Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə68/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   64   65   66   67   68   69   70   71   ...   144

 

336 


 

Şimri‐dun məni qoymaz ağlayam, 

Nə`şün üstə mən sinə dağlayam. 

Qanlı gözlərün, barı, bağlayam, 

Bağrım oldı qan, qardaş, ağlaram, 

Getmə, əl‐əman, qardaş, ağlaram. 

 

Tirü xəncərə peykərim amac, 



Nizədə başım eyləsə me`rac, 

Olsa gər başun mə`cərə möhtac, 

Ey anam‐bacım, Zeynəb, ağlama, 

Bağrıqan bacı, Zeynəb, ağlama. 



 

Əfrad 

 

Tərəhhüm et mənə, çeşmim tökər yüzə qan‐yaş, 



Bu Zeynəbün sənə qurban ola, Hüseyn, qardaş. 

 

Az ağla, ey bacı, Zeynəb, qəzayə səbr eylə, 



Əgər başım keçə tənsiz cidayə, səbr eylə. 

 

Təmamiyi‐növhə 

 

Yoxdı bir kəsim, söylə, mən nedim, 



Qüssədən ürək qanını yedim, 

Sənsiz, ey Hüseyn, mən hara gedim? 

Bağrım oldı qan, qardaş, ağlaram, 

Getmə, əl‐əman, qardaş, ağlaram. 

  

Möhnətin fələk tapşurub bizə, 



Nadimim tökər göz yaşın yüzə, 

 

 




 

337 


 

Tə`nə etsələr kufəyan sizə, 

Ey anam‐bacım, Zeynəb, ağlama, 

Bağrıqan bacı, Zeynəb, ağlama. 

 

  Həzrət Zeynəb dilindən 

 

Şamə gedirəm Zeynəbi, dur, sal yola, qardaş, 



Düşməz belə didar dəxi bir də ələ, qardaş. 

 

Qəlbim olub ənduhü məlal ilə ləbaləb, 



İstəkli bacı‐qardaşıdux, kani‐müəddəb, 

Qolbağlı müsafirdi, gedər Kufəyə Zeynəb, 

Sənsiz gələrəm naləyə bundan belə, qardaş. 

 

Hülqün kəsilüb, peykərün al qanə boyandı, 



Zülmün şərəri, sö`ləsi əflakə dayandı, 

Rəxtim soyulub, xeymələrim cümləsi yandı, 

Gül bərgi sınub, qönçə dağıldı çölə, qardaş. 

 

Qardaş, qəmimi ərz eləsəm, gəlməz hesabə, 



Qəlbim yanub hicran oduna döndi kəbabə, 

Qəlbim yaralı, başım açux, bağlı tənabə, 

Dəfn etməgə yox möhlətim, etmə gilə, qardaş. 

 

Başun kəsilüb, didələrün qan ilə doldı, 



Çeşmündən uzaq, ərz edə bilməm nələr oldı, 

Bişərmlər hətta başımun mə`cərin aldı, 

Yox rəhm eləyən Zeynəbi‐xunindilə, qardaş. 

 

 



 


 

338 


 

Qardaşı ölən bacıya lazımdı ki, hörmət, 

Hörmət yerinə Zeynəbə eylüllə

 şəmatət, 



Kufilər edər bacuva hər növ`i əziyyət, 

Çarəm nədi mən bəxti qərayə, sölə, qardaş. 

 

Badi‐sitəm əsdi, saralub soldı çəmənlər, 



Bir mə`cərə möhtac olub ismətli hərəmlər, 

Başsuz tökülüblər yerə gülyüzli bədənlər, 

Bənzəllə

∗∗

 gülistandə saralmış gülə, qardaş. 



 

Pəjmürdə düşüblər bu gülistan arasında, 

Üryan bədən ilə hamı meydan arasında, 

Naz ilə yatublar yaralı qan arasında, 

Göz yaşım əgər dönsə rəvadur selə, qardaş. 

 

Əlbət bu imiş əmri‐Xuda ruzi‐Ələstdə, 



Əfv eylə, edüblər hər iki dəstimi bəstə, 

Dəfn eyləməmiş sizləri yollandı bu dəstə, 

Azimdi yola Şamə gedən silsilə, qardaş. 

 

Əfrad 

 

Diyari‐Kufəyə oldım, Hüseyn, rəvan, gedirəm, 



Cəfayi‐Şimrdən oldı qədim kəman, gedirəm. 

 

Əsüb səmumi‐sitəm, qönçeyi‐gülüm soldı, 



Gözüm önündə bu gün yeddi qardaşım öldi. 

 

 



 

                                                 

 Eyləyirlər 



∗∗

 Bənzəyərlər 




 

339 


 

Hüseynim öldi, ədu aldılar əsasımızı, 

Bizi əsir eyləyüb, soydular libasımızı. 

 

  Baqiyi‐növhə 

 

Əfv eylə, başun üstə cigər dağlamadım mən, 



Kamımca, bəradər deyübən ağlamadım mən, 

Başun dizim üstündə, gözün bağlamadım mən, 

Çarəm yox idı, eyləmə məndən gilə, qardaş. 

 

Yandı cigərim, bir də qələm al ələ, Nadim, 



Gəl, Zeynəbi‐biçarə dilincə dilə, Nadim, 

Söylə, düzülüb qafileyi‐qəm yola, Nadim, 

Dur, itrəti‐ətharı özün, sal yola, qardaş. 

 

Cənab Zeynəb dilindən 

 

Ey gözüm nuri, “zəbihən min qəfa”,



 qardaş, Hüseyn, 

Qəlbimün aramisən gülgun qəba, qardaş, Hüseyn. 

 

Yaxşı qoydun bu bəlalı çöldə bisər Zeynəbi, 



Eylədün nari‐fəraqə şö`lə müztər Zeynəbi, 

Aç gözüvi, dəstgir eylüblə ləşkər, Zeynəbi, 

Qəlbi‐arami‐dili‐Xeyrün‐nisa, qardaş, Hüseyn. 

 

Ey bəradər, bacular qardaşı başıyla tanur, 



Cismini üryan görə, başilə, qaşilə tanur, 

Görsə başun zibh olunmuş, rəxti‐faşilə tanur, 

Neyləyim başun olub təndən cüda, qardaş, Hüseyn. 

                                                 

 Başı kəsilmiş 




 

340 


 

Nov libasilə geyindirdim səni, saldım yola, 

Nə rəvadur imdi cismün bəs belə üryan qala? 

Bu yaralı cismüvə Zeynəb bacun qurban ola, 

Yetdi məqsudinə ceyşi‐əşqiya, qardaş, Hüseyn. 

 

Bir dəqiqə başım olmaz qüssədən eymən, hanı, 



Cövri‐xar ilə solubdur mən görən gülşən hanı? 

Rəxtün atdan

 geydigün ol köhnə pirahən hanı, 



Zeynəbün ol haluva olsun fəda, qardaş, Hüseyn. 

 

Mən səni bu növ` görməkdən qalaydım kaş, əxi, 



Görməmiş bu haluvı piş əz öleydim kaş, əxi, 

Nə yaralı cismüvi üryan göreydim kaş, əxi, 

Bu yaralı cismüvə ruhim fəda, qardaş, Hüseyn. 

 

Dur, əxa, gör, firqətündə mən nə növ`i yanmışam, 



Xeyməgahə od vıranda əşqiya, odlanmışam, 

Sayəban etməkligə yox mə`cərim, talanmışam, 

Zülfilə sayə salım yoxdur rida, qardaş, Hüseyn. 

 

Qəlbi‐pürsuzim müsibətdən yanub oldı kəbab, 



Xeyməni yandırmağa düşmənlərün eylüb şitab, 

Çöllərə qaçdı əyalun qoymayublar məndə tab, 

Qaldı bimarun od içrə rəhnüma, qardaş, Hüseyn. 

 

Gül budağın sındırub xar, əl tapublar güllərə, 



Bənzərux səyyad əlində seyd olan ahulərə, 

Xeyməgahun od dutub, qaçdı hərəmlər çöllərə, 

Qalmuşux bimunisü biəqrəba, qardaş, Hüseyn. 

                                                 

 Altından 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə