Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə75/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   71   72   73   74   75   76   77   78   ...   144

 

371 


 

Olmuşam əsir, bağlanub qolum, 

Dəstgir edüb ləşkəri‐zəlum, 

Cismi‐pakuva mən fəda olum, 

Gör nə növ`i naçarəm, ağlaram. 

 

Ey Hüseyn, olub Zeynəbün əsir, 



Şimri‐nabəkar etdi dəstgir, 

Ay kimin başun nizədə gəzir, 

Başuva necə zarəm, ağlaram. 

 

Eşqün eyləyüb dərbədər məni, 



Kufəyə çəkər xuncigər məni, 

Yaxşı eylədün bəxtəvər məni, 

Ruzigardə xarəm, ağlaram. 

 

Eyləmə, Xuda, xar Nadimi, 



Bimüinü biyar Nadimi, 

Öldürür yəqin ar Nadimi 

Asiyəm, günəhkarəm, ağlaram. 

 

Səlam olsun sənə, sədparə qardaş 

 

Səlam olsun sənə, sədparə qardaş, 



Əsir oldı bacun əğyarə, qardaş. 

 

Sən öldün gülşənim soldı, pozuldı, 



Qətarım Kufəvü Şamə düzüldi, 

Hüseyn, qardaş, əlim səndən üzüldi, 

Qalubdur Zeynəbün avarə, qardaş. 

 

 



 


 

372 


 

Sənün sinəndə var Əbbas dağı, 

Məni də odlayur Əkbər fərağı, 

Bu çöldə keçdi Peyəmbər çırağı, 

Sitəmlə seyd olub gül xarə, qardaş. 

 

Sənün Əsğər əlində batdı qanə, 



Məni dərdü mühən gətdi fəğanə, 

Vırar başimə Şimr taziyanə, 

Rəvandur göz yaşım rüxsarə, qardaş. 

 

Sənə gər yardür şəhzadə Qasim, 



Hüseyncan, var mənim çoxlı hərasim, 

Sən öldün, tazədən başlandı yasim, 

Əsirəm ləşkəri‐xunxarə, qardaş. 

 

Səni tənha qoyub gər Övnü Cə`fər, 



Tiküblər göz mənə nazlı hərəmlər, 

Soyub yeksər bizi Şimri‐sitəmkər, 

Misali‐gül əsirəm xarə, qardaş. 

 

Sən öldün, şövkətim, malım talandı, 



Təmamən xeymələr suzanə yandı, 

Bu bikəslər sənün axır balandı, 

Olublar xövfdən dilparə, qardaş. 

 

Sən öldün rövnəqim sənsiz pozuldı, 



Qətarım Kufəvü Şamə düzüldi, 

Əyağə dur, əlim əldən üzüldi, 

Təsəlli ver məni‐biyarə, qardaş. 

 

 



 


 

373 


 

Əfrad 

 

Gözüm yaşı yüzümə caridür, cigər dağlı, 



Əyağə dur, gedirəm Kufəyə qolum bağlı. 

 

Ürək yəralı, gözi yaşlı, bağrıqan gedirəm, 



Mənə olubdur Hüseyn dərdi pasiban, gedirəm. 

 

Yoxumdı çarəm, Hüseyncan, müaf eylə məni, 



Edüb hənutü kəfən, qoymadım məzarə səni. 

 

Sənə doyunca edüb növhə, qardaş, ağlamadım, 



Verəndə can, bacun ölsün, gözüvi bağlamadım. 

 

      Təmamiyi‐növhə 

 

Əsir oldum, Hüseyn, əhli‐inadə, 



Rəvanəm Kufəyə sənsiz piyadə, 

Yaralı başuvı növki‐cidadə, 

Görüb gəlləm, mən ahü zarə, qardaş. 

 

Qələm əldə yaza şərhi‐müsibət, 



Cəhandə qüssədən olmaz fərağət, 

Çəkər cəm`i ziyarətgəh şəmatət,   

Nəzər qıl Nadimi‐biyarə, qardaş. 

 

 



 


 

374 


 

Həzrət Zeynəb dilindən 

 

Ey Hüseyn, qardaş, mənə rəhm eylə, giryan olmuşam, 



Al səlamım, gör, necə zarü hərasan olmuşam. 

 

Altı qardaşım ölüb, qardaş, ürəkdən dağlıyam, 



Dəstgirəm, acizəm, qeydi‐tənabə bağlıyam, 

Şimri‐kafər qoymadı, bari, gözüvi bağlıyam, 

Odlanub nari‐bəlayə, qəlbi suzan olmuşam. 

 

Təngə düşdüm cövr əlindən, zülm edər hər kəs mənə, 



Səndən özgə, ey bəradər, yoxdı dadirəs mənə, 

Ağlamaqdan göz yaşım qan oldı, bir ver səs mənə, 

Seydvəş çün dəstgiri‐ceyşi‐üdvan olmuşam. 

 

Xeyməgahun od dutan vəqtə, Hüseyncan, yanmışam, 



Abidi‐bimarun ilən bir oda odlanmışam, 

Halimə et bir nəzər, zəncir ilə bağlanmışam, 

Başun üstə baş açub, dur gör, nəvaxan olmuşam. 

 

Ərşə çıxdı ağlamağlıqdan fəğanım, ya Hüseyn, 



Bəs neçün dillənmisən,

 arami‐canım, ya Hüseyn, 



Səndən özgə bir kəsə gəlməz gümanım, ya Hüseyn, 

Qətligahunda sənə gözyaşlı mehman olmuşam. 

 

Kufəvü Şamə rəvan oldı qətarım bağlanub, 



Xişü əqvamım ölüb, zülm ilə sinəm dağlanub, 

Sən özün agahsən, babi‐Peyəmbər bağlanub, 

Qürbət eldə bir kəsim yox, xanəviran olmuşam. 

                                                 

 Dillənmirsən 




 

375 


 

 

Az qalub qəmdən həlak olsun, Hüseyn, canım mənim, 



Döndərüb al qanə əşkin çeşmi‐giryanım mənim, 

Şimri‐laməzhəb olub imdi necə yanım mənim, 

Baş açub, zülfüm yolub, sinə giriban olmuşam. 

 

Vadiyi‐eyməndə qüslün olsa qan, sənlən varam, 



Kufəyə tənsiz başun olsa rəvan, sənlən varam, 

Görməgə gül ləblərində xeyzəran, sənlən varam, 

Çün əzəl sənlən şəriki‐əhdü peyman olmuşam. 

 

Əfv elə, gər gəlməsəm mətbəxdə Zəhra didinə, 



Səndən ayrıllam gedəndə deyrə İsa didinə, 

Sən də gəl viranədə biz Ali‐Taha didinə, 

Gör, necə başsız qalan ətfalə dərban olmuşam. 

 

Xeyli müşkildür, Hüseyn, bəzmi‐Yəzidə gəlməgim, 



Ardür İslamə bəzmi‐ammdə xar olmağım, 

Mümkin olsa bu məzarun üstə bir də gəlməgim, 

Ərz qıllam, gör, necə məhzuni‐dövran olmuşam. 

 

Dildə bu bəhri‐bəla daşdı genə dərya kimi, 



Ağlaram əldə qələm, dürdaneyi‐Zəhra kimi, 

Göz yaşım cari olubdur Zeynəbi‐Kübra kimi, 

Nadimi‐məhzunü xarəm, zarü giryan olmuşam. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə