Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə69/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   65   66   67   68   69   70   71   72   ...   144

 

341 


 

Rə`si‐pakun zibh edüb nə`şüvi üryan qoydular, 

Nə deyə bilməm ki, düşmənlər cəfadən doydular, 

Nazpərvər qızlarun yeksər libasın soydular, 

Bağlayublar Əhli‐Beytün qol‐qola, qardaş, Hüseyn. 

 

Aparullar Şami‐şumə didəgiryan Zeynəbin, 



Möhnətü qəmdən edüblə bağrını qan Zeynəbin, 

Nə`şün üstə etmədi kamınca əfğan Zeynəbin, 

Aziməm Şamə, məni, dur, sal yola, qardaş, Hüseyn. 

 

Nadimi‐biçarəyəm, göz yaşımı qıllam səbil, 



Ya Hüseyn, bəhəqqi‐Zeynəb əd‐dəxil, əd‐dəxil, 

Bu gələn ili ərbəini sən məni eylə dəlil, 

Vəslün üçün hə sözüm bir şərt ola, qardaş, Hüseyn. 

 

     Sərvəri‐dövran, oyan 

 

Yatma xak üstə yaralı, sərvəri‐dövran, oyan, 



Gəldi başun üstə, qardaş, Zeynəbi‐nalan, oyan. 

 

Xaki‐xun üstə düşüb cismi‐rəvanım, ya Hüseyn, 



Nəhrtək cari olub mehrabə qanım, ya Hüseyn, 

Aç bu qanlı gözlərün, bir al səlamım, ya Hüseyn, 

Xeyməgahə od vırubdur ləşkəri‐üdvan, oyan. 

 

Zülm ilə cismi‐şərifin qanuva əlvan olub, 



İzzətü cahü cəlalun, ya Hüseyn, talan olub, 

Xövfdən ətfali‐Peyğəmbər hamı gültək solub, 

Ey olan malü məlalı, şövkəti talan, oyan. 

 

 



 


 

342 


 

Bir nəzər qıl halimə, ey Padşahi‐Kərbəla, 

Rəhm elə əhvalimə, ey dadxahi‐binəva, 

Dur, bu çöldə Zeynəb oldı dəstgiri‐əşqiya, 

Ey olan Kərbübəladə itrəti nalan, oyan. 

 

Bu müsibətdən, əxa, gəlləm fəğanə hər zəman, 



Zeynəbün ağlar bu qəmdə, göz yaşın eylər rəvan, 

Xun əhdadın olub nazlı Səkinən bağrı qan,  

Ey olan bu halət ilə xanəsi viran, oyan. 

 

Rəhm elə, qardaş, Hüseyn, bu zarü giryan Zeynəbə, 



Lütf ilə qıl bir nəzər halı pərişan Zeynəbə, 

Oldı səndən sonra dünya guşəzindan Zeynəbə, 

Bu müsibətdən olubdı Zeynəbin giryan, oyan. 

 

Al səlamım Həq rizası, ya Hüseyn, dindir məni, 



Yox dəvamım qanə batmış görməgə bisər səni, 

Lütf elə, sən bir danışdır Zeynəbi‐biçarəni, 

Dur, olaq bir qol‐boyun, bacun sənə qurban, oyan. 

 

Dur, təmamən bağlanıbdur Əhli‐Beytün qol‐qola, 



Baclaruvı bir, oyan, qardaş, özün dur, sal yola, 

Yox güman ki, bir də dəştə Zeynəbi‐nalan gələ, 

Dur, vida eylüm səni, ey dərdimə dərman, oyan. 

 

Çün qolı bağlı olubdur Əhli‐Beyt Şamə rəvan, 



Dərdimi, bari, edim, qardaş, sənə bir‐bir bəyan, 

Nadimi‐biçarə bu beyti yazıb eylər fəğan, 

Yatma xak üstə Şəhidi‐sərvəri‐dövran, oyan. 

 

 



 


 

343 


 

   Həzrət İmam Həsən (ə)‐ın dilindən 

 

Gözün aç, bikəsü biçarə bacı, Zeynəb, oyan, 



Verdilə zəhr bu sərdarə, bacı, Zeynəb, oyan. 

 

Gözün aç, şur ilə gəl naləvü əfğanə, bacı, 



Verdilə zəhri‐həlahil Şəhi‐dövranə, bacı, 

Parə‐parə tökülər, döndi cigər qanə, bacı, 

Dur, əlac eylə bu biyarə, bacı, Zeynəb, oyan.  

 

Ey bacı, dur, elə ol Qasimi‐naçarə xəbər, 



Ta gedüb eyləyə sərdari‐vəfadarə xəbər, 

Yoxdı bir kəs edə Əbbasi‐ələmdarə xəbər, 

Olan aləmdə güni qarə, bacı, Zeynəb, oyan. 

 

Gözün aç, Zeynəb, oyan, möhnətü qəm həddin aşub, 



Parə‐parə cigərim qanə dönüb ləxtələşüb, 

Ləblərim parələnüb zülm ilə qanə bələşüb, 

Kərbəladə qalan avarə, bacı, Zeynəb, oyan. 

 

Müctəba qardaşuva verdilə çün zəhri‐cəfa, 



Dur, bacı, səbr elə, əlbət buyimiş əmri‐qəza, 

Saxla göz yaşuvi, aşura güni eylə nəva, 

Odlanan xeymələri narə, bacı, Zeynəb, oyan. 

 

Sizlərə mümkin olan vəqtə, bacı, Kərbübəla, 



Cismdən qolları Əbbasun olan vəqtə cüda, 

Yaxacaq Qasimim ol vəqt əlinə qandan həna, 

Analıq et o gün ol zarə, bacı, Zeynəb, oyan. 

 

 



 


 

344 


 

Kərbəladə toy edər Qasimə Sərdari‐Hicaz, 

Qoş o gün Fatiməyə qanlı otaq, bacı, cəhaz, 

Olmaz ol vəqtidə bir kimsənə Qasim edə naz, 

Ol ana ol gün o biyarə, bacı, Zeynəb, oyan. 

 

Aç gözün, bircə oyan xabdən, ey mahliqa, 



Verdilə qardaşuva zəhri‐cəfa, eylə səda, 

Ey bacı, növhə edüb, şurə gəlüb, saxla əza, 

Ey dönən ruzı şəbi‐tarə, bacı, Zeynəb, oyan. 

 

Bir oyan, ey bacıcan, qardaşuva eylə həlal, 



Ayrılıq vəqtidür, dur, qollaruvı boynuma sal, 

Düşdi üqbayə yolum, qardaşuvı, dur, yola sal,    

Çün xəzan yetdi bu gülzarə, bacı, Zeynəb, oyan. 

 

Nadiməm, ağlayaram həşrə kimi şamü səhər, 



Yüzə cari edərəm əbr kimi əşki‐bəsər, 

Çün rəvadur tökə göz yaşı hamı cinnü bəşər, 

Sən də tök göz yaşı rüxsarə, bacı, Zeynəb, oyan. 

 

Olmaz 

 

Meydanə baxub tökdi yüzə göz yaşı Zeynəb, 



Sölüb ki, bu sədparələri dəfn edən olmaz. 

Bu qanlı bədənlərmi müsəlman degi, ya Rəb? 

Bunları edən qüslü hənutü kəfən olmaz. 

 

Hər yan görürəm qan tökülüb başdı, bədəndi, 



Bu peykəri sədparə düşən Şahi‐zəməndi, 

Lalə kimi hər zəxm açılub misli‐çəməndi, 

Heç sahəti‐Mina kimi ziba çəmən olmaz. 



 

345 


 

Leylayi‐Əli Əkbər edüb çaki‐giriban, 

Məcnun kimi səhravü biyabanidə heyran, 

Vay şibhi‐Peyəmbər, deyübən eyləyür əfğan, 

Leyla kimi heç kimsə cəlayi‐vətən olmaz. 

 

Əbbasə olur tə`ziyədar bacısı Külsum, 



Gördi ki, düşüb peykəri qolsuz yerə mə`mum, 

Sölüb ki, əxa, olmadı heç kəs belə məzlum, 

Nə kül savurum başıma, əlsiz bədən olmaz. 

 

Əbbas ölümi eylədi Külsumi nəvaxan, 



Gördi ki, düşüb peykəri öz qaninə əlvan, 

Ərz eylədi, aç qanlı gözün, mən sənə qurban, 

Sən kimi rəhi‐Həqqdə bir əncümən olmaz. 

 

Çün gördi Səriyyə boyanub qanına Qasim, 



Can bəzl eləyüb şövq ilə cananına Qasim, 

Yaxmış qan həna zülfi‐pərişanına Qasim, 

Sölüb ki, belə zülm eləyən əhrimən olmaz. 

 

Görcək yaralı Qasimi biçarə ərusi, 



Göz yaşı töküb səfheyi‐rüxsarə ərusi, 

Zülfündən atub gül yüzinə sayə ərusi, 

Ərz etdi, əmoğlı, mənə bir rəhm edən olmaz. 

 

Ahu kimi Əsğər anası gəldi fəğanə, 



Gördi ki, batub təşnə Əli Əsğəri qanə, 

Gözyaşlı, oğul, qoydı məni dövrü zəmanə, 

Gül qönçəsi səntək, Əli, zibi‐çəmən olmaz. 

 

Yaz cövri‐xəzan yetdi çəməndə gülə, Nadim, 



Xar etdi cəfa ilə sitəm bülbülə, Nadim, 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə