Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə21/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   17   18   19   20   21   22   23   24   ...   144

 

97 


 

Dut bu nuri ayinə rüxsaruva məhşər güni, 

Bundan ə`la olmaz ol gündə müyəssər ayinə. 

 

Həşrdə bircə budur ümmətlərə imdad edən, 



Babi‐cənnətdür, budur ol gündə rəhbər ayinə. 

 

Azimi‐üqba olan saətdə Xətmi‐ənbiya, 



Canişin oldı o nurə nuri‐Heydər ayinə. 

 

Bu Rəsulun rehlətindən sonra ol Şahi‐Nəcəf, 



Bu fəna dünyadə oldı xəlqə rəhbər ayinə. 

 

Canişini‐Müstəfa, imdadxahi‐masiva, 



Zati‐pakilə olubdur Şahi‐davər ayinə. 

 

Xari‐müğilan üstə bipər düşən vəqt Cəbrəil, 



Cəbrailə oldı o gün nuri‐Səftər ayinə. 

 

Çün Sərəndib içrə tirə şəbdə imdad eyləyüb, 



Adəmün qəlbün edüb xəsldən ənvər ayinə. 

 

Çün Əlinün nuri, Tur üstə təcəlla eylədi, 



Saldı Turə nurini mövlayi‐Qənbər ayinə. 

 

Ayətüllahü yədullahü babullahdür Əli, 



Bu Əli nuri dönüb cümlə mələklər ayinə. 

 

Bu Əli oldı Xəlilə nar içində dadrəs, 



Çün Xəlilə oldular xoş ətr güllər ayinə. 

 

 




 

98 


 

Yazmasaydı bu Əlinün ismini ərşə Xuda, 

Olmaz idi aləmə mahi‐münəvvər ayinə. 

 

Salmaz idi nurini yer üstə xurşidü səma, 



Tirü tarə aləmi etməzdi gözlər ayinə. 

 

Olmasaydı bu Əli, dünyadə Əmri Xəndəqi, 



Eyləyərdi bütləri biz qövmə yeksər ayinə. 

 

Olmasaydı bu Əli, almazdı babi‐Xeybəri, 



Çün müşəxxəs olmaz idi həqq din hər ayinə. 

 

Olmasaydı bu Əli, pamal olardı dari‐din, 



Kəştidə Nuhə olubdur fəthi‐Xeybər ayinə. 

 

Çün çəkəndə darə İsanı o gün qövmi‐yəhud, 



Oldı ruhullahə dar üstə Qəzənfər ayinə. 

 

Nadima, ruzi‐cəzadə, bil, şəfaətdür sənə, 



Anla, dut dəstində övsafi‐Peyəmbər ayinə. 

 

                   Peyğəmbərün vəfatinə 

 

Şiə, yetüb mövsümi‐rehləti Peyğəmbərün, 



İmdi əzadar olub itrəti Peyğəmbərün. 

 

Yasə batub Fatimə, çünki Peyəmbər ölüb, 



Ağlayar aləm bu gün, Şafiyi‐məhşər ölüb, 

Qarə geyüb ümməti, çünki o rəhbər ölüb, 

Dutmuş əza ağlayar, ümməti Peyğəmbərün. 

 



 

99 


 

Fəsli‐bükadur, təmam xəlq dəgüb bir‐birə, 

Maliki‐ərşi‐bərin qarə çəküb göglərə, 

Biz də gərək tə`ziyə saxlayaq ol sərvərə, 

Ta ki, gərək görk ola hörməti Peyğəmbərün. 

 

Aləmə sərdarı ki, onda ki, dəfn etdilər, 



Niyyətü məqsudinə əhli‐cəfa yetdilər, 

Əmrinə asi olub, nəhyinə əmr etdilər, 

Qəbrdə məhv olmamış xəl`əti Peyğəmbərün. 

 

Həqqi danub cümləsi biy`əti sındırdılar, 



Küfr ələmün qalxızub məkr torun qurdular, 

Axırı Peyğəmbərün babını yandırdılar, 

Həddən ötüb tazədən möhnəti Peyğəmbərün. 

 

Günbəgün əhli‐cəfa zülmdə kəsb etdilər, 



Beydəqi‐küfri ədu məsnədə nəsb etdilər, 

Həqqi‐vəliyullahın həqqini qəsb etdilər, 

Oldı fəna etdigi hüccəti Peyğəmbərün. 

 

Sanki bir od yandırub dudi çıxub göglərə, 



Etdi sirayət o od, rəxnə salub yerlərə, 

Şimr Hüseyn hülqini etdi nişan xəncərə, 

Xəm olub ənduh ilə qaməti Peyğəmbərün. 

 

Səcdə edən vəqtə qan üstinə bikəs İmam, 



Gətdi başun səcdədən sölədi, ey əhli‐Şam! 

Bircə içim su verün, eylərəm hüccət təmam, 

Həşrdə yetməz sizə rəhməti Peyğəmbərün. 

 

 




 

100 


 

Ağlaram hər ruzü şəb, rəhbəri‐ümmət, sənə, 

Nadimin ağlar müdam, Şahi‐vilayət, sənə, 

Ruzi‐cəzadə yetər əcri‐şəfaət sənə, 

Söylə yetüb, Nadima, rehləti Peyğəmbərün. 

  

         Əli vəliyyi‐Xudadur... 

 

Əli vəliyyi‐Xudadur, vəsiyyi‐Peyğəmbər, 



Əlidi Şafiyi‐ruzi‐cəza, Şəhi‐məhşər. 

 

Verübdi xilqəti‐əvvəldə Cəbrəilə nicat, 



Olub səbəb bu Əli, Cəbrəil açub şəhpər. 

 

Əlinün ismi əzəl taği‐ərşdə yazılub, 



O ismi cümlə mələklər oxurdular əzbər. 

 

Əli nicat verüb Adəmə Sərəndibdə, 



Onun vücudi ilə bərqərar olub göglər. 

 

Təcəlla etdi həman nur Turi‐Sinadə, 



İşıqlaşubdı həman nur ilə məhi‐ənvər. 

 

O nurdən ötəri xəlq olub bütün aləm, 



O nurə səcdə edüblər təmam məlayiklər. 

 

Həman Əlidi edüb Nuhə kəştidə imdad, 



Həman Əli olub İsayə dardə davər. 

 

Onun mübarək adı taği‐ərşə zinətdür, 



Əlidi şiri‐Xuda, dəsti‐Xaliqi‐Əkbər. 

 

 




 

101 


 

Onı Xuda özi tə`rif edübdi Qur`andə, 

Bu dini‐Əhmədi, çün bərqərar edüb Heydər. 

 

Xəlili nari‐cəfayə atanda qövmi‐Yəhud, 



Edübdi nari gülistan, olub ona yavər. 

 

Əli cəhanda, bəli, cümlə xəlqə davərdür, 



Cəhanə gəlməmiş oldı anasına davər. 

 

Əlidi madərini şirdən xilas eləyən, 



Əli gər olmasa zirü zəbər olur yerlər. 

 

Həman Əliydi Peyəmbər çıxanda me`racə, 



Gətürdi loğmə, Peyəmbərlə meyl edüb sərvər. 

 

Bilən zəmanda Peyəmbər əlində sibi‐behişt, 



Həman əl ilə alub sib parəsin Səftər. 

 

Həman Əlidür uşaqlığda əjdəhanı bölüb, 



Dünim edüb yerə saldı bəzərbi‐əngüştər. 

 

Həman əl ilə Əli dini aşikar elədi, 



Onun vücudi ilə sərnigun olub bütlər. 

 

O gün ki, dini‐Mühəmməd cəhanda qaim olub, 



Gətürdi dəstinə çün babi‐qəl`eyi‐Xeybər. 

 

Vıranda şəst ilə zərbət çün Əmrə şahi‐Nəcəf, 



Düşübdi xövfü hərasə hamı düşmənlər. 

 

 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə