Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə39/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   35   36   37   38   39   40   41   42   ...   144

 

189 


 

Bu gün Ali‐Əba ətşan qalublar, 

Hüseynün dövrini düşmən alublar, 

Bu gün Əbbasını qolsuz salublar, 

Qoyublar bikəsü biyar Hüseyni. 

 

Bu gün Kərbübəladə ceyşi‐üdvan, 



Edüblər Əkbəri qan ilə əlvan, 

Bu gün eylər mələklər nalə əfğan, 

Təmami oxşayub ağlar Hüseyni. 

 

Bu gün Leyla töküb qan yaş üzarə, 



Edüblər Əkbərini parə‐parə, 

Bu gün Zeynəb olubdur bəxti qarə, 

Salub qan üstünə əğyar Hüseyni. 

 

Bu gün şahi‐Mədinə qaldı yalquz, 



Şəhid eylübdülər Əbbası qolsuz, 

Bu gün qaldı Hüseyn tənha oğulsuz, 

Qoyubla bikəsü biyar Hüseyni. 

 

Bu gün Qasim batub qandan hənayə, 



Hüseyn bir toy edüb növkədxudayə, 

Bu gün bikəs ərus gəldi nəvayə, 

Salun siz yada bir, hüzzar, Hüseyni. 

 

Əfrad 

 

Bu gün Hüseynün ədulər cəlalını aldı, 



Yaralı peykərini topraq üstünə saldı. 

 

 



 


 

190 


 

Əliyyü Əkbərinün toy təbağı qan oldı, 

Əzizə qızlarına Şimr pasiban oldı. 

 

Bu gün şəhid edüb ə`da rəşid Əbbasın, 



Hərəmlə bacıları xeymədə dutub yasın. 

 

Əliyyü Əsğərini oxladı sitəmlə ədu, 



Boğazınun qanı oldı ölən zəmandə su. 

 

Bu gündə Qasim əlinün hənası qan oldı, 



Ərusi‐dərbədəri zarü növhəxan oldı. 

 

Təmamiyi‐növhə 

 

Bu gün qanə batub qundaği‐Əsğər, 



Gəlüblər naləyə Ali‐Peyğəmbər, 

Bu gün qarə çəküb ərşə mələklər, 

Şəhid edüb ə`da sərdar Hüseyni. 

 

Bu gün Nadim edər göz yaşı cari, 



Xəzan oldı Hüseynün növbəharı, 

Bu gün qarə geyüblər bacıları, 

Salub qan üstünə küffar, Hüseyni. 

 

Həzrət Zəhra (ə) dilindən 

 

Zəhra səni nə növ`i üryan aradə görsün, 



Topraqlər üstə nə`şün, başun cidadə görsün. 

 

Asudə olmaram mən heç Neynəva çölündə, 



Tənha qalan zəmandan sən Kərbəla çölündə, 


 

191 


 

Zülfüm ağardı, qəlbim yandı bəla çölündə, 

Zəhra səni nə növ`i tənha Minadə görsün. 

 

Tapdım səni dübarə gözyaşlu Əkbər üstə, 



Etdim sən ilə şivən şibhi‐Peyəmbər üstə, 

Qoydum yaralı başun bu qanlı mə`cər üstə, 

Zibhi‐əzim Xəlilün hansı Minadə görsün? 

 

Bir də sənə yetişdim, qanə batanda Qasim, 



Birdür məgər müsibət, oldı həzarə yasim, 

Aldım diz üstə başun, qanə batub libasın, 

Növhə edən zəmandə ol namuradə görsün. 

 

Verdim səsivə bir də səs nəhri‐Əlqəm üstə, 



Al qan içində gördüm Əbbası pərşikəstə, 

Can tapşıranda başun qoymuşdı sinəm üstə, 

Hüccac əşki‐çeşmim hansı Səfadə görsün? 

 

Gördüm həvanı oldı tar, əsdi qarə yellər, 



Lərzə edüb səmavat, şivən edüb mələklər, 

Şimri‐dəğanı gördüm almış əlinə xəncər, 

Didəm nə növ`i xəncər ol gül qəfadə görsün. 

 

Əğyar yandıranda suzanə xeyməgahi, 



Övc eylədi səmayə Ali‐Əbanın ahi, 

Eylüb əsir düşmən ətfali‐bipənahi, 

Olmuş əsir əyalın əhli‐inadə görsün. 

 

Oldı düçar cismim, cövrü cəfayə sənlən, 



Ruhim şəriki‐qəmdür, hər cür bəlayə sənlən, 

 

 




 

192 


 

Kərbübəladə dözdüm, əmri‐qəzayə sənlən, 

İndi nə növ`i başun mətbəxsəradə görsün. 

 

Bəzmi‐əzadə ağla, sal şurü şeyni, Nadim, 



Şövt eyləsən səbarə qəbri‐Hüseyni, Nadim, 

Peyğəmbərün məzarın görseydi yə`ni Nadim, 

Öz mədfənin rizadır Beyti‐Xudadə görsün. 

 

Həzrət İmam Hüseyn (ə)‐la Həzrət Zeynəbün  



halallaşması 

 

Gəl, həlal eylə məni, Zeynəbi‐müztər, gedirəm, 



Bəzmi‐cananə ürəkdağlı, mükəddər gedirəm. 

 

Gəl, vida eylə məni, çün hələ fürsətdi, bacı, 



Yetişüb mövsümi‐qəm, vəqti‐şəhadətdi, bacı, 

Bu Hüseyn qardaşın imdi ki, səlamətdi, bacı, 

Gəl, vida et, yola sal ölməgə, xahər, gedirəm. 

 

Şimri‐dun rahımi gözlür



 nigəran əldə sinan, 

Gözümi bağlayacaq qırmızı dəsmal ilə qan, 

Mən öləndən sora çox zülfi yolub, etmə fəğan, 

Sənə, ey baci, əmanətdi hərəmlər, gedirəm. 

 

Rəhm elə, qardaş, Hüseyn, gözdən axan qan yaşıma, 



Məni həsrət eləmə sən kimi bir qardaşıma, 

Çün yəqinimdi mənim imdi kül oldı başıma, 

Eyləmə dari‐fəna içrə güni qarə məni. 

 

                                                 



 Gözləyir 




 

193 


 

Tükənüb vəqti‐vüsal, mövsümi‐firqət yetişüb, 

İstirahət kəsilüb, mövsümi‐firqət yetişüb, 

Ey bacı, kəsmə yolum, vəqti‐şəhadət yetişüb, 

Olmağa, ey bacı, öz qanıma əlvan, gedirəm. 

 

Bax, Hüseyn, göz yaşıma, eyləmə avarə bizi, 



Qorxuram Şimr çəkər kuçəvü bazarə bizi, 

Barı, tapşırgilən ol Abidi‐bimarə bizi, 

Şamdə Şimr çəkər kuçəvü bazarə məni. 

 

Tökülər üstüvə qəm, səbr elə, biçarə bacı, 



Çəksələr qolları bağlı səni bazarə, bacı, 

Mənsiz icz eyləmə bu ləşkəri‐xunxarə, bacı, 

Dadxahundı sənün Xaliqi‐davər, gedirəm. 

 

Olma razi məni‐biçarə cigər dağlamağa, 



Qətlgahə gələrəm gözlərüvi bağlamağa, 

Nə`şün üstə baş açub naləkünan ağlamağa, 

Yaxşı həsrət elədi dəhrdə didarə məni. 

 

 



Bacı, səbr eyləginən əmri‐qəzavü qədərə, 

Başımı zibh eləyüb, vırsalar od xeymələrə, 

Çəksələr qolları bağlı sizi viranələrə, 

Olmağa şiələrə həşrdə rəhbər, gedirəm. 

 

Məni hicrün elədi Nadimi‐biçarə, Hüseyn, 



Tökərəm göz yaşını səfheyi‐rüxsarə, Hüseyn, 

Növhəxanun necə gör oldı güni qarə, Hüseyn, 

Qoyma bu hal ilə dünyadə güni qarə məni.  

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə