Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə33/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   29   30   31   32   33   34   35   36   ...   144

 

159 


 

Naqədən töküldi yeksər Əhli‐beyti‐zarü giryan, 

Hər birisi bir şəhidə eyləyüb nəvavü əfğan, 

Qasimün yaralı nə`şin tapdı çün ərusi‐nalan, 

Ağladı bikəsə çeşmi‐əşkbarı Əhli‐Beytün. 

 

Zeynəb eyləyirdi nalə, səsləyirdi nuri‐eynin, 



Axtarırdı dildə ahü nalə Şahi‐məşriqeynin, 

Bir çuxur yerə yetişdi, tapdı nə`şini Hüseynin, 

Ərz edüb, əxa, olubdur biqərari Əhli‐Beytün. 

 

Bir oyan, Hüseyn, bəradər, xeyməgahi yandırublar, 



Qasimün yaralı nə`şi üstə at dolandırublar, 

Əhli‐beyti‐natəvanun rəxtini soyundurublar, 

Çün olubdı tarümar ruzigarı Əhli‐Beytün. 

 

Xeyməgahə od vırublar kufəyani‐qövmi‐üdvan, 



Çöllərə dağıldı, qardaş, Əhli‐beyti‐zarü giryan, 

Şimr dəstgir edibdür Ali‐Müstəfanı giryan, 

Qüssədən olub hərasan biqərarı Əhli‐Beytün. 

 

Əfrad 

 

Edirdi Zeynəbi‐dilxun xəraşi‐sinəsini, 



Dolandı, axır tapdı Şəhi‐Mədinəsini. 

 

Töküldi naqələr üstdən gülüzli əhli‐hərəm, 



Hər əndəlib o zəman bir gülə dutub matəm. 

 

Görəndə Əkbəri bisər o bağrıqan Leyla, 



Yüzüni parələyüb çəkdi ah‐fəğan Leyla. 

 



 

160 


 

Deyərdi, yoxdur əlacım, nedim məni‐külbaş, 

Səni bu növ` görməmiş əzəl öleydim kaş. 

 

Görəndə oğlunı, doldı misali‐əbri‐bəhar, 



Çəküb cənazəni ağuşə, didəsi xunbar. 

 

Əsir verdün, Əli, ləşkəri‐zulamə məni, 



Əsir edüb aparur əhli‐kinə Şamə məni. 

 

Baqiyi‐növhə 

 

Leyla axtarırdı əl`an Əkbərini qəlbi suzan, 



Çeşmi‐əşki ilə ləbaləb zülfini edüb pərişan, 

Tapdı Əkbərün yaralı cismini qan ilə əlvan, 

Cövrü zülm ilə solubdur gülzarı Əhli‐Beytün. 

 

Çün fəğanə gəldi Külsum ərz qıldı, ey Ələmdar, 



Dur əyağə, düş qəbağə, olginən bizə pərəstar, 

Kərbəladə qalmayubdur bir nəfər müinü qəmxar, 

Ol bu vəqtimizdə, bari, qəmküsarı Əhli‐Beytün. 

 

Cövri‐əşqiyadən ağlar, hər zəman nihan Səkinə, 



Möhnətü bəladən axır, oldı bağrıqan Səkinə, 

Çün olub əsiri‐düşmən, zarü natəvan Səkinə, 

Yandı qəm əlində qəlbi‐tarümarı Əhli‐Beytün. 

 

Necə tab edüb bu zülmə, qəlbi tarümar Zeynəb, 



Ağlayub gələr fəğanə, çeşmi əşkbar Zeynəb, 

Kufəyə rəvan oldı, ya Hüseyn, qətari‐Zeynəb, 

Səni dəfn etmək idi intizarı Əhli‐Beytün. 

 

 




 

161 


 

Kərbəla müsibəti çün qəlbimi edüb mükəddər, 

Eyləyür fəğanü nalə bu müsibətə mələklər, 

Nadim, eylə ahü nalə, ağlayur bu gün Peyəmbər, 

Zülm ilə soyuldı rəxti‐zərnigari Əhli‐Beytün. 

 

   Mahi‐mühərrəm görünür 

 

Şiələr, qarə geyün, mahi‐mühərrəm görünür, 



Aləmi qəm bürüyüb, mövsümi‐matəm görünür. 

 

Geyinüb qarə hamı, növhə edər mərdü zənan, 



Ağlayur, yasə batublar hamı bu əhli‐cəhan, 

Şahi‐din şiələrün qəlbin edüb zülm ilə qan, 

Hər könüldə baxasan, möhnətü ya qəm görünür. 

 

Bu mühərrəmdə hamı naləkünan Ali‐Əba, 



Geyinüb qarə təmam, cümləsi eyləllə səda, 

Dari‐Peyğəmbəri viran eləyüb Şimri‐dəğa, 

Qəm sirişki hamı gözlərdə dəmadəm görünür. 

 

Görünür xəlq təmam növhə edüb sinə vurar, 



Ağlayub şiələr hər yerdə əzaxanə qurar, 

Baxsa kim Şimr, Səkinə yüzinə sillə vurar, 

Bu müsibətdə təmam ağlayar aləm, görünür. 

 

Genə bu möhnətü qəm taqətü aramım alub, 



Bu mühərrəmdə Peyəmbər qapusu bağlı qalub, 

Zeynəbün başinə zülm ilə fələk qarə salub, 

Ərşdən qəm yağar, aləm hamı bərhəm görünür. 

 

 



 


 

162 


 

Ağlayar ruzü şəban Nadimi‐biçarə, Hüseyn, 

Qələm əldə tökərəm göz yaşı rüxsarə, Hüseyn, 

Şəbi‐vəhşətdə kömək ol bu diləfkarə, Hüseyn, 

Çox günəhkarəm, üzümdə mühənü qəm görünür. 

 

Mahi‐əzadur 

 

Ta həşrə kimin ağlayasuz, şiə, rəvadur, 



Çün mahi‐əza, matəmi‐Şahi‐şühədadur. 

 

Bu ayda batub qarəyə cümlə hamı aləm, 



Əfğanə gəlüb növhə edər xəlq dəmadəm, 

Tə`sir eləyər gəbrü nəsarayə bu matəm, 

Qurbanı bunun layiqi‐dərgahi‐Xudadur. 

 

Çünki bu mühərrəmdə dutub yer yüzini qan, 



Zibh oldı Xuda rahinə yetmiş iki qurban, 

Məhv oldı bu ay sətrbəsətr ayeyi‐Qur`an, 

Bişək özi bu ayda Xuda sahibəzadur. 

 

Bu mahdə bisər qalub övladi‐Peyəmbər, 



Bu ayda ölüb sahibeyi‐saqiyi‐Kövsər, 

Qarə geyünüb ərşi‐Xuda içrə mələklər, 

Bu fəsldə qətlə yetişən miri‐hüdadur. 

 

Bu fəslü bu mövsümdə o Əbbasi‐hünərvər, 



Çün gəldi hüzuri‐Şəhi‐valayə o sərvər, 

Söylüb, mənə ver izni‐cihad, varisi‐Heydər, 

Ətşan qala övladi‐Peyəmbər, nə rəvadur. 

 

 



 


 

163 


 

Çox təşnədi, qardaş, yetüşüb canə Səkinə, 

Suzi‐ətəşindən gəlüb əfğanə Səkinə, 

Göz yaşına bax, döndərüb ümmanə Səkinə, 

Axır gələr əfğanə bular, Ali‐Əbadur. 

 

Əbbas rəvadurmı yata xeymədə rahət, 



Övladi‐Peyəmbər susuzundan çəkə zillət, 

Ver izn, gedim ərseyi‐meydanə bu saət, 

Rehlət belə ömr eyləməgimdənsə səzadur. 

 

Bu ləşkəri‐üdvanı gedüb rə`şəyə sallam, 



Səflər dağıdub axırı bir cür`ə su allam, 

Ya Əkbəri‐nakam kimin təşnələb ölləm, 

Bu rahdə ölmək mənə çün xeyli rəhadur. 

 

Çün izni‐cihad vermədi ol sərvəri‐Bətha, 



İzn oldı gedüb təşnələrə su ola cuya, 

Əzm eyləməgə rəzmgəhə oldı mühəyya, 

Sölüb,



 bacı, hicran yetüşüb vəqti‐bükadur. 



 

Külsum ilə Zeynəb eləyüb şur ilə əfğan, 

Əbbası görən vəqtə olur azimi‐meydan, 

Sölüblə, əman, qoyma bizi zarü giriban, 

Gəl, getmə bu meydanə ki, məmlüvvi‐bəladur. 

 

Çün verdi təsəlli o əzizanə Əbülfəzl, 



Filfövr yetüb ərseyi‐meydanə Əbülfəzl, 

Açdı o fəsahət dilün üdvanə Əbülfəzl, 

Ey qövm, bu Əbbasi‐Əli, kani‐vəfadur.  

                                                 

 Söyləyib 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə