Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə12/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   8   9   10   11   12   13   14   15   ...   144

 

51 


 

Mən Nadiməm, zəmanədə eşqin məriziyəm, 

Canan yolunda eşq ilə odlara yanmışam. 

 

* * * 



 

Mən bir nigari‐hurivəşün intizarıyam, 

Sib zənəxdə xali‐siyahın xumarıyam. 

 

Cadu gözilə əldən alub ixtiyarımı, 



Bu rəhgüzərdə bais odı, biqərarıyam. 

 

Zülfi‐siyəh təki eyləyüb qarə, bəxtimi, 



Şəhla gözün cəhanda dili‐tarümarıyam. 

 

Bir yan rəqib tə`nəsi, bir yan fəraq odı, 



Ağlar göz ilən ol sənəmin bəxtiyarıyam. 

 

Hicran odı nəsibim olub, yandırur məni, 



Çünki cəhandə həsrəti‐sərvin vüqarıyam. 

 

Nuş etmişəm o hurivəşün eşq badəsin, 



Mən Nadiməm, cəhandə onun şərmsarıyam. 

 

* * * 



 

Dilbəra, malımı ol xaluva qurban demişəm, 

Ya yetəm vəslüvə, qurban genə də can demişəm. 

 

Mənə lazım dəgi



 gülzarü səfa, səhni‐çəmən, 

Çünki o tellərini rişteyi‐reyhan demişəm. 

 

                                                 



 Deyil 



 

52 


 

Bu cəhan içrə, gər İskəndəri‐dövran olasan, 

Sinəvün güzgüsünə təxti‐Süleyman demişəm. 

 

Səni mən lə`li‐Bədəxşanə bərabər bilübəm, 



Eşq bəzmində səni lə`li‐Bədəxşan demişəm. 

 

Səni saqiyi‐süxən cümlə qələmdən keçirüb, 



İki şəhla gözüvi cismivə sultan demişəm. 

 

Neyləyim, yoxdı gözümdə dəxi tərsa gözəli, 



Türki qəd‐qamətə, tərsaləri qurban demişəm. 

 

Nadimi‐qəmzədəni şövq ilə bihuş elədün, 



Dolanur kuçələri zarü pərişan, demişəm. 

 

* * * 



 

Gül cəmalından sənün, canan, gülü bar istərəm, 

Vəslinə yetməkligə bir şiveyi‐yar istərəm. 

 

Arizu eylər könül hər ruzü şəb didaruvi, 



Muyi‐zülfündən sənün bir lalə bixar istərəm. 

 

Bəxtimi kəc qaşlarun zülfün təkin eylüb qəra, 



Tazədən lütf etməgə bir busə dildar istərəm. 

 

Çün sənə mə`lum idi, mən aşiqi‐rüxsarinəm, 



Çox olub pünhan əyan, olsun genə, yar, istərəm. 

 

Hüsnüvün bustani sibi‐əhmərə bənzər əgər, 



Ol həriri pirəhən altında cüt nar istərəm. 

 

 




 

53 


 

Gül yanağın, bal dodağın, ağ buxaq, qarə gözün, 

Saymağa gəlməz, vücudində nə ki var, istərəm. 

 

Sən həmişə gəz səlamət, düşmənün ölsün sənün, 



Nadimün, olsun fəda payündə sərdar, istərəm. 

 

* * * 



 

Düşdi üqbayə yolum, zülfi‐pərişan, gedirəm, 

Qıldun aləmdə mənim dərdimi tüğyan, gedirəm. 

 

Qoymadun ki, gəzim asudə məni‐xuncigəri, 



Zülm ilən qıldun əcəb çarəmi əfğan, gedirəm. 

 

Məni divanəsifət eylədün avarəvətən, 



Firqətün qıldı mənim sinəmi suzan, gedirəm. 

 

İltifat etsən əgər, başımı alsan dizüvə, 



Dizün üstündə başım, barı, verəm can, gedirəm. 

 

İsmüvi vird eləyüb gəlmişəm eşqündə dilə, 



Gəl, həlal eylə mənə, dilbəri‐xuban, gedirəm. 

 

İstəsən səndən əgər razı olam əzmi‐bəqa, 



Ölürəm, gəl, başım üstə oxu Qur`an, gedirəm. 

 

Sənə dünyanı verüb, azimi‐üqba oluram, 



Tərk edüb dari‐fənanı, gülüm, ünfan gedirəm. 

 

Mən öləndən sora “Nadim” deyübən etmə fəğan, 



Nazənin, eyləmədün dərdimə dərman, gedirəm. 

 



 

54 


 

* * * 


 

İlahi, qüssədən ömrüm olur təmam, ölürəm! 

Həyat olub mənə bu dəhrdə həram, ölürəm! 

 

O qədr ağlamışam, göz yaşım olub al qan, 



Vüsali‐qan ilə məmlüv olubdı cam, ölürəm. 

 

Dilimdə cövrü cəfa, gözlərimdə əşki‐bəsər, 



Məni bu dərdə salubdur öz aşinam, ölürəm. 

 

İlahi, Nadiməm, olmaz bu dərdimə çarə, 



Gözüm yaşilə yazub bir neçə kəlam, ölürəm. 

 

* * * 



 

Yetir özün mənə, ey yari‐mehriban, ölürəm, 

Sənün fəraqun edüb qəddimi kəman, ölürəm. 

 

Nəsibim oldı xəzan, nari‐firqətə yandım, 



Gözümdə tirələnüb ruyi‐asiman, ölürəm. 

 

Olubdı qismətim ah, munisim gözüm yaşı, 



Müdam ruzü şəban eylərəm fəğan, ölürəm. 

 

Gecə səbahə kimi rəxtxabdə, ya Rəb, 



Özüm‐özümə edüb dərdimi bəyan, ölürəm. 

 

Nə Nadiməm, gözəlim, dəhrdə olmam



 rahət, 


Qoyub kəlamımı dünyadə ərməğan, ölürəm. 

 

                                                 



 Olmaram 




 

55 


 

* * * 


 

Ta can çıxınca cismdən ol canı gözlərəm, 

Cismi‐mərizlə dərdimə Loğmanı gözlərəm. 

 

Can üstə intizarəm, əcəl eyləyüb həlak, 



Can verməm, fəqət rəhi‐cananı gözlərəm. 

 

Yox bir nəfər nigarə yazub namə göndərəm, 



Qəm bəstərində ol mahi‐tabanı gözlərəm. 

 

Ömrüm yetüb təmamə, könül eyləyür nəva, 



Can vermərəm, o zülfi pərişanı gözlərəm. 

 

Ol sərv qamətinə ədu mübtəla olub, 



Ol nazənini, qaməti rə`nanı gözlərəm. 

 

Mən Nadiməm, o dilbəri‐xubanın eşqinə, 



Qəm guşəsində fəsli‐gülistanı gözlərəm. 

 

* * * 



 

Ey Xuda, ərzim budur dərgahuva, biçarəyəm, 

Rəhm qıl bu əbdi‐biənsaruva, biçarəyəm.  

 

Bir nəfər yox dadxah olsun mənə səndən səva, 



Qıl nəzər bu dideyi‐xunbaruva, biçarəyəm. 

 

Göz yaşım cari olubdur qüssədən rüxsarimə, 



Mərhəmət et bəndeyi‐naçaruva, biçarəyəm. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə