Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə43/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   39   40   41   42   43   44   45   46   ...   144

 

210 


 

Qoyub zülmün binasın əhli‐kinə, 

Salublar ahü va ruyi‐zəminə, 

Baba‐baba deyüb ağlar Səkinə, 

Edibdür göz yaşın ümman, oğul vay. 

 

Səmayə övc edər ahi‐yetiman, 



Olubdur Ali‐Heydər zarü giryan, 

Səkinə həm olub qəmdən hərasan, 

Olundı xeymələr talan, oğul vay. 

 

Əfrad 

 

Sənə su vermədi düşmən kəsəndə peykərüvi, 



Qiyamətə kimi gözyaşlı qoydı madərüvi. 

 

Edübdi peykərüvi Şimr qan ilə əlvan, 



Susuz dodaqlaruva binəva anan qurban. 

 

Başun dalınca, oğul, Şamü Kufəyə gəlləm, 



Əsirə qızlaruva mən də pasiban ollam. 

 

Necə rəvadı başun, beylə küllər üstə qala, 



Bu nazənin başuvı madərün fədası ola. 

 

Baqiyi‐növhə 

 

Anava müşkil oldı bu müsibət, 



Yetübdi cismüvə zəxmi‐cərahət, 

Qoyub Zəhranı gözyaşlı bu möhnət, 

Edər həşrə kimin əfğan, oğul vay. 

 



 

211 


 

Dağılan izzəti Kərbübəladə, 

Əsir oldı əyalun Neynəvadə, 

Gedən Şamə başın növki‐cidadə, 

Tilavət eyləyən Qur`an, oğul vay. 

 

Sənə su vermədi bu əhli‐ləşkər, 



Kəsdi susuz başun Şimri‐sitəmkər, 

Əldə cami‐bülur, saqiyi‐Kövsər, 

Yolun gözlər deyər, ətşan oğul vay. 

 

Düşübdür möhnətə Nadim nəvaxan, 



Olubdur qüssədən zarü hərasan, 

Ona fəryadrəs ol, Şahi‐dövran, 

Dur, eylə dərdinə dərman, oğul vay. 

 

Fatimeyi‐Zəhra (ə) dilindən 

 

Oyan, ey sərvəri‐dövran, Hüseyn vay, 



Zəbihi‐xəncəri‐bürran, Hüseyn vay. 

 

Qalan bu qürbət içrə nə`şi üryan, 



Olan gül peykəri xun ilə əlvan, 

Bu qanlı gözlərin aç, Şahi‐dövran, 

Olubdur göz yaşım ümman, Hüseyn vay. 

 

Gəlibdür madərün ahü fəğanə, 



Salubdur ahü va ruyi‐cəhanə, 

Dönüb Ceyhun kimi göz yaşı qanə, 

Edəllər Əhli‐Beyt əfğan, Hüseyn vay. 

 

 




 

212 


 

Gözün aç, Fatimə gəldi nəvayə, 

Töküblər qanuvı Kərbübəlayə, 

Anan şivən salubdur Neynəvayə, 

Oyan, ey nasiri‐iman, Hüseyn vay. 

 

Oğul, kim tabuvı əldən alubdur? 



Səni zülm ilə bu halə salubdur, 

Əyalü itrətün bisər qalubdur, 

Olubla cümləsi giryan, Hüseyn vay. 

 

Şəhid eylüb səni bu əhli‐kinə, 



Salublar cismüvi ruyi‐zəminə, 

Xərab səndən sora oldı Mədinə, 

Yetişdi kaminə üdvan, Hüseyn vay. 

 

      Əfrad 

 

Oğul, Hüseyn, gözün aç, xeyməgahun odlandı, 



Yananda xeymələrün, cismim od dutub yandı. 

 

Qəmü mühən bu biyabanda başdan aşdı, 



Yanub xiyamlərün, itrətün çölə qaşdı. 

 

Səkinənün cigərün əhli‐kinə dağladılar, 



Əzizə qızlarıvun qollarını bağladılar. 

 

Ömər cəfası ilə gər mənim qapum yandı, 



Həman od ilə bu gün xeyməgahun odlandı. 

 

 



 


 

213 


 

Təmamiyi‐növhə 

 

Bu qəmdə Nadimün oldı nəvaxan, 



Çəkər tutisifət əfsusü əfğan, 

Yetiş imdadinə, Şahi‐şəhidan! 

Edibdür möhnətün tüğyan, Hüseyn vay. 

 

Övladi‐Peyəmbər yetişüb Kərbübəlayə 

 

Övladi‐Peyəmbər yetişüb Kərbübəlayə, 



Ənduhü qəm yüz verdi o dəm Ali‐Əbayə. 

 

Rahət olu sərmənzilinə yetsə müsafir, 



Bari‐qəmə bu qafilə bais nədür axir, 

Ənduhü qəm oldı o bəlakeşlərə zahir, 

Qərq oldı o qəm qafiləsi dərdü bəlayə. 

 

Ol dəştə yetən vəqtdə Mövlayi‐müəddəb, 



Rəftarını tərk etdi rikabındakı mərkəb, 

Gətdilər onun məhzərinə bir neçə əşhəb, 

Qoymubla

 dübarə qədəm ol xaki‐bəlayə. 



 

Sultani‐mübin qaldı o əsnadə çün heyran, 

Fikr aləminə övd eləyüb oldı pərişan, 

Bildi həmin əhd eylədigi vəqt olub əl`an, 

Atdan enübən qoydı qədəm dəşti‐bəlayə. 

 

Söylüb qədəm ol xakə qoyan vəqtdə təkbir, 



Tapdı o zəman surəti‐məhparəsi təğyir, 

                                                 

 Qoymayıblar 




 

214 


 

Əmr etdi çuxur yerdə edün xeymələr hazir, 

Cəm` eyləyün ətfalımi bir yerdə sərayə. 

 

Əbbasi‐vəfapərvər edüb icz ilə izhar, 



Aya nədi bais, buyurun, ey şəhi‐əbrar, 

Hər mənzilə yetsəydi babam Heydəri‐Kərrar, 

Söylərdi, çəkün xeymələri təlli‐cəlayə. 

 

Əmr eylə, nədür vəchi bəs, ey şahi‐Mədinə, 



Məhməlləri çəkməkdə əməngah zəminə, 

Qorxum budur ağlar qala şəhzadə Səkinə, 

Pabəstə olar zülm ilə zənciri‐cəfayə. 

 

Çün verdi cəvab, mövsümi‐ənduhü bəladur, 



Əhd eylədigim vəqt yetüb, fəsli‐əzadur, 

Qardaş, belə bilgil ki, bu yer Kərbübəladur, 

Bu çöldə gələr əhli‐hərəm şurü nəvayə. 

 

Mə`mən yerə çəkməkdə qətari budı mətləb, 



Zibh eyləyəcəklər məni çün təşnəcigər ləb, 

Başım kəsilən vəqtidə ta görməyə Zeynəb, 

Müşkildi bu möhnət çox o banuyi‐həyayə. 

 

Bu çöldə batar yasə hamı Ali‐Peyəmbər, 



Əlvan olacaq qanına nakam Əli Əkbər, 

Bu sinəmün üstə çıxar ol Şimri‐bədəxtər, 

Başım vıracaq Xuli ləin növki‐cidayə. 

 

Bu çöldə gərək Qasimə bir toy edəm icad, 



Ol toyda xizab etsün əlin qan ilə damad, 

 

 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə