Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə20/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   16   17   18   19   20   21   22   23   ...   144

 

92 


 

Bu Kərbəladə məni parə‐parə doğrallar, 

Qalar Mədinəyə həsrət Hüseyni‐təşnəcigər. 

 

Bu Kərbəladə gərək Zeynəbim əsir olsun, 



Çəkəllə Zeynəbi qolbağlı Şamə əhli‐səqər. 

 

Bəyan edəndə bu əmri o sərvəri‐mədəni, 



Dağlımağa qoyub üz birbəbir münafiqlər. 

 

Gəlüb hüzuri‐şəhi‐Kərbəlayə, qıldı bəyan, 



Təmam dağıldı əsasın, yıxıldı çadırlər. 

 

Yazub bu qissəni Nadim, tökər sirişk yüzə,  



Verər muradını axır, Hüseyni‐təşnəcigər. 

 

                                  Olubdur 

 

Bilmirəm nə olub ki, xəlqün qəmləri əyan olubdur, 



Gözlər əşk ilə ləbaləb, karları fəğan olubdur. 

 

Lalələr həzardəstan, nilüfər geyübdi qarə, 



Va Hüseyn deyər bənəvşə, göz yaşın tökər üzarə, 

Qüssədən olubdı məhtab bərg‐bərg, parə‐parə, 

Söyləyər, qərib Hüseynün gülşəni xəzan olubdur. 

 

Eylədim sual, nəsrin, gəlmisən neçün nəvayə? 



Sərv barlər çəküb əl, bardən gəlüb sədayə, 

Söylədi, Hüseyn ölübdür, batmuşux təmam əzayə, 

Mürği‐bağ, güli‐gülistan tərki‐aşiyan olubdur. 

 

 



 


 

93 


 

Səhndə büsati‐matəm başlayub güli‐səmənsa, 

Lalə oldı gülşən içrə qəmdən əndəlibi‐şeyda, 

Çün qalub oğulsız ağlar imdi Əkbərinə Leyla, 

Yusifi‐Mədinə tirü xəncərə nişan olubdur. 

 

Ya olub məhi‐mühərrəm cümlə əhli‐aləm ağlar, 



Qönçədür güli‐müəttər, çün açılmaz hər dəm ağlar, 

Qönçəvəş solubdur Əsğər, madəri dəmadəm ağlar, 

Hülqi gül kimin açılmış, oxlara nişan olubdur. 

 

Pərşikəstə bərgi‐xəndan əgləşüb çəməndə gül‐xas, 



Göz yaşın tökər üzarə qətrə‐qətrə misli‐əlmas, 

Nəhri‐Əlqəm üstə qolsuz təşnə doğranubdı Əbbas, 

Baş açub cənab Külsüm çeşmi əşkbar olubdur. 

 

Baş açub gəlüb nəvayə bəs nədür ki, vəchi nərgis, 



Bir tərəfdə baş açubdur sünbül əgləşübdi bihiss, 

Qan yaxub əlinə Qasim, eyləyər ərus əfsus, 

Bəxti qarə növərusun virdi əl‐əman olubdur. 

  

Laləni çəməndə gördüm geymiş əhmər üstə qarə, 



Yasəmən qədi xəm olmuş susəni alub kənarə, 

Şahi‐din tapan zəmanda Əkbərini parə‐parə, 

Sərvi‐qəddi xəm üzarə gözi yaş rəvan olubdur. 

 

Gülsəbahi əsr həvası gördüm eyləyübdi məhzun, 



Əndəlibi‐zar olubdur gülşənün qəmində dilxun, 

Əkbərün görəndə Leyla halı oldı çün digərgun, 

Sökənübdi

 yarə üstə yarə, qərqi‐qan olubdur. 



                                                 

 Söykənibdir 




 

94 


 

Bir tərəfdə sərv gördüm qaməti olub xəmidə, 

Xəm olub çəməndə şümşad, kəc olub qədi kəşidə, 

Dəstgir olubdı Zeynəb yoxsa ləşkəri‐ənidə, 

Xətmitək xəzanə dönmüş, rəngi zə`fəran olubdur. 

 

Nəstərən gəlüb nəvayə, eyləyər fəğanü şivən, 



Qışa döndi növbəharı, tarümar olubdı gülşən, 

Bülbüli‐Mədinə olmaz möhnətü bəladən eymən, 

Naləyə gəlübdi tuti, çünki növhəxan olubdur. 

 

Qu‐qu eyləməz, nolubdur, qumri əgləşüb əzayə, 



Heyrətə düşübdür aləm, ağlaya bu macərayə, 

Nadim, ağla sən də daim bu qəribi‐Kərbəlayə, 

Cəm`i‐yari‐cannisarı çün xizabi‐qan olubdur. 

 

                               Bəhariyyə 

 

Könül səfa gətürüb növbəhar həvasindən, 



Olubdı bülbüli‐şeyda gülün səfasindən. 

 

Açubdı gülşəni‐lalə, sənübərü reyhan, 



Nə gül, nə lalə deyim olmaz ibtidasindən. 

 

Minayi‐Kərbübəla gülşənində güllər açub, 



O gül ki, zahir olub Əkbərün yərasindən. 

 

O gülşəni edüb bəhrə şahi‐Kərbübəla, 



Xəzanə döndi o gülşən ədu cəfasindən. 

 

Şəhid olan sora ənsarü Əkbərü Əbbas, 



Üzüldi dəsti‐Hüseyn qövm‐əqrəbasindən. 


 

95 


 

Dedi, bu sən, bu da mən, bu diyari‐Kərbübəla, 

İcazə ver, gətürüm tuşə Həqq Minasindən. 

 

Olub sirişki‐Hüseyn gül üzarinə cari, 



Dedi, yoxundı məgər məxfi iltimasindən. 

 

Mənə atan veribdür səni edim damad, 



Gərək ki, feyz alasan mətləbi‐xəfasindən. 

 

Buyurdı Zeynəbə Mövla, ərusə eylə xəbər, 



Əlin xizab edə ta, Qasimün hənasindən. 

 

O vəqt Qasimə bir toy‐dügün dutub Şəhi‐din, 



O toy kənarə salub oğlunı anasindən. 

 

Buyurdı, gəl, anacan, et həlal yetim balavı, 



Bu növ`i ayrılu aya ana balasından? 

 

Vida edüb anasın oldı azimi‐meydan, 



Ərus məxfidə ağlardı çün həyasindən. 

 

Yetİşdi rəzmgəhə çün mübariz etdi tələb, 



Pozıldı meymənəvü meysərə hərasindən. 

 

Cəhimə etdi rəvanə neçə münafiqlər, 



Mələklər eşqə gəlüb afərin sədasindən. 

 

Gəlüb çün Əzrəqi‐Şami misali‐kəlbi‐əqur, 



Çəkərdi ahi‐dəmadəm oğul əzasindən. 

 

 




 

96 


 

Olubdı rubəru zülmat nur ilən o zəman, 

Çəküb o şumi‐dəğa tiğini cəfasindən. 

 

Vıranda Qasimə tiri‐cəfa o şumi‐ləin, 



Kənar edüb qılıcı Qasim, Həqq duasindən. 

 

Münəvvər oldı cəmalı əzizi‐paki‐Nəcəf, 



Göründi qürsi‐qəmər tiri‐bərqasasindən. 

 

Çəkübdi tirini əldə misali‐şiri‐jəyan, 



Əsərdi bərgi‐xəzantək onun hərasindən. 

 

Dəxi müsibətə əl vırma, Nadimi‐şeyda, 



Dönübdi qanə könül, qan olan hənasindən. 

 

                        Peyğəmbər ayinə 

 

Ey könül, dut ruyüvə vəsfi‐Peyəmbər ayinə, 



Dut əlində vəsf üçün bu ismi Allah ayinə. 

 

Gəldi dini aşikar etməkligə afaqdə, 



Eylədi əmri‐Xudanı xəlqə yeksər ayinə. 

 

Olmasaydı bu Mühəmməd, aşikar olmazdı din, 



Eylədi dini‐mübini Şahi‐məhşər ayinə. 

 

Xaricilər bu vücudin şə`ninə münkir degil, 



Bu Şəhün əmri olubdur xəlqə rəhbər ayinə. 

 

Müzməhil olmuşdı din bu gəlməseydi aləmə, 



Dutdılar bu nuri cümlə ənbiyalər ayinə. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə