Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə56/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   52   53   54   55   56   57   58   59   ...   144

 

275 


 

Aç gözlərün, axır qalub başsız əyalun, 

Əsir edüblər Zeynəbi küffar, Hüseynim. 

 

Gördüm yaralı cismüvi Kərbübəladə, 



Bifərşü bibəsər düşüb üryan aradə, 

Nazlı başun gəh kül üstə, gahi cidadə, 

Gəzdirər hər şəhri qövmi‐xunxar, Hüseynim. 

 

Danış mənlən, təsəlli ver mən naümidə, 



Bacun Zeynəb əsir olub ceyşi‐Yəzidə, 

Müsibətdən dönübdür qanə əşki‐didə, 

Yetibdür Əhli‐Beytə çox azar, Hüseynim. 

 

Olubdur Nadimün yüzə göz yaşı cari, 



Yazar zikri‐Möhsin, ağlar Leylivü Bimari, 

Məhşər güni nəvaxanə rəhm eylə, bari, 

Olan gül cismi qan ilə gülnar, Hüseynim. 

 

Cənab Seyyidüş‐şühədanun  



razü niyaz məqamında minacatı



 

 

Ey Əli, bala, Səkinəmi sariban yerə salubdı, 



De bu bihəyalərə, oğul, getmərəm, balam qalubdı. 

 

Ta ki, gəlməsə Səkinə, mən nizə qoymaram rəvan ola, 



Olmaram riza bu tirə şəb övliyətimdən bağrıqan ola, 

Mən gedim, necə qoyum balam bu xətərli çöldə tək qala, 

De bu bihəyalərə, oğul, getmərəm, balam qalubdı. 

 

                                                 



 “Minacati-cənab Seyyidüş-şühəda (ə) dər məqami-razü niyaz” 




 

276 


 

Razıyam əgərçi eylədi zibh ceyşi‐kufəyan məni, 

Gəlmədim əgərçi mən dilə incəndə

∗∗

 sariban məni, 



Səslir hərayə xövfdən ol səğir, kufəyan, məni, 

De bu bihəyalərə, oğul, getmərəm, balam qalubdı. 

 

Eylədi kəbabdil məni ol səğirin ağlamaq səsi, 



Gətdi naləyə mələkləri düxtərimin ahü naləsi, 

Mən gedim əgər, bu dəştidə yadə kim salar o bikəsi, 

De bu bihəyalərə, oğul, getmərəm, balam qalubdı. 

  

Nəhrtək ədu rəvan edə qanımi cəhanə, razıyam, 



“Va əxa” sədası Zeynəbim salsa asimanə, razıyam, 

Dəgsə ləblərimə xeyzəran, çubü taziyanə, razıyam, 

De bu bihəyalərə, oğul, getmərəm, balam qalubdı. 

  

Şamə razıyam gedəm, oğul, Əhli‐Beyti‐bağrıqan ilə, 



Qollaruvı bağlasa ədu, naqə üstə risman ilə, 

Olmaram riza qala qızım çöldə naləvü fəğan ilə, 

De bu bihəyalərə, oğul, getmərəm, balam qalubdı. 

  

Şimrə söylə, naqədən salub sariban balam Səkinəni, 



Şami‐şumə olmaram rəvan, qoymaram güli‐Mədinəni, 

Xövf əgər edəm, həlak edər tirə şəbdə ol həzinəni, 

De bu bihəyalərə, oğul, getmərəm, balam qalubdı. 

  

Sübhü şam, Hüseyn, fəğan edər bu qəmü məlalə Nadimün, 



Oxşayub zəbani‐hal ilən ağlayar o halə Nadimün, 

 

 



                                                 

∗∗

 İncidəndə 



 

 



 

277 


 

Çün sənün dilincə cəm` edir əldə bir risalə Nadimün, 

De bu bihəyalərə, oğul, getmərəm, balam qalubdı. 

 

   Ya Hürr 

 

Aç gözlərün, gəldim imdadə, ya Hürr, 



Adı azad, özi azadə, ya Hürr. 

 

Anan adlandırub azadə ismün, 



Bəli, azadədür üqbadə ismün, 

Fəna olmaz fəna dünyadə ismün, 

Həmişə hürrsən üqbadə, ya Hürr. 

 

Qutardım can verüb xəcalətündən, 



Səd heyf, məhrum oldum söhbətündən, 

Cövrü cəfa xoşdur məhəbbətündən, 

Hər qədr yetsə bu naşadə, Mövla. 

 

Qəmdən qutardun, cismün oldı xunbar, 



Səni aldı əlimdən ceyşi‐xunxar, 

Eylə bəyan hərgah vəsiyyətün var, 

Əyan et bu evi bərbadə, ya Hürr. 

 

Əgər lütf eyləsən, ey Şahi‐biyar, 



Cənazəm qoyma ə`da eyləsün xar, 

Tapşur, mənə ətfalun ağlasunlar, 

Anam, bacım yox bu səhradə, Mövla. 

 

Cənazən qoymaram xar etsün əğyar, 



Qəm etmə, nə`şün üstə ağlayallar, 

 

 




 

278 


 

Töküb göz yaşı, sinə dağlayallar, 

Gələr Ali‐Əba fəryadə, ya Hürr. 

 

Tərəhhüm et, Şəhi‐ətşan, qəribəm, 



Edüblə qanıma əlvan, qəribəm, 

Su tapson, et mənə ehsan, qəribəm, 

Susuz qurbanuvı sal yadə, Mövla. 

 

Məni əfv et, suya gəlməz gümanım, 



Susuzdan od dutubdur üstüxanım, 

Sənüntək təşnəyəm, yanar zəbanım, 

Degil mümkin su bu səhradə, ya Hürr. 

 

Həmişə Nadimün leylü nəhari, 



Olubdur ağlamaq dünyadə kari, 

Məni çox qorxudur qəbrün fişari, 

Yox səndən özgə yetsün dadə, Mövla. 

 

Vay, Şəhi‐məzlum, Hüseyn vay, vay



 

 

Peykəri öz qanına əlvan olan, 



Vay, Şəhi‐məzlum, Hüseyn vay, vay. 

Gül bədəni günlərə suzan olan, 

Bikəsü məğmum, Hüseyn vay, vay. 

 

Rahi‐vəfadə kəsilən Əkbəri, 



Tir ilə sirab olunan Əsğəri, 

Bağladı ə`da dəri‐Peyğəmbəri, 

Vay, Şəhi‐məzlum, Hüseyn vay, vay, 

Bikəsü məğmum, Hüseyn vay, vay. 

                                                 

 “Sinəzəni-Aşura”  




 

279 


 

Qoydula tənha səni qövmi‐dəğa, 

Ağladı əhvaluva ərzü səma, 

Qanə batub türbəti‐Kərbübəla, 

Vay, Şəhi‐məzlum, Hüseyn vay, vay, 

Bikəsü məğmum, Hüseyn vay, vay. 

  

Saldıla qolsuz, yerə Əbbasuvi, 



Qarət edüblə hamı mirasuvi, 

Olmadı bir kimsə duta yasuvi, 

Vay, Şəhi‐məzlum, Hüseyn vay, vay, 

Bikəsü məğmum, Hüseyn vay, vay. 

  

Ali‐Əli cümləsi talandılar, 



Şö`lələnüb xeymələrün yandılar, 

Atəşi‐hicran ilə odlandılar, 

Vay, Şəhi‐məzlum, Hüseyn vay, vay, 

Bikəsü məğmum, Hüseyn vay, vay. 

 

Tuş olu gəh Şimri‐dəğayə başun, 



Gah dolanar növki‐cidayə başun, 

Gahi enər təşti‐təlayə başun, 

Vay, Şəhi‐məzlum, Hüseyn vay, vay, 

Bikəsü məğmum, Hüseyn vay, vay. 

  

Ərşə salub Zeynəbün əfğan səsün, 



Zəccə edüb ağlayar ol bikəsün, 

Başun oxur nizədə “Nur” ayəsin, 

Vay, Şəhi‐məzlum, Hüseyn vay, vay, 

Bikəsü məğmum, Hüseyn vay, vay. 

  

 

 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə