər hanı? 



Gətirüb dinə səni bəlkə müsəlman olasan. 

 

Ayəbəayə gəlüb rəhbəri‐Qur`ani‐məcid, 



Həqqə sən arif olub, qaili‐Qur`an olasan. 

 

Bisəbəb vermədi can böylə ki, bu Ali‐Əba, 



Bəlkə bais budı, sən layiqi‐rizvan olasan. 

 

Belə ki, başlamışıq biz bu həlal ilə həram, 



Qorxuram axırı sən vasili‐niyran olasan. 

 

Beşcə gün omrdən ötri dinü imanı satub, 



Görürəm istəyüsən

 dövrdə dərban olasan. 



 

Nadima, ömri‐fəna fanidür, fövt eyləməmiş, 

Aç gözün, qorxgilən axırda peşiman olasan. 

 

Gərək 

 

Ey dil, müdam həqiqəti etmək bəyan gərək, 



Qəmdən yüzə sirişki‐qəm etmək rəvan gərək. 

 

Üqba evin xəyaluva sal, et əlacını, 



Bu şərhi nəfsə əql ilə etmək əyan gərək. 

 

                                                 



 İstəyirsən  




 

83 


 

Bir vəqt əgləşər mələki‐mövt sinəvə, 

Etmək özüvə ol mələki mehriban gərək. 

 

Bir təxtəparə üstə soyulmuş cənazəsən, 



Qəssal əlində durmağa tabü təvan gərək. 

 

Ol vəqt qoyalla



 qəbrə səni, kimdi munisin, 

Bir kəs o vəqtə munisi‐şirinzəban gərək. 

 

Zülmat qəbrüvə dəxi şəm` eyləməz əsər, 



Ol bəzmə nuri salmağa nuri‐cinan gərək. 

 

Can mərqədində əskik olunmaz qiyas ilə, 



Mürği‐cinanə də genə bir aşiyan gərək. 

 

Yoxdur sənün hərasun əgər murü mardən, 



Əğyardən yanan zəman olmaq nihan gərək. 

 

Nari‐cəhimdən səni hifz eyləməkligə, 



Bir xeyr əməl ola sənə ta pasiban gərək. 

 

Sultan hüzurinə gedənə vasitə olur, 



Versün sənə həqiqət rahi nişan gərək. 

 

Vardur həyatun, ağla Hüseynə səbahü şam, 



Bir tuşə göz yaşın edəsən ərməğan gərək. 

 

Dərdi‐günahuva ola dərman bu göz yaşun, 



Nadim, Hüseynə dutmaq əza hər zəman gərək. 

 

 



                                                 

 Qoyarlar 




 

84 


 

                                * * * 

 

Ə`da sitəmlə etdi şəhid Əkbərün susuz, 



Əkbər qəmində eyləmək ahü fəğan gərək. 

 

Dəstində Əsğərini susuz oxladı ədu, 



Bu Əsğər aşiqi ola çün bağrıqan gərək. 

 

Əbbasını xəcil elədilə Səkinədən, 



Bu qəmdə əşki‐didələr olsun rəvan gərək. 

 

Damadınun toy hicləsini odlayubdular, 



Eşq əhli bu əzadə ola növhəxan gərək. 

 

Zibh eyləyüb Hüseyn sərün Şimri‐bihəya, 



Lazımdı qarəpuş ola mərdü zənan gərək. 

 

Nadim, həmişə ağla Hüseynə səbahü şam, 



Bəzmi‐əzadə sən olasan canfəşan gərək. 

 

 



Ey səba 

 

Məndən səlam yetür Şəhi‐dövranə, ey səba, 



Versün şəfa bu xəsteyi‐hicranə, ey səba. 

 

Olsun nəsib dübarə o Şahun ziyarəti, 



Eylüm

 səlam o Şahi‐şəhidanə, ey səba. 



 

Bu dərdimün əlacın mən istədim özüm, 

Olmaz nəsib bu didəsi giryanə, ey səba. 

                                                 

 Eyləyim 




 

85 


 

Ərz et mənim dilimcə ki, əfv eyləsün məni, 

Verrəm qəsəm o natiqi‐Qur`anə, ey səba. 

 

Qəmdən bu mülki‐dil boyanub qanə sərbəsər, 



Etsün əlac bu möhnəti‐tüğyanə, ey səba. 

 

Var niyyətim əlim yetə qəbri‐şərifinə, 



Hər leyl göz yaşım dönüb ümmanə, ey səba. 

 

Bir mərhəmət edə nəzəri‐kimiya ilə, 



Versün şəfa bu Nadimi‐nalanə, ey səba. 

  

                           Hüseyn (ə) əzasində 

  

Kor olsun ağlamayan göz Hüseyn əzasində, 



Zəmini‐maridə, Kərbübəla Minasində. 

 

Bəsirətin var əgər, eylə Kərbəlayə nəzər, 



Bəlavü qəm görünür dəşti‐Neynəvasində. 

 

Həmişə naləvü əfğan o çöldə zahirdür, 



Səkinə indi də ağlar ata həvasində. 

 

Dutubdı Qasimə matəm Səriyyeyi‐naşad, 



Əmoğlu vay, deyüb ağlar ərus yasində. 

 

Yaralarından axub ləxtə‐ləxtə qan, quruyub, 



Qalubdı dideyi‐damad toy hənasində. 

 

Əliyyü Əkbər olub xuni‐al ilə əlvan, 



Toya çün həsrət olub, gül açub yaərasində. 


 

86 


 

Üzarə göz yaşı tök, Nadim, etgilən əfğan, 

Nəsib ola, deyəsən növhə Kərbəlasində. 

 

 



Əfrad 

 

Nə qədr olsa həyatun, Hüseynə ağlagilən, 



Fəğan edüb bu müsibətdə, sinə dağlagilən. 

 

Zəmini‐Kərbübəladə olubdı qanə hədəf, 



O çöldə tə`ziyə bərpa edübdi şahi‐Nəcəf. 

 

Sipahi‐Kufəvü Şam, ol qəribi doğradılar, 



Əlinün üstə Əli Əsğərini oxladılar. 

 

Gedüb o şahun əlindən təmam ənsarı, 



Olubdı qanına qolsuz xizab Ələmdarı. 

 

Dolubdı zülm ilə çü Qadisiyyə səhrası, 



Fərat kənarına qolsuz salublar Əbbası. 

 

Salubla xaki‐bəlayə məhi‐Mədinəsini, 



Qoyubla naləkünan zülm ilə Səkinəsini. 

 

Sitəmlə əhli‐cəfa soldurubla güllərini, 



Şəhid edübdilər ə`da Əliyyü Əkbərini. 

 

Zəbih eylədilər rə`si‐paki‐məzlumi, 



Əsir edüblə sitəmlə əzizə Külsumi. 

 

O çöldə Qasimə toy dutdı Şahi‐məzluman, 



Nə toydı, əhli‐hərəm cümlə eyləyir əfğan. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə