Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə54/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   50   51   52   53   54   55   56   57   ...   144

 

264 


 

Naqə üstündə üsəra göz yaşın eylər rəvan, 

Qarət etsün xeyməgahı qövmi‐biiman gərək. 

 

Əfrad 

 

Bu çöldə Ali‐Peyğəmbər təmam ağlallar, 



Tənab ilə bacılarvun qolunı bağlallar. 

 

Təmami‐Ali‐Əba bağlı qol‐qola gəzəcək, 



Əsir kimi yola alub, Şamü Kufəyə gedəcək. 

 

Səkinənün olacaq Şamdə xərabə yeri, 



Cəfa ilə kəsəcək qolların tənabə yeri. 

 

Bu çöldə xeymələrim zülm ilə olar talan, 



Babaya həsrət olan qızlarım edər əfğan. 

 

Ədu cəvanlarımı qanə laləzar edəcək, 



Hər anı xırdaca qızlar çölə fərar edəcək. 

 

Baqiyi‐növhə 

 

Salmışam ruzi‐Ələst dərdü bəlayə başımı, 



Töhfətək bəzl etmişəm rahi‐Xudayə başımı, 

Şimri‐dun vırsun gərək növki‐cidayə başımı, 

Nizə başında tilavət eyləyim Qur`an gərək. 

 

Canım olsun o yaralı canuva qurban, Hüseyn, 



Hər qədr olsa həyatım, eylərəm əfğan, Hüseyn, 

Hər əzayi‐qəmfəzadə sinəsi giryan, Hüseyn, 

Nadimün etsün həmişə naləvü əfğan gərək. 



 

265 


 

İmam Hüseyn (ə)‐ın dilindən 

 

Ey Xuda, imdadə yet, yox yavərü yarım mənim, 

Sən özün agahsən, doğrandı ənsarım mənim. 

 

Dəmbədəm eylər ziyadə əhli‐kinə yasimi, 



Su kənarında susuz öldürdülər Əbbasimi, 

Yalquzam, ədu əlimdən aldı ətşan Qasimi, 

Qalmayub bir kimsə də yarü həvadarım mənim. 

 

Əkbəri‐nakamımı üdvan əlimdən aldılar, 



Zeynəbü Külsumü Leyla yaxşı ağlar qaldılar, 

Şahid ol, pirü cəvan bu çöldə qurban oldular, 

Yox nə sərdarım, nə salarım, nə eldarım mənim. 

 

Əsğərün ləbtəşnə qaldı, qundağın aldım ələ, 



Saldım ağlar çeşmilə taği‐səmayə vəlvələ, 

Oxladı hülqün susuz, sinəmdə zalim Hərmələ, 

Çün həman qan ilə əlvan oldu rüxsarım mənim. 

 

Sən görürsən, ya Rəb, imdi kimsə yarım qalmayub, 



Yarü ənsarım gedüb, bir qəmküsarım qalmayub, 

Taqətim getdi əlimdən, ixtiyarım qalmayub, 

Nə həvadar Hüseynim var, nə qəmxarım mənim. 

 

Çün sizinlə etmişəm əhd, ey Xudayi‐“ləm yəzəl”, 



Qürbət eldə etdigim əhdə bu gün eylüm əməl, 

Parə‐parə doğranan əzizlərim tapsun əcəl, 

Canı yandırsun qəmində rişü rüxsarım mənim. 

 

 



 


 

266 


 

Sinəmə xoşdur mənim peykanə amac eyləsəm, 

Bu boğazımdan axan qan ləxtəsin tac eyləsəm, 

Nizə başında kəsik başımla me`rac eyləsəm, 

Kufədə mətbəxsəradur bəzmi‐dildarım mənim. 

 

Saəti‐də`vətdə gər Ali‐Əba etsə fəğan, 



Ləblərimdə Zeynəbim gər görsə çubü xeyzəran, 

Qollarımda qul Səkinəm topraq üstə versə can, 

Razıyam zəncirə bağlansa o bimarım mənim. 

 

Verən xak üstə can ətşan, yaralı 

  

Verən xak üstə can ətşan, yaralı, 



Düşən gül peykəri üryan, yaralı. 

 

Batubdur qanuva gültək cəmalun, 



Bacuvı qoydı gözyaşlı bu halun, 

Gəlibdür naləyə əhli‐əyalun, 

Görüblə nə`şüvi əl`an yaralı. 

 

Gözi yaşlı qalubla Ali‐Heydər, 



Təmamən başlarında qarə mə`cər, 

Tökəllə göz yaşı rüxsarə yeksər, 

Edəllə naləvü əfğan, yaralı. 

 

Kəsibdür başuvi əhli‐sitəmkər, 



Salublar cismüvi xun içrə bisər, 

Düşübdi qumlar üstə qanlı peykər, 

Bezəxmi‐xəncəri‐bürran, yaralı. 

 

 



 


 

267 


 

Səni zibh eyləyibdür Şimri‐kafər, 

Edibdür cismüvi qan ilə əhmər, 

Bu cismün ərseyi‐meydanə bisər, 

Düşübdür qan ilə əlvan yaralı. 

 

Yetibdür canuva zəxmi‐cərahət, 



Batubdur qarəyə əhli‐vilayət, 

Verübsən bu çölə xun ilə zinət, 

Batubdur qanuva meydan, yaralı. 

 

Qurub zülmün binasın əhli‐kinə, 



Töküblər qanuvı ruyi‐zəminə, 

Görüb bu haluvı ağlar Səkinə, 

Olubdur haluva suzan, yaralı. 

 

Vırublar Abidə zənciri‐möhnət, 



Dizində qalmayubdur tabü taqət, 

Edibdür xeyməgahi Şimr qarət, 

Oyan, ey qan ilə yeksan, yaralı. 

 

Bu qəmdə könlüm oldı parə‐parə, 



Qolı bağlı çəkəllə hər diyarə, 

Yetişdi vəqti‐hicran, eylə çarə, 

Olum gül cismüvə heyran, yaralı. 

 

Olubdur qüssədən qəlbim hərasan, 



Batubdur qanuva çün xaki‐meydan, 

Fəraqunda həmişə zarü giryan, 

Çün ağlar Zeynəbi‐nalan, yaralı. 

 

 



 


 

268 


 

Əzadarun olub biçarə Nadim, 

Tökər əşki‐bəsər rüxsarə Nadim, 

Qələm əldə, yazar dilparə Nadim, 

Olan ümmətlərə qurban yaralı. 

 

      Həzrət Fatimeyi‐Zəhra (ə) dilindən 

 

Ərseyi‐meydandə bisər düşən, 



Peykəri sədparə, Hüseynim vay. 

Yox sənə bir kəs edə qüslü kəfən, 

Peykəri sədparə, Hüseynim vay, 

Bikəsü biçarə, Hüseynim vay. 

 

Kərbübəla dəştini rizvan edən, 



Xaneyi‐Peyğəmbəri viran edən, 

Şiələrün çaki‐giriban edən, 

Peykəri sədparə, Hüseynim vay, 

Bikəsü biçarə, Hüseynim vay. 

 

Kərbübəla qanuva yeksan batub, 



Tazə cəvanlar hamı bisər yatub, 

Bacılarun cümlə qərayə batub, 

Peykəri sədparə, Hüseynim vay, 

Bikəsü biçarə, Hüseynim vay. 

  

Əsğərüvün qundağın aldun ələ, 



Eylədi peykanə nişan Hərmələ, 

Əhli‐cəfa ərşə salub vəlvələ, 

Peykəri sədparə, Hüseynim vay, 

Bikəsü biçarə, Hüseynim vay. 

  



Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə