Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə17/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   13   14   15   16   17   18   19   20   ...   144

 

76 


 

 

 

 

 

 

 

 

 

 

 

 

MÜXTƏLİF 

ŞERLƏR

 

 

 


 

77 


 

Bismillah 

 

Bəhəmdüllah, yetişdim məskəni‐irfanə, bismillah, 



Yetüb gülşəndə dəstim dəsteyi‐reyhanə, bismillah. 

 

Xudavənda, qutardı, şükr ola, can dərdi‐möhnətdən, 



Sataşdı çeşmi‐qəmnakım rəhi‐cananə, bismillah. 

 

Bəhəmdüllah, qutardım dəhrdə şərdən, zəlalətdən 



Yəqindi, çün yetişdim rövzeyi‐rizvanə, bismillah. 

 

Təmamən rövzeyi‐rizvan, nə kim, var huriyü qılman, 



Tiküb göz saqiyi‐Kövsər, Şəhi‐mərdanə, bismillah. 

 

Bəhəmdüllah,qutardım bu cəhanda şeyxi‐zalimdən,   



Yetişdim qədr üçün mən Əkbəri‐ətşanə, bismillah. 

 

Olub Kərbübəla Şahinə zarü dilfəşan Nadim, 



Bəhəmdüllah, yetişdim sərvəri‐dövranə, bismillah. 

 

Bəhəmdüllah 

 

Bəhəmdüllah, tazədən düşdüm əcəb sevdayə mən, 



Axir ömrümdə yetişdim ne`məti‐üzmayə mən. 

 

Gərçi çox ətşan idim suzi‐ətəşdən dəhrdə, 



Səd həzaran şükr, yetdim Zəmzəmü Minayə mən. 

 

Çox dolandım bu cəhandə zarü giryan, dilfikar, 



Səhni‐gülşəndə yetişdim bir güli‐həmrayə mən. 

 

 




 

78 


 

Gül nədür, bülbül nədür, sevda nədür ki, zahida, 

Əsli mə`nadə yetişdim sərvəti‐minayə mən. 

 

Zair oldum eşq ilə mən Kərbəla Minasinə, 



Ol gülüstandə yetişdim bülbüli‐şeydayə mən. 

 

Nadiməm, mən Əkbərün eşqində giryan olmuşam, 



Ağlaram leylü nəhar ol gözləri şəhlayə mən. 

                                     

                                              Var idi 

 

Əziz idim o zəman şanü şövkətim var idi, 



Əlimdə şöhrət açan varü dövlətim var idi. 

 

Ədəblə, əql ilə rəftar mənimlə munis idi, 



Şərabü nani‐ləzizanə ne`mətim var idi. 

 

Acı sözüm olunurdı hesab çün qəndab, 



Rəfiqü xiş ilə çox yaxşı ülfətim var idi. 

 

Girəndə məclisə cümlə nişan verərdi məni, 



Həmin məqamə görə çün ləyaqətim var idi. 

 

Kənarlər o zəman qövm hesab edərdi məni, 



Cəvab verməgə ə`dayə qüdrətim var idi. 

 

Mənə qövmlər o vəqt xeyli mehriban idilər, 



Əlimdə simü zərim, çox fərasətim var idi. 

 

Xitab edərdi qarın‐qılçalar, “Ağa Nadim!”, 



Əcəb rəvayehbəxş çay xəl`ətim var idi. 


 

79 


 

                                          Aldanma 

 

Aldanma, ey dil, ömrə ki, bunda vəfa hanı? 



Göstər görüm, bu dəhrdə zövqü səfa hanı? 

 

Yox zindəganlıq, ömri‐fəna məhv olub keçər, 



Söylə görüm, cəhanda bir əhli‐vəfa hanı? 

 

Bu mənzil içrə kim eyləyüb istirahətin, 



Çoxlar gəlüb gedübdi, olardan bəqa hanı? 

 

Dünya üçün həlakətə çoxlar özün salub, 



Dövlət hanı, cəlal hanı, simü təla hanı? 

 

Çox hurivəş bu aləmi seyran edüb gedüb, 



Ə`za hanı, cəsəd hanı, cismü qəfa hanı? 

 

Məhv oldı çox hərirlibasü gülcəmallər, 



Yeksan olubdı xakə ol huriliqa hanı? 

 

Çox mərdi‐namdarlər aləmdə ism alub, 



Noldı o mərdlərə, onlara irtiqa hanı? 

 

Çoxları qərib ölüb, bəli, qürbətdə can verər, 



Kərbübəla ərusi kimi binəva hanı? 

 

Getdi ərusilər olub axır qəra duvaq, 



Qasim ərusitək yaxa qandan həna hanı? 

 

Çox növcəvanlar həsrətü nakam can verüb, 



Damadi‐Kərbəla kimi qərqi‐bəla hanı? 


 

80 


 

Məskən qərib, ərusi qərib, əqrəba qərib, 

İşrət güni olan səri təndən cüda hanı? 

 

Çox növcəvanlarun gözi həsrət qalub toya, 



Əkbər kimi sitəmzədə, gülgunqəba hanı? 

 

Çox evləri xərabə edibdür bu ruzigar, 



Bağlı qalan Əli evitək bir bina hanı?  

 

Bu dərdmənd Nadimə dərmandı göz yaşı, 



Göz yaşıtək zəmanədə bir pürbəha hanı? 

 

                      Keçər gedər 

 

Ey dil, bu ömri‐fani, bu dünya keçər gedər, 



Vəsli‐səfayi‐dilbəri‐ziba keçər gedər. 

 

Çün fanidür bu eyş, cəhanun vəfası yox, 



Fəsli‐bəhar seyri, bu səba keçər gedər. 

 

Aldanma malü dövlətə, dünyayə, aqil ol, 



Olsan da şah, bu zərrü mütəlla keçər gedər. 

 

Gər mərdi‐namdar ola İskəndəri‐zəman,  



Abi‐həyatı etsə də bərpa, keçər gedər. 

 

Loğmani‐əsr gər olasan, əldə çarə yox, 



Topraq yerindür, türfə bu xülya keçər gedər. 

 

Libasuvı qəssal aparar, ətləs olsa da, 



Çün mülkü rəxti‐kürki‐Buxara keçər gedər. 


 

81 


 

Verməz necə ki namü nişan, ismi‐qəhrəman, 

Rüstəm və ya ki, aqilü dana, keçər gedər. 

 

Qövmü qəbilə cəm` ola dövri‐cənazəvə, 



Verməz səmər bir qurı qovğa, keçər gedər. 

 

Nadim, tədarük eylə yola sən də, hazır ol, 



Bir arpa qurusı ilə dünya keçər gedər. 

 

Öləcəksən 

 

Öləcəksən, bilüsən



, axırı sultan olasan,   

Sahibi‐təxti‐zərü taci‐zətəfşan olasan. 

 

Gedəcək cahü cəlal, dövlətü mal ilə mənal, 



Gərçi Qarun kimi badövləti‐dövran olasan. 

 

Atma ox Xaliqə, Fir`on kimi olma qürur, 



Boğazun tirə keçər, axırı şeytan olasan. 

 

Habilin qanına Qabil kimi iqdam eləmə, 



Sipəri‐lə`nət olub eldə, bir ünvan olasan. 

 

Bəsdi bu cəhlü cəhalət, gözün aç, keçdi həyat, 



Amil ol öz sözüvə, sən də bir insan olasan. 

 

Nə xəyalatü nə tədbirü təşəbbüs, nə fikir, 



İstəyürsən məgər aləmdə Süleyman olasan? 

 

                                                 



 Bilirsən  




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə