Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə11/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   7   8   9   10   11   12   13   14   ...   144

 

46 


 

Gəlmədi, bu Yusifi zindandən etsün kənar, 

Ol Züleyxa ismli, Tubayə bənzər gəlmədi. 

 

İntizarəm dilrübadən hər zəman, şamü səhər, 



Saldı canim firqətə, zülfi‐sənubər gəlmədi. 

 

Nadimi‐məhzuni hicran ilə sərgərdan qoyub, 



Mahliqa, huri baxışlı, sibi‐ənvər gəlmədi. 

 

* * * 



 

Çoxdur qəmim, qəmlərimin yoxdı çarəsi, 

Əldən alubdı canımı canan işarəsi. 

 

Müjganlar ilə qəlbimi istər yar oxlasun, 



Dil mülkini yəqin yıxacaq ox sitarəsi. 

 

Zülfilə istixarə edir, öldürür məni, 



Yaxşı gələydi hurivəşin istixarəsi. 

 

Gər xəncər ilə öldürə, min dəf`ə raziyəm, 



Guşimə can verəndə gələ mahru səsi. 

 

Gər yetməsə vüsaluva, biçarə Nadimin 



Qəbr içrə də yəqin gələcək ahü naləsi. 

  

* * * 



 

Könül nə vəqtə kimi o nigarə yalvaracaq, 

Ol mahpareyi‐çeşmi‐xumarə yalvaracaq. 

 

 




 

47 


 

Həzar əliylə həqiranə, boynı çignində, 

Gedüb çəməndə zəlilanə xarə yalvaracaq. 

 

Hər növ` yalvaram əğyarə, xeyli himməti var, 



Necə bu tuti gedüb zülmkarə yalvaracaq. 

 

Baxub cəmalinə mən dildə məkrə aldandım, 



Ki, bilmədim bu könül bir də yarə yalvaracaq. 

 

Əgər yetişməsə dəstim vüsali‐dildarə, 



Bu Nadim həzl ilə, ol çeşmi‐yarə yalvaracaq. 

 

* * * 



 

İçüb badə, olub məstanə aşiq, 

Doyubdur eşq əlindən canə aşiq. 

 

Gəzüb mülki‐cəhanı eşqpərvər, 



Olub sail dəri‐cananə aşiq. 

 

Qəmi‐dünya ilə qəlbi ləbaləb, 



Olub hicran ilə divanə aşiq. 

 

Tökər göz yaşını rüxsarə, qəmdən 



Gecə‐gündüz gələr əfğanə aşiq. 

 

Yanar hicran ilə nari‐fəraqə, 



Olar nari‐qəmə pərvanə aşiq. 

 

Deyün, Nadim olub məhzunü müztər, 



Olub bir dilbəri‐xubanə aşiq. 

 

 




 

48 


 

* * * 


  

Xubru, hər hüsn var kim, səndə Leyladən gözəl, 

Bil ki, bu aləmdə sənsən ol Züleyxadən gözəl. 

 

Mahi‐ənvərdür yüzün, gül ləblərün, şəhla gözün, 



Xəlq olub əbrulərün taği‐kəlisadən gözəl. 

 

Güllər içrə çox ucadur cümlə güldən qamətin, 



Zülflərün xəlq eyləyüb Xaliq, səmənsadən gözəl. 

 

Cismüvi tə`rif edən xövf eyləməz niyrandən, 



Çox ucadur qamətin ol sərvi‐Tubadən gözəl. 

 

Gül yüzün övsafini vəsf eylərəm hər ruzü şəb, 



Çün kəşidə qamətün şümşadi‐rə`nadən gözəl. 

 

Sibi‐əhmərdür yanağun, gül yüzün, şəhla gözün, 



Ləblərün gül bərgi tək zibadı, zibadən gözəl. 

 

Nadiməm, hər şəhri gəzdim, tapmadım növrəstə can, 



Görmədim bir nazənin mən bu dilaradən gözəl. 

 

* * * 



 

Ey qüssəvü məlal ilə viran olan könül, 

Mahparənün cəfası ilə qan olan könül. 

 

Xaliq həmişə hər kəsə səbr eyləyüb əta, 



Səbr eylə sən də qismətə, talan olan könül. 

 

Az ağla, tökmə səfheyi‐rüxsarə göz yaşın, 



Az nalə eylə, göz yaşı ümman olan könül. 


 

49 


 

Axır saraldı rəngi‐rüxün kəhrəba kimi, 

Dərdi bilinməyən, qəmi tüğyan olan könül. 

 

Olmaz əlac bu dərdə gələ yüz təbibi‐xas, 



Qəm bəstərində didəsi giryan olan könül. 

 

Yə`qubtək bu Nadimi saldun bəlalərə, 



Yusif misali, məskəni zindan olan könül. 

 

* * * 



 

Olmuşam dünyadə mən zarü hərasan, ağlaram, 

Adətim dünyadə oldı ahü əfğan, ağlaram. 

 

Ağlamaqdan qan olub könlüm, üzüm gülməz mənim, 



Qüssədən qan oldı könlüm, çünki hər an ağlaram. 

 

Barilahi, rəhm qıl, qurtar məni qəmdən özün, 



Möhnəti‐hicran məni eylübdi nalan, ağlaram. 

 

Suzi‐ahim eyləyüb tə`sir bütün düşmənlərə, 



Ağlayar imdi mənim halimə divan, ağlaram. 

 

Qismətim nalə, işim əfğan, gözüm yaşı rəvan, 



Mülki‐dil bu ahü zardən oldı al qan, ağlaram. 

 

Halimə rəhm eyləyən heç bir kəsim yoxdur mənim, 



Qəlb dağlı, didə yaşlı, çeşmi‐giryan ağlaram. 

 

Nadiməm, olmuş cəhanda ahü nalə adətim, 



Eylərəm hər ruzü şəb şur ilə əfğan, ağlaram. 

 



 

50 


 

* * * 


 

Həlal qıl mənə canan ki, həsrət ayrılıram, 

Könüldə qaldı təmam əhdü niyyət, ayrılıram. 

 

Yetişdi mövsümi‐qəm, ayrılıq zəmanı gəlüb, 



Nedim ki, yoxdı əlac, yetdi firqət, ayrılıram. 

 

Görəndə gül yüzüvi şad olur bəlalı könül, 



Canımda qalmadı zərrəcə taqət, ayrılıram. 

 

Vətəndə qal dolanub qövmü əqrəba ilə sən, 



Fəraq olubdı mənə çünki qismət, ayrılıram. 

 

Sən işrət etmək ilə qal bu yerdə, kamə yetiş, 



Məkan ola mənə qoy künci‐qürbət, ayrılıram. 

 

Kənarə saldun əcəb Nadimi vüsalindən, 



Yetişdi canıma min dərdü möhnət, ayrılıram. 

 

* * * 



 

Cövri‐nigardən genə candan usanmışam, 

Hər firqətə can odlanub, odlarə yanmışam. 

 

Eşq əhlinin nəsibi olar qanlı göz yaşı, 



Qanlı sirişkə dari‐fənadə boyanmışam. 

 

Məcnun kimi bir hurivəşün vəsl həvasinə, 



Ruzü şəban bu dövri‐cəhanı dolanmışam. 

 

Əbrulərün qəra gətirüb tirə bəxtimə, 



Müjganlarun da dövr eləyüb, yaralanmışam. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə