Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə47/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   43   44   45   46   47   48   49   50   ...   144

 

230 


 

Mən kimin bu Kərbəlanun, ey bacı, qurbanı var, 

Həzrəti‐Əbbastək qolsuz düşən ətşanı var, 

Növhə etməkdən ötəri qırx nəfər nalanı var, 

Yəsribü Bətha bu çöldən, ey bacı, ə`la degil. 

 

Əfrad 

 

Bu yer o yerdi batar növcəvanlarım qanə, 



Bu çöldə xeymələrim yandırallar suzanə. 

 

Bu çöldə qəlbüvi hicran odına dağlallar, 



Əziz hərəmlərimin qollarını bağlallar. 

 

Üzarə əhli‐əyalım tökər gözindən yaş, 



Ərus Fatiməni istər əhli‐kin, qardaş. 

 

Kəsik başun gəzəcək qanlı deyrü tərsayə, 



Gəhi kül üstə qoyallar, gəhi kəlisayə. 

 

Baqiyi‐növhə 

 

Hansı gülşən bu çəməndə, ey bacı, nuranidür, 



Bu çölə zinət verən bikəs Hüseynün qanidür, 

Tifli‐nalan Əsğərim bu gülşənün reyhanidür, 

Tus gülzari bu səhradən yəqin ə`la degil. 

 

Gər Xəlilullah Minayə göndərüb qurbanıni, 



Şövq ilə eylüb qəbul Mə`budinin fərmanıni, 

Olmadı razi Xuda, görsün tökülmüş qanıni, 

O zəbihullah bu qurbanə yəqin həmta degil. 

 



 

231 


 

Zibh ola, baci, gərək bu dəştdə qurbanların, 

Eşq Minasında versin can əziz oğlanların, 

Qan vıra fəvvarətək bu zəxmi‐bidərmanların, 

Görgilən Kərbübəla qandan dolan dərya degil. 

 

Gəlmişəm bu Kərbəlayə bir əza icad edəm, 



Qasimi‐nakamımı bu dəştdə damad edəm, 

Bu zəmini‐Kərbəlanı həşrətək abad edəm, 

Bu çölə gəlməkdə məqsud izzəti‐dünya degil. 

 

Nadimin qurban ola sədparə düşmiş canuva, 



Bu zəlil olsun fəda, ol Əkbəri‐ətşanuva, 

Qismət olsa bir də gəlləm rövzeyi‐rizvanuva, 

Növhə eylər Nadumün, bu ağlamaq bica degil. 

 

Həzrət İmam Hüseyn (ə)‐ın dilindən Kufə əhlinə  



xitab 

 

Rəhm eyləyün, vırmun



 məni, ey qövm, yarım qalmayub, 

Ə`vanü ənsarım gedüb, bir qəmküsarım qalmayub. 

 

Axır neçə min namələr yazduz, şərirani‐Əraq, 



Tə`kid edüb axır məni gətdüz

∗∗

 bu səhrayə qonaq, 



Vəchi nədür salduz bu səhradə inad ilə nifaq? 

Qoyduz məni biəqrəba, dildə qərarım qalmayub. 

 

Doğrandı nakam Əkbərim, biqəmküsarəm, ağlaram, 



Həm də bəradərlər, qəmü hicrində zarəm, ağlaram, 

 

 



                                                 

 Vurmayın 



∗∗

 Gətirdiniz 




 

232 


 

Cuş eyləyibdür qəmlərim çün biqərarəm, ağlaram, 

Alduz əlimdən ləşkərim, səbrü qərarım qalmayub. 

 

Tə`kid ilə tapşurmayub aya Rəsuli‐Həqq sizə? 



Rehlət edən vəqtə buyurmubdı məgər mütləq sizə? 

Tapşurmayubdur itrətü Qur`anı həm bərhəqq sizə? 

İmdi sizün zülmüzdən əldə ixtiyarım qalmayub. 

 

Axır Rəsuli‐Əkrəmə mən nuri‐eynəm, vırmayun, 



Cəddim Peyəmbərdür, anam Zəhra, Hüseynəm, 

vırmayun, 

Lakin bu aləmdə İmami‐məşriqeynəm, vırmayun, 

Gərçi İmam oğlı İmaməm, iqtidarım qalmayub. 

 

Vəchi nədür tökməkligə qanımı eylərsüz şitab, 



Aya məni övladi‐Peyəmbərdən etmirsüz hesab? 

İnsaf edün, Ali‐Əli oldı ətəşdən dilkəbab, 

Əshabdən, ənsardən xürdü kibarım qalmayub. 

 

Ey dun, yaxamdan əl çəkün, keçdim ölənlər qanını, 



Ruzi‐cəzadə istəməm Övn ilə Cə`fər qanını, 

Müşkildi ki, etsəm həlal, dünyayə Əkbər qanını, 

Keçdim keçənlərdən, görürsüz, ixtiyarım qalmayub. 

 

Ətfalımun dəstün dutub yüz döndərim səhralərə, 



Nuhi‐Nəbitək, ya gedim varid olum dəryalərə, 

Ya yol verün Rumə gedim, olam ənis tərsalərə, 

Soldı İmamət gülşəni, soldı bimarım qalmayub. 

 

Cəddim nə qoymuş istəməm, ol Yəsribü Bətha sizün, 



Bəsrə sizün, Kufə sizün, Məkkə sizün, Mina sizün, 


 

233 


 

Olsun imamuz ol Yəzid, ol Şimri‐bipərva sizün, 

Gedim Firəngə, yol verün, bir intizarım qalmayub. 

 

Bu xeyməvü xərgahımı bəzl eylərəm yeksər sizə, 



Qətl eylüsüz övladını, neylübdi Peyğəmbər sizə? 

Xövf eyləyün məhşər güni, xəsm olmasun Heydər sizə, 

Min qan tökən səyyadə seyd oldı şikarım qalmayub. 

 

Bu xeymələrdə ölməmiş Zeynəb dutubdur yasimi, 



Alduz əlimdən Əkbəri, həm Əsğəri, həm Qasimi, 

Yıxduz ələmtək sərnigun, qolsuz salub Əbbasimi, 

Yatdı ələm, sındı belim, ol tacdarım qalmayub. 

 

Ruzi‐cəzadə, ya Hüseyn, ol qəmküsarı Nadimin, 



Göz yaşı tökməklik olub dünyadə kari Nadimin, 

Çox arizu eylər o şeşguşə məzarı, Nadimin, 

Dünyavü mafihadə səndən qeyri yarım qalmayub. 

 

İmam Hüseyn (ə)‐ın dilindən 

 

Əhli‐qiblə, mən bura mayeyi‐qəm gətürmişəm, 



Qətlinə Əkbərim alub əldə rəqəm gətürmişəm. 

 

Küfr bərabərində nəsb eylərəm livasını, 



Zibh eyləyəllə bu çölün təşnələb hər fədasını, 

Hacəri‐Kərbəla dutar burda oğul əzasını, 

Tökməgə qanlı göz yaşı əhli‐hərəm gətürmişəm. 

 

Gətdi Minayə gər Xəlil zibh edə bir cəvanını, 



Zülfünə yaxmağa, Xuda olmadı razı, qanını, 

 

 




 

234 


 

Çün bu Xəlili‐Kərbəla nəqd əlində canını, 

Zibh edə hülqi‐pakını əhli‐sitəm gətürmişəm. 

 

Başımun üstə çətr açub kani‐vəfa bəradərim, 



Var hələ arxam, ölməyüb Övn ilə Fəzlü Cə`fərim, 

Sağdı, hənuz ölməyüb Qasimü Əli Əkbərim, 

Yetmiş iki şəhidə bir sahibələm gətürmişəm. 

 

Qit`əbəqit`ə doğrayar ləşkəri‐Kufə Əkbəri, 



Dəstimün üstə oxlayar Hərmələ nazlı Əsğəri, 

Şimr nişanə eyləyər xəncərə nazik həncəri, 

Etsün əsir əyalımı qövmi‐züləm gətürmişəm. 

 

Ruzi‐Ələstdə salmışam çünki bəlayə başımı, 



Can ilə etmişəm fəda rahi‐Xudayə başımı, 

Şimr kəsüb Sinan əgər vırsa cidayə başımı, 

Nizə başında ağlayan dideyi‐nəm gətürmişəm. 

 

Sübhü məsa güni gəlün bu çölə sinə dağlayun, 



Nə`şimi dəfnü kəfn edün, başüzə

 qarə bağlayun, 



Oğlı ölən ana kimin nə`şimün üstə ağlayun, 

Qəmli könüllər üstünə möhnətü qəm gətürmişəm. 

 

Zeynəbimün ədulərim əldən alar cəlalını, 



Qarət edəllə əşqiya malını həm məlalını, 

Eyləyər əhli‐Şam əsir, kimsə soruşmaz halını, 

Möhnətü qəmdən olmağa qaməti xəm gətürmişəm. 

 

 



 

                                                 

 Başınıza 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə