Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə13/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   9   10   11   12   13   14   15   16   ...   144

 

56 


 

Xəlq edən sən, dərd verən sən, cümlə dərman səndədür, 

Lütf elə bu əbdi‐pürqəmxaruva, biçarəyəm. 

 

Vardı təqsirim, Xudaya, şahidəm bəd karimə, 



Keç günahimdən Şəhi‐əbraruva, biçarəyəm. 

 

Nadiməm, bir muyi‐dildarə qalub həsrət gözüm, 



Bəxş elə bir bu həqir biyaruva, biçarəyəm. 

 

* * * 



 

Ərz et, səba, bu halımi dildarə sən mənim, 

Bildir səlamımı ol məhrüxsarə sən mənim. 

 

Əvvəl mənim dilimdən o canana ərz qıl, 



Yandırma canımı, əzizim, narə sən mənim. 

 

Məcnuntək eylədün məni avareyi‐vətən, 



Bəsdür gətürdün ömrümi zinharə sən mənim. 

 

Yusif kimi Misridə məni eylədün əsir, 



Çəkdün bu xəstə canımı bazarə sən mənim. 

 

Qıldun nişan peykərini Nadimün yenə, 



Qoydun gözümi həsrət o rüxsarə sən mənim. 

 

* * * 



 

Əbrulərün qılub məni sədparə, neyləyim? 

Dünyadə gətdi

 ömrümi zinharə, neyləyim? 



 

                                                 

 Gətirdi 




 

57 


 

Qoydı məni zəmanədə avareyi‐vətən, 

Saldı əziz canımı azarə, neyləyim? 

 

Hurimisal qürur olu



 ol xəttü xalinə, 

Çöllərdə eylədi məni avarə, neyləyim? 

 

Müjganların xədəng kimi dəldı sinəmi, 



Bu şişə könlümi elədi parə, neyləyim? 

 

Yoxdur o məhparədə heç rəhm nişanəsi, 



Rəhm eyləsün bu xəstəvü bimarə, neyləyim? 

 

Qıllam nəzarə ruyüvə hər vəqt kənardən, 



Həsrət qalubdı Nadim o rüxsarə, neyləyim? 

 

                               * * * 



 

Eşqün sənün edüb məni avarə, dilbərim, 

Pərvanətək salub yanar odlarə, dilbərim. 

 

Cəllad əlində qaldı başım, gəl xilas elə, 



Saldun məni cəfa ilə azarə, dilbərim. 

 

Məcnun kimi vilayətimi qürbət eylədün, 



Qıldun sitəmlə qəlbimi sədparə, dilbərim. 

 

Yox bir qəmim əlavə fəraqi‐nigardən, 



Qoydun məni bu hicrdə avarə, dilbərim. 

 

 



 

                                                 

 Olub 



 

58 


 

Bir busə ver mənə, dedim, o gül cəmalindən, 

Olsun dəva bu xəstəvü bimarə, dilbərim. 

 

Bir busə Həq rizasinə məndən əsirgəmə, 



Rəhm etgilən bu Nadimi‐naçarə, dilbərim. 

 

                                   * * * 



 

Səni sevdim ki, dedim, bəlkə mənə yar olasan, 

Qəm günümdə mənə, həm yar ilə qəmxar olasan. 

 

Demədim məkr torun məkrlə piçidə edüb, 



Zahirən yar deyüb, batinən əğyar olasan. 

 

O siyah qaşlarıvun tağinə aldanmaz idim, 



Çünki aldandım əzəl bəlkə vəfadar olasan. 

 

Gözlərin qəmzə edir, güldüri



 zahirdə məni, 

Nə rəvadur ox atub məkr ilə, xunxar olasan. 

 

Var könüldə biləsən guşeyi‐əhmər yarası, 



Nə rəva zülfüni pünhan edübən xar olasan. 

 

Tifl çağımda məni aşiqi‐rüsva elədün, 



Demədim kamil olub, qeyr ilə dildar olasan. 

 

Nadim öz canın edər şövq ilə payində fəda, 



Bəlkə sən ibrət edüb, aqilü huşyar olasan. 

 

 



 

                                                 

 Güldürür 




 

59 


 

                                   * * * 

 

Cəhandə sən mənim sübhi‐ümidim, həm gümanımsan, 



Gözi yaşlı qoyub getmə məni, arami‐canımsan. 

 

Düşəm səndən kənarə beş dəqiqə, bil, həlak ollam, 



Həyatımsan cəhandə, həm nigari‐mehribanımsan. 

 

Əgər səndən kənar olsam, könül tutisifət ağlar, 



Mənə qəm yüz verən vəqtdə həmişə həmzəbanımsan. 

 

Gözüm nuri, tərəhhüm qıl, bəlayi‐hicr müşkildür, 



O hüsnü surətinlə sən pənahü aşiyanımsan. 

 

Cəmalun görməsəm, könlüm yanar suzanə hicründə, 



Kənar olma, əman, məndən, mənim ruhi‐rəvanımsan. 

 

Xuda hər növ` ilə Həqq aşiqini imtəhan eylər, 



Məni sən eylədün Nadim, bəlayi‐imtəhanımsan. 

 

                                  * * * 



  

Viran olubdı mülki‐könül bir də tazədən, 

Sevdayi‐eşqi cuşə gəlüb sərdə tazədən. 

 

Getdi bəhar, yetişdi xəzan, soldı laləzar, 



Bülbülsifət könül də gəlüb dərdə tazədən. 

 

Gəzdim, xəzani‐fəsli‐gülistanə yetmişəm, 



Həsrət gözüm qalub gülünə bir də tazədən. 

 

 




 

60 


 

Saldı fələk nəzərdən, həqir eyləyüb əcəb, 

İmdi məni bəyənmir o dilbər də tazədən. 

 

Əvvəl rəfiq idi mənə, imdi cəfa edir, 



Gözdən salub məni siyəhkər də tazədən. 

 

Nadim, bu mahparələrün bivəfalığın, 



Əldə qələm yazar hamı, dəftərdə tazədən. 

 

* * * 



 

Səmayə övc edər ahım bu dərdi‐möhnətdən, 

Əcəl yetə, qurtara canımı müsibətdən. 

 

Təmamən aşiqi‐sadiq bu fani aləmdə, 



Səbəb nədür ki, qurtarmır bu cümlə zillətdən. 

 

Nə bəxti qarəyəm, Allah, bu fani aləmdə, 



Qurtarmıram, nə edim, heç bəlayi‐firqətdən. 

 

Həzar heyf, yetişdi əcəl, qutardı həyat, 



Bəqayə dutmadı tuşə könül ibadətdən. 

 

Usan, oyan, dəxi yoxdur əsər cəvanlıqdan, 



O şəxsə ta ki, yetər dad həvayə rehlətdən. 

 

Hüseyni yadə salub ağla ruzü şəb, Nadim, 



Səni o rahət edər təkcə xövfü vəhşətdən. 

 

* * * 



 

Əl çək, könül, bu eşqi‐səfayi‐nigardən, 

Ömrün təmamə yetdi qəmi‐ruzigardən. 



Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə