Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə61/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   57   58   59   60   61   62   63   64   ...   144

 

301 


 

Soldurdular gülzaruvı, 

Öldürdilər sərdaruvı, 

Əldən alub ənsaruvı, 

Bu ləşkəri‐üdvan, baba. 

 

Düşdüm cəhandə möhnətə, 



Dərdü bəlayi‐firqətə, 

Yoxdur dəvamım zillətə, 

Dərdim edüb tüğyan, baba. 

 

Gəldi büruzə qəmlərim, 



Ağlar həmişə gözlərim, 

Nakam ölübdür Əkbərim, 

Çeşmim olub giryan, baba. 

 

Ey naibi‐şiri‐Xuda, 



Ey yadigari‐Müstəfa, 

Eylübdi bu qövmi‐dəğa 

Göz yaşımı ümman, baba. 

 

Ağlar gözüm, ağlar müdam, 



Saxlar əza hər sübhü şam, 

Sədparədür cismim təmam, 

Qanə olub əlvan, baba. 

 

Əfrad 

 

Gözüm yaşinə baxub rəhm elə, səni Tari, 



Əyağə dur, məni bir al qucağuva, bari. 

 

 



 


 

302 


 

Səni şəhid eyləyüb, kainatı dağladılar, 

Əsiri‐Rumü Həbəştək qolumı bağladılar. 

 

Səkinə gördi düşüb Şahi‐Kərbəla bisər, 



Zəbanə gəldi bu növ`i əsir olan düxtər. 

 

Dedi, əyağə dur, ey dadxahımız, babacan, 



Çıxubdı göylərə fəryadü ahımız, babacan. 

 

Özün, dur eylə nəzər halıma, olub məhşər, 



Batubdı qanına kam almamış Əli Əkbər. 

 

Gözüm, baba, eyləyür çox sirişki‐xun cari, 



Piyadə Şamə çəkəllər məni‐diləfkari. 

 

Nə növ`i Şamə gedim başaçux məni‐müztər, 



Bu çöldə qanə boyanmış yatub Əli Əkbər. 

 

Xəyal eyləmə sənsiz Dəməşqə mən gedərəm, 



O qanlı başə cidadə baxub fəğan edərəm. 

 

Baqiyi‐növhə 

 

Bu düxtərün həsrət sənə, 



Bax bir cəfayi‐düşmənə, 

Səndən sora, vallah, mənə, 

Dünya olub zindan, baba. 

 

Ey Padşahi‐insü cin, 



Ey rəhnümayi‐məşriqeyn, 

 

 




 

303 


 

Qardaş deyib ölləm yəqin, 

Qürbətdə mən nalan, baba. 

 

Fəsli‐əzadə Nadimə, 



Bax qəmfəzadə Nadimə, 

Ruzi‐cəzadə Nadimə, 

Ver mənzili‐rizvan, baba. 

 

Mən Nadimi‐xar olmuşam, 



Göz yaşıtək car olmuşam, 

Bu çöldə bikəs qalmuşam, 

Qıl dərdimə dərman, baba. 

  

Yaxşı evim yıxıldı, oldum düçar bəlayə 

 

Yaxşı evim yıxıldı, oldum düçar bəlayə, 



Qardaş, bu yer nə yerdür, könlüm gəlüb nəvayə. 

 

Bu sərzəmin həvası çox bədhəvadı, qardaş, 



Mən bu yerə yetəndən virdim nəvadı, qardaş, 

Yoxsa bu xaki‐möhnət dəşti‐bəladı, qardaş, 

Oldı əyan müsibət mən zarü binəvayə. 

 

Səbr eylə, bacı, Zeynəb, var başımın bəlası, 



Qəmlən olub mücəssəm bu Neynəva həvası, 

Ali‐Əba geyəllə bu çöldə qəm libası, 

Qardaş qəmində ağlar, bacı gələr sədayə. 

 

Qardaş, bizi, əmandur, qaytar Mədinəyə sən, 



Rəhm eylə bu qəribü nalan Səkinəyə sən, 

Et mərhəmət, əmandur, bu dilhəzinəyə sən, 

Bənzər bu dəşti‐Mina Minayi‐Kərbəlayə. 



 

304 


 

Mən bu çölə gələndən viran olubdı könlüm, 

Çoxdur qəmü müsibət, al qan olubdı könlüm, 

Ağlar gözüm həmişə, giryan olubdı könlüm, 

Bu bəxti qarə Zeynəb oldı düçar bəlayə. 

 

Qardaş, Hüseyn, bu şərhi mən zarə eylə izhar, 



Burda nüzul edəndən qəlbimdə iztirab var, 

Qıl müttəli bu qəmdən mən zarı, Şahi‐əbrar, 

Döndi süruri‐qəlbim bu yerdə ahü vayə.

 



 

Cənab Zeynəbün dilindən 

 

Qardaş, əmandı, eyləmə Zeynəbi illər həsrəti, 



Ali‐Əbanı eyləmə qəbri‐Peyəmbər həsrəti. 

 

Etmə ziyadə, ya Hüseyn, Zeynəbün ahü zarını, 



Axırı bu müsafirət əldən alar qərarını, 

Burda ziyarət eylərəm Fatimənin məzarını, 

Zeynəbi, həqq rizasinə, eyləmə madər həsrəti. 

 

Burda babam Peyəmbərə eylərəm ərzi‐halımı, 



Zail edər o rövzənün vəsli, qəmü məlalımı, 

Qorxuram əhli‐kufəyan, əldən ala cəlalımı, 

Bülbüli‐Müstəfanı, gəl, eyləmə illər həsrəti. 

 

Leyli çəkibdür Əkbərün bir neçə ildi zəhmətin, 



Olma riza fəraq ilə arturalar müsibətin, 

Qövmi‐dəğa xizab edər qan ilə sərvqamətin, 

Leylini Həqq rizasinə, eyləmə Əkbər həsrəti. 

                                                 

 Növhə natamamdır 




 

305 


 

Mürğvəş aşiyanə, gəl, sən məni həsrət eyləmə, 

Məskənimi fəğan ilə guşeyi‐qürbət eyləmə, 

Tərki‐səfər eylə məni, zarü məlamət eyləmə, 

Bu səfər eyləyər məni yeddi bəradər həsrəti. 

 

Olma riza açux başım, düşmən içində ağlayım, 



Şivən edüb fəğan ilən, başimə qarə bağlayım, 

Nə`şivün üstə baş açub, şur ilə sinə dağlayım, 

Zeynəbi bəsdi bu fələk, eyləyüb Heydər həsrəti. 

 

Tazə başımdan açmışam, qardaş, Həsən qərasını, 



Kərbübəla diyarinə çəkmə bu Ali‐Yasini, 

Qasimün eyləyər ədu, zülm ilə qan hənasını, 

Madərin etmə Qasimün ol məhi‐mənzər həsrəti. 

 

Yaduva gər atan düşüb, ağlama sən, mən ağlaram, 



Hansı əzizüvi desən, ləhni‐Hicazi oxşaram, 

Bəzmi‐əza qurub özüm, şur ilə sinə dağlaram, 

Rə`süvi olmaram riza etsünlə peykər həsrəti. 

 

Cəzbeyi‐eşq edüb əgər, azimi‐Kərbəla səni, 



Dəşti‐bəladə gözləyür, firqeyi‐əşqiya səni, 

Rəhm et əmuyə, dutmuşam çün məni‐binəva səni, 

Nadimi eyləmə, əxa, qəbri‐Peyəmbər həsrəti. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə