Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə58/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   54   55   56   57   58   59   60   61   ...   144

 

286 


 

Vay Şəhi‐məzlum, ey bəradər, 

Bikəsü məğmum, ey bəradər, 

Çün əsirligə oldı əl`an, 

Zeynəbə mə`lum, ey bəradər. 

 

Mən gərək daim bu müsibətə ağlayım, qardaş, zarü giryan, 



Çün səni gördüm, Şimri‐bihəya zülm ilə edüb qanə əlvan, 

Bir oyan, qardaş, Zeynəbi‐zarun qüssədən olub zarü giryan, 

Dəstgir edüb bacılaruvı ləşkəri‐üdvan, vay, Hüseyn vay. 

 

Vay Şəhi‐məzlum, ey bəradər, 



Bikəsü məğmum, ey bəradər, 

Çün əsirligə oldı əl`an, 

Zeynəbə mə`lum, ey bəradər. 

  

Bu müsibətdə çün mələklər qarəpuş olub yeksər ağlar, 



Vay Hüseyn deyüb, göz yaşı tökər bu əzadə, Peyğəmbər ağlar, 

Dildə ahü va, gözdə əşki‐tər, nalə eyləyüb Heydər ağlar, 

Ali‐Müstəfa göz yaşı töküb, eyləyər əfğan, vay, Hüseyn vay. 

 

Vay Şəhi‐məzlum, ey bəradər, 



Bikəsü məğmum, ey bəradər, 

Çün əsirligə oldı əl`an, 

Zeynəbə mə`lum, ey bəradər. 

  

Şiələr gərək bu müsibətdə qarəpuş olub ağlasunlar, 



Ruzi‐həşrətək növhə eyləyüb, suz ilən cigər dağlasunlar, 

Nə rəvadı bu əhli‐kufəyan Zeynəbün qolun bağlasunlar, 

Qarət eyləyüb xeyməgahımı ceyşi‐kufəyan, vay, Hüseyn vay. 

 

 



 


 

287 


 

Vay Şəhi‐məzlum, ey bəradər, 

Bikəsü məğmum, ey bəradər, 

Çün əsirligə oldı əl`an, 

Zeynəbə mə`lum, ey bəradər. 

  

Növhə eyləyüb ruzi‐həşrətək, ya Hüseyn, gərək ağlayam mən, 



Şimri‐bihəya qoymadı nedim, gözlərüvi çün bağlayam mən, 

Qoymadı ədu tə`ziyə dutub, bir sənə əza saxlayam mən, 

Necə tab etsün min müsibətə bir zəif can, vay, Hüseyn vay. 

 

Vay Şəhi‐məzlum, ey bəradər, 



Bikəsü məğmum, ey bəradər, 

Çün əsirligə oldı əl`an, 

Zeynəbə mə`lum, ey bəradər. 

  

Bu müsibətdə Kə`beyi‐Xuda qarəyə batub, qardaş, əl`an, 



Çünki zülm ilə dari‐imanı qövmi‐kufəyan qoydı viran, 

Qarət eyləyüb hər əsasımı cövr ilə bu gün ceyşi‐üdvan, 

Bizləri əsir eyləyüb təmam əhli‐kufəyan, vay, Hüseyn vay. 

 

Vay Şəhi‐məzlum, ey bəradər, 



Bikəsü məğmum, ey bəradər, 

Çün əsirligə oldı əl`an, 

Zeynəbə mə`lum, ey bəradər. 

  

Bizləri qolı bağlı əşqiya zülm ilə çəkər hər diyarə, 



Zeynəbün gərək ağlasun müdam, gördi cismüvi parə‐parə, 

Vermiri fürsət ləşkəri‐ə`da, cismüvi qoyaydım məzarə, 

Bikəfən qalan xaki‐xun üstə peykəri üryan, vay, Hüseyn vay. 

 

 



 


 

288 


 

Vay Şəhi‐məzlum, ey bəradər, 

Bikəsü məğmum, ey bəradər, 

Çün əsirligə oldı əl`an, 

Zeynəbə mə`lum, ey bəradər. 

  

Çün qələm əldə ağlayub gələr, hər mühərrəm əfğanə Nadim, 



Bu müsibətdə döndərübdi çün, əşki‐çeşmün ümmanə Nadim, 

Yaz risalə, hər vəqfə göz yaşun tök yüzə zəlilanə, Nadim, 

Ey susuz olan dəşti‐Minadə ümmətə qurban, vay, Hüseyn 

vay.  


Vay Şəhi‐məzlum, ey bəradər, 

Bikəsü məğmum, ey bəradər, 

Çün əsirligə oldı əl`an, 

Zeynəbə mə`lum, ey bəradər. 

 

Həzrət Zeynəbün dilindən 

 

Qalan ətfalı avarə,  



Hüseynim vay, Hüseynim vay. 

Düşən gül cismi sədparə,  

Hüseynim vay, Hüseynim vay. 

 

Salublar cismüvi üryan, 



Edüblə qanuva əlvan, 

Bacun Zeynəb sənə qurban,  

Hüseynim vay, Hüseynim vay. 

 

Solubdur güllərim, qardaş, 



Daşıbdur qəmlərim, qardaş, 

 

 




 

289 


 

Oyan, qəmpərvərim, qardaş, 

Hüseynim vay, Hüseynim vay. 

  

Qəribi‐biməkan oldum, 



Əsiri‐kufəyan oldum, 

Qəmində növhəxan oldum, 

Hüseynim vay, Hüseynim vay. 

  

Solub zülm ilə gülzarım, 



Dəxi yox bir pərəstarım, 

Düşən sədparə sərdarım, 

Hüseynim vay, Hüseynim vay. 

  

Əsiri‐əşqiya Zeynəb, 



Bəlayə mübtəla Zeynəb, 

Sənə olsun fəda Zeynəb, 

Hüseynim vay, Hüseynim vay. 

  

Əsir eylüb məni üdvan, 



Ölüncə eyləyər əfğan, 

Gözün aç, ey Şəhi‐dövran, 

Hüseynim vay, Hüseynim vay. 

  

Gələ lə`nət bu əyyamə, 



Yetirdi zülmün itmamə, 

Necə sənsiz gedim Şamə? 

Hüseynim vay, Hüseynim vay. 

  

Əsirəm ceyşi‐küffarə, 



Bu çöldə qaldım avarə, 

 



 

290 


 

Oyan, qıl dərdimə çarə, 

Hüseynim vay, Hüseynim vay. 

 

Bu çöldə doğranub Əkbər, 



Ölübdür zülm ilə Əsğər, 

Yıxıldı dari‐Peyğəmbər, 

Hüseynim vay, Hüseynim vay. 

  

Ələmdarım ölüb, qardaş. 



Gözüm xunbar olub, qardaş, 

Bacun başsız qalub, qardaş, 

Hüseynim vay, Hüseynim vay. 

  

Bu qəmdə Nadimi‐şeyda, 



Edər bəzmi‐əza bərpa, 

Gözün aç, ey Şəhi‐vala, 

Hüseynim vay, Hüseynim vay. 

 

Əfrad



 

 

Saldı fələk nə möhnəti‐hicranə Zeynəbi, 



Yandırdı dərdü möhnəti‐suzanə Zeynəbi. 

 

Çün eyləyüb zəmanədə avareyi‐vətən, 



Saldı piyadə kuhü biyabanə Zeynəbi. 

 

Kərbübəlanı məskən edüb ol əliləyə, 



Çün saldı Qadisiyyədə tufanə Zeynəbi. 

 

                                                 



 Orijinalda dübeyt kimi getmişdir  




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə