Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə51/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   47   48   49   50   51   52   53   54   ...   144

 

250 


 

Mənə lazım dəgi

şəmşir ilə xəncər yarası, 



Əkbərün hicri edüb qəlbimi al qan, ölürəm. 

 

Tabımı əldən alub nasirü ənsar ölümi, 



Övn ilə Fəzl ilə həm Cə`fəri‐qəmxar ölümi, 

Öldürər yarəsiz Əbbasi‐ələmdar ölümi, 

Etdi Əbbas ölümi xanəmi viran, ölürəm. 

 

Etmüsüz cari yüzə, əhli‐cəfa, göz yaşımı, 



Salmusuz Kərbübəla içrə bədənsiz başımı, 

Doğraduz Həzrəti‐Əbbas kimin qardaşımı, 

Eylədüz dari‐fənani mənə zindan, ölürəm. 

 

Öldi Əbbasü Əli, yatdı Hüseynün ələmi, 



Bəhrtək cuşə gəlüb Zeynəbün ənduhü qəmi, 

Salmayun, barı, hərasə hələ əhli‐hərəmi, 

Tez məni rahət edün, olmuşam ətşan, ölürəm. 

 

Zülm ilən qoyduz əcəb Nadimün ağlar gözüni, 



Nigəran qoyduz hamı itrəti‐əthar gözüni, 

Qanə əlvan elədüz sərvəri‐əbrar gözüni, 

Vırmayun yarə, yetüb ləblərimə can, ölürəm. 

 

Həzrət İmam Hüseyn (ə) Kufə əhlinə xitab edir 

 

Axır məni nahəq yerə, ey kufəyan, öldürməyün, 



Məndə, görürsüz, qalmayub tabü təvan, öldürməyün. 

 

Qəmdən bükübsüz qəddimi, öldürmüsüz Əbbasımi, 



Bəsdür, əlimdən almısuz Övn ilə Fəzlü Qasimi, 

                                                 

 Deyil 



 

251 


 

Zeynəb bacım mən ölməmiş ağlar, dutubdur yasımi, 

Əhli‐əyalım xeymədə eylər fəğan, öldürməyün. 

 

Qəmdən edübsüz sinəmi siz çak‐çak, insaf edün, 



Zinət verübdür cismimə xun ilə xak, insaf edün, 

Cismin Səkinəm ağlayub eylər həlak, insaf edün, 

Qoymub



 o tiflin ahü vası məndə can, öldürməyün. 



 

Nə yarü əqvamım qalub, bu çöldə yalquz qalmışam, 

Abi‐Fərat səhralərə caridi, mən suz qalmışam, 

Oğlum Əli Əkbər ölüb, axır oğulsuz qalmışam, 

Zülmü sitəmdən oldı bu qəddim kəman, öldürməyün. 

 

Vallah, mənə lazım degil şəmşirü xəncər yarəsi, 



Qəlbimdə yaram çoxdı, var altı bəradər yarəsi, 

Qövr eyləyür, sinəmdə var şəhzadə Əkbər yarəsi, 

Siz vırmasaz da öldürür dərdi‐nihan, öldürməyün. 

 

Bəsdür bilürsüz vırmasaz da möhnəti‐Əsğər mənə, 



Qanimə batmayun nahəq, lazım degil xəncər mənə, 

Yeksər tiküblər göz bu gün övladi‐Peyğəmbər mənə, 

Axır Peyəmbər oğluyam, Şimrü Sinan, öldürməyün. 

 

Axır mükərrər tapşurub məni Nəbi rəhbər sizə, 



Söylüb,

 əmanətdür bu gün bu itrəti‐Heydər sizə, 



Rehlət edəndə yad edün, tapşurdı Peyğəmbər sizə, 

Mən varisi‐Peyğəmbərəm, ey kufəyan, öldürməyün. 

 

Cəddim Peyəmbərdür, anam Zəhra, atam Şiri‐Xuda, 



Cəddəm Xədicə, qardaşım, kani‐səxavət Müctəba, 

                                                 

 Qoymayıb 



 Söyləyib 




 

252 


 

Qaldım əcəb biəqrəba, oldum qəribi‐Kərbəla, 

Əldən alubdur tabımı zəxmi‐sinan, öldürməyün. 

 

Əldə qələm, ağlar müdam, halı pərişan Nadimim, 



Eylər ölüncə ruzü şəb şur ilə əfğan Nadimim, 

Söylər mükərrər bu sözi zarü hərasan Nadimim: 

“Axır məni nahəq yerə, ey kufəyan, öldürməyün”. 

 

Həzrət Hüseyn (ə)‐ın Kərbəla çölündə yaxınlarına 



 xitabı 

 

Bu gecə getsün gedənlər, bu Minadə qalmasun, 



Talibi‐dünya olanlar Kərbəladə qalmasun. 

 

Bu gecə getsün gedənlər, getməgə talibdilər, 



Qalsun ol kəslər, mən ilə ölməgə rağibdilər, 

Hər o kəslər qalsalar, sübhi qəmə sahibdilər,  

Şə`nü şövkət istəyənlər, Neynəvadə qalmasun. 

 

Bu Minayi‐eşqdə lazım degil heç kəs mənə, 



Təşnə can verrəm özüm, icz etmərəm heç düşmənə, 

Payimün altında yatsa Əkbərim, bəsdür mənə, 

Canınun qədrün bilən çıxsun, aradə qalmasun. 

 

Mən vəfa etməkligə əhdü vəfayə gəlmişəm, 



Çün Xəliltək yüz qoyub kuhi‐Minayə gəlmişəm, 

Verməgə şövq ilə qurban Kərbəlayə gəlmişəm, 

Zərrə nöqsan etdigim əhdü vəfadə, qalmasun. 

 

Neylürəm, lazım degil bu ərsədə qeyri‐bəşər, 



Qalsa hər kimsə bu çöldə, eyləyərlər xuncigər, 


 

253 


 

İtrəti‐ətharımı ə`da edəllər dərbədər, 

Qalsa hər kim qərq olar bəhri‐bəlayə, qalmasun. 

 

Qardaş, Əbbas, xamuş et məş`əlləri, sölüb İmam, 



Hər kəs istər getməgə muxtardur, getsün təmam, 

Getməgə yüz qoydular bir xeylisi binəngü am, 

Az qalub tabü təvan Ali‐Əbadə qalmasun. 

 

Görcək ol övzanı Ali‐Müstəfa xürdü kəbir, 



Naləvü əfğanə gəldi, ağladı tiflü səğir, 

Şahi‐din əshabına e`lan edibdür birbəbir, 

Qalsa hər kimsə batar xuni‐cəfayə, qalmasun. 

 

Mən özüm yalquz bu səhranun susuz qurbaniyəm, 



Əsr vəqtində səbah məhbubimün mehmaniyəm, 

Talibəm can verməgə, cananumun cananiyəm, 

Bir gecə başum neçün mətbəxsəradə qalmasun. 

 

Ya Hüseyn, istə səyarə nazlı Əkbər qəbrinə, 



Ruzü şəb pərvanə et Museyi‐Cə`fər qəbrinə, 

Nadiməm, dəstim yetə bir də Peyəmbər qəbrinə, 

Arizum qəlbimdə heç dari‐fənadə qalmasun. 

 

İmam Hüseyn (ə) dilindən 

 

Can üstəyəm, çün Heydəri gözlərəm, gözlərəm, 



Can vermərəm, Peyğəmbəri gözlərəm, gözlərəm. 

 

Yaram çoxdur, məni saldı nəfəsdən, nəfəsdən, 



Ruhum quşı uçmaq istər qəfəsdən, qəfəsdən, 

 

 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə