Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə67/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   63   64   65   66   67   68   69   70   ...   144

 

331 


 

Verdi mənə təsəlli ol Şahi‐biqərinə, 

Söylədi, et təhəmmül, nazlı qızım Səkinə, 

Səbr eylə dərdü rəncə, yalvarma əhli‐kinə, 

Keçməz o qədr olarsan azadə Şimr əlindən. 

 

Çün Əhli‐Beyt o tiflün halinə cümlə yandı, 



Eylüblə şurü şivən, nalə gögə dayandı, 

“Va möhnəta” sədası qalxub, Yəzid oyandı, 

Gördi olub qiyamət icadə Şimr əlindən. 

 

Etdi sual o zalim, nə şurü nə nəvadur, 



Bədxab edər məni çox, bilməm nə macəradur, 

Get gör, qulam, əsirlər içrə nə ahü vadur, 

Ərşə çıxub sədası fəryadə Şimr əlindən. 

 

Getdi xərabə içrə nagah qulami‐dilxun, 



Görcək qulam o halı, halı olub digərgun, 

Eylüb fəğan olartək, sölüb: Yəzidi‐məl`un, 

Nə zülmlər edübsən icadə Şimr əlindən. 

 

Sölüb qulam Hüseynün bir tifl nuri‐eyni, 



Rö`yadə çün görübdür Sərdari‐məşriqeyni, 

Sölər ki, əmmə, Zeynəb, göstər babam Hüseyni, 

Bir çarə eyləsün mən naşadə Şimr əlindən. 

 

Verdi Yəzid Hüseynün başını bir qulamə, 



Gətdi xərabə içrə verdi əsir İmamə, 

Görcək o başı Zeynəb, açdı zəban səlamə, 

Ey tuş olan qəfası cəlladə Şimr əlindən. 

 

 



 


 

332 


 

Qardaş, Hüseyn, vüsali‐cananə, xoş gəlübsən, 

Etdün əsirnəvazlıq məstanə, xoş gəlübsən, 

Əfv et, gedüb əsasım talanə, xoş gəlübsən, 

Gəlməz dəxi gümanım bir zadə Şimr əlindən. 

 

Yox simü zər, bəradər, eylüm nisar sərüvə, 



Olsun fəda bu bikəs, yaralı peykərüvə, 

Dodağımı qoyum, qoy, o qanlı ləblərüvə, 

Çox öpmədim o qanlı səhradə Şimr əlindən. 

 

    Əfrad 

 

Gedün o Şimrə deyün, əhli‐Şam, sizi Tarı, 



Səkinəm öldi, gəlüb qollarun aça, barı. 

 

Peyəmbərün balası hardadur, ey əhli‐cəhan, 



Həsir də olmaya, topraqlar üstə versün can. 

 

Mədinə əhli deyün, burda gəlsün ağlamağa, 



Yoxumdur bircənə dəsmal gözüni bağlamağa. 

 

Gər ölməseydi Hüseynim, bu halə qalmazdım, 



Vətənqərib olub, zülm ilə soyulmazdım. 

 

Olubdı cari yüzə imdi qanlı göz yaşım, 



Vətənqərib, qırılub cümlə qövmü qardaşım. 

 

Səkinəm öldi, deyün, yarü yavərim gəlsün, 



Hənutü dəfninə şəhzadə Əkbərim gəlsün. 

 

 



 


 

333 


 

Dübarə əhli‐hərəm Şamdə dutubdula yas, 

Qəmim ziyadə olub, gəl hərayimə, Əbbas. 

 

Əsirnəvazlıq edüb, bir gəlüb‐gedən yoxdı, 



Səkinəm öldi, gəlüb bircə dəfn edən yoxdı. 

 

Əzəl bu gündən, İlahi, özüm öleydim kaş, 



Balan aradə qalub, hardasan, Şəhid qardaş? 

 

Xərabəni bu yetimə fələk məkan verdi, 



Qolunda ip, bu bala topraq üstə can verdi. 

 

Təmamiyi‐növhə 

 

Öpdi o başı Zeynəb, verdi o məhliqayə, 



Bikəs Səkinə yetdi sultani‐Kərbəlayə, 

Qoydı dodaq‐dodağə, gəldi bu cür sədayə, 

Qoydux səni kəfənsiz səhradə Şimr əlindən. 

 

Sölüb, baba, əmandur, ey varisi‐Peyəmbər, 



Ömrüm yetüb təmamə, ölürəm mən bibəradər, 

De, barı, qollarımı açsun o Şimri‐kafər, 

Boynumi ip kəsüb, həm qiladə Şimr əlindən. 

 

Gördülə düşdi dildən, ol bülbüli‐xərabə, 



Əkbər adını yazdı əngüşt ilə türabə, 

Bu möhnəti nə növ`i çəksün qələm hesabə, 

Can verməgə olubdur amadə Şimr əlindən. 

 

Zeynəb görüb o halı, çün gəldi ahü zarə, 



Olmaz cəhandə, ya Rəb, mən kimi bəxti qarə, 


 

334 


 

Öldi balam Səkinə, yoxdur qoyan məzarə, 

Viranədə verüb can şəhzadə, Şimr əlindən. 

 

Olsa nə qədr həyatun dəhri‐fənadə, Nadim, 



Sərf et qələm əlində bu macəradə, Nadim, 

Göz yaşı tök üzarə bəzmi‐əzadə, Nadim, 

Yaz bu müsibəti, gəl fəryadə Şimr əlindən. 

 

Həzrət Zeynəblə İmam Hüseyn (ə)‐ın dilindən 

 

Rəhm eylə mənim halıma, Hüseyn, 



Bağrım oldı qan, qardaş, ağlaram. 

Qətlüvə durub səf‐səf əhli‐kin, 

Eyləyüb fəğan, qardaş, ağlaram, 

Getmə, əl‐əman, qardaş, ağlaram. 

 

Doğranub hamı qardaşım, elim, 



Damənindən heç üzmərəm əlim, 

Rəzmgahə mən sənlə qoy gəlim, 

Bağrım oldı qan, qardaş, ağlaram. 

Getmə, əl‐əman, qardaş, ağlaram. 

 

Sal yola bu sərdarı sən, bacı, 



Eyləmə fəğan, barı, sən bacı, 

Əhli‐Beytimün yarısan, bacı, 

Ey anam‐bacım, Zeynəb, ağlama, 

Bağrıqan bacı, Zeynəb, ağlama. 

 

Əldə Zeynəbün ixtiyarı yox, 



Zində bir nəfər qəmküsarı yox, 

Səndən özgə bir tacdarı yox, 




 

335 


 

Bağrım oldı qan, qardaş, ağlaram, 

Getmə, əl‐əman, qardaş, ağlaram. 

 

 



Üstümə fələk bəhri‐qəm töküb, 

Möhnətü sitəm qəddimi büküb, 

Ruhum ölməmiş cismdən uçub, 

Ey anam‐bacım, Zeynəb, ağlama, 

Bağrıqan bacı, Zeynəb, ağlama. 

 

 



Bu fələk edüb xarı Zeynəbi, 

Möhnətə giriftarı Zeynəbi, 

Tapşır oğluva, barı, Zeynəbi, 

Bağrım oldı qan, qardaş, ağlaram. 

Getmə, əl‐əman, qardaş, ağlaram. 

 

Gəl, Hüseynüvi bir də et vida, 



Düşmənim baxır, eyləmə səda, 

Səbr elə, sənə yardur Xuda, 

Ey anam‐bacım, Zeynəb, ağlama, 

Bağrıqan bacı, Zeynəb, ağlama. 

 

Zeynəbi, Hüseyn, qoyma biqərar, 



Sənsiz od dutar xeymələr yanar, 

Qollarım cəfa ilə bağlanar, 

Bağrım oldı qan, qardaş, ağlaram. 

Getmə, əl‐əman, qardaş, ağlaram. 

 

 

Dəstgir olan vəqtə ləşkərə, 



Xırda qızlarım qaçsa çöllərə, 

Ver təsəlli sən Ali‐Heydərə, 

Ey anam‐bacım, Zeynəb, ağlama, 

Bağrıqan bacı, Zeynəb, ağlama. 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə