Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə73/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   69   70   71   72   73   74   75   76   ...   144

 

361 


 

Bacun ölsün, gözün aç, gör, necə bu Şimri‐dəni, 

Bağlayub qol‐qola ahu kimi əhli‐hərəmi, 

Söylə, Əbbasi‐ələmdar ələ alsun ələmi, 

Bibəradər gedərik Şamə, bəradər, yaralı. 

 

Kufəvü Şamə, bəradər, demə sənsiz gedərəm, 



Mənlə başun gedəcək Şamə bədənsiz, gedərəm, 

Qoyuban nə`şüvi səhradə kəfənsiz, gedərəm, 

Xarü xaşak kəfənün oldı, bəradər yaralı. 

 

Xeymələr yandı, əxa, qarət olub cahü cəlal, 



Gözün aç, ayrılırıq, Zeynəbüvi eylə həlal, 

Ali‐Tahanı özün, qardaş, Hüseyn, dur, yola sal, 

Aparullar bizi də Şamə bu ləşkər, yaralı. 

 

Bikəsü bivətənəm, qalmayub ənsarım, elim, 



Nə edim, yox əlacım, qoy səni ağuşə alum, 

Nə`şüvi dəfn eləyüb qəbrüvə pərvanə olum, 

Dur, mənə yar ol özün, aləmə yavər, yaralı. 

 

Mültəcidür bilüsən can verən haldə sənə, 



Ağlayar bəzmi‐əzadə, gəh ibadətdə sənə, 

Var ümidim, Şəhi‐din, ruzi‐qiyamətdə sənə, 

Zakir olmuş sənə bu Nadimi‐nokər, yaralı. 

 

 



 


 

362 


 

Yüz qoyub xeymələrə ləşkəri‐kafər, yerisün 

 

Yüz qoyub xeymələrə ləşkəri‐kafər, yerisün, 



Soymağa Ali‐Əlini hamı səflər yerisün. 

 

Şimri‐dun izn verüb bir neçə məl`unə o dəm, 



Ta gedüb xeymələri qarət edə əhli‐züləm, 

Ali‐Peyğəmbərə ta eyləyələr zülmü sitəm, 

Hamısı əldə dutub nizəvü xəncər, yerisün. 

 

Neçə bidinü ləin xeymələrə oldı rəvan, 



Gördülər xeymədən əflakə çıxar ahü fəğan, 

Gördülər nazlı Səkinə deyir, ey əmmə, əman, 

Qoyma bu xeymələrə zümreyi‐kafər yerisün. 

 

Söylə bu ləşkərə, incitməyələr, əmmə, məni, 



Verirəm, əmmə, qəsəm hörməti‐Zəhrayə səni, 

Batmayubdur babamun qanə əgər gül bədəni, 

Bu nə halətdi xiyam üstə ələmlər yerisün. 

 

Tökülüb xeymələrə ləşkəri‐küffar o zəman, 



Ravi söylər, ucalub ərşə o vəqt ahü fəğan, 

Yüz qoyub çöllərə ətfali‐Hüseyn naləkünan, 

Rahi‐səhranı dutub Ali‐Peyəmbər, yerisün. 

 

Əfrad 

 

Çü hökm olub soyalar Əhli‐Beyti‐Tahanı, 



O vəqt ki, zibh eyləyüblər Şəhi‐şəhidani. 

 

 



 


 

363 


 

Qoyubla qarətə yüz bihəya bu əhli‐zülam, 

Hüseyn hərəmlərini saldılar hərasə təmam. 

 

Görüb o halı o dəm Zeynəbi‐firiştəliqa, 



Dedi, kənarə durun, ey güruhi‐qövmi‐dəğa. 

 

Xiyamə gər qədəmin qoysa bir ləin bəşər, 



Yəqin bilün ki, yıxar ərşi Ali‐Peyğəmbər. 

 

Soyulmağımıza bu növ` ilə riza ollam, 



Hüseyn hərəmlərinün rəxtini özüm alam. 

 

Hüseyni‐təşnələbün qarət oldı hər malı, 



Əsiri‐Rumü Həbəştək soyuldı ətfalı. 

 

Hüseynə ağlamağun çox cəzası var, qardaş. 



Həmişə ağlagilən, tök yüzə gözindən yaş. 

 

Mən ağlaram bu Hüseynə, çün ağlayan yoxdı, 



Vücudi başdan‐əyağə cərahəti‐oxdı. 

 

Baqiyi‐növhə 

 

Dəstgir etdi ki, zülm ilə o naçarləri, 



Çəkələr qətlgəhə həsrəti‐didarləri, 

Qarətə getmiş idi xeyməvü xərgahləri, 

Nə rəvadur başaçux nazlı hərəmlər yerisün. 

 

Gərdişi‐çərxi‐fələk gər belə tapmışdı qərar, 



Dəstgir eyləyələr Zeynəbi ol ləşkər, zar, 

 

 




 

364 


 

Ali‐Peyğəmbər ola zülm ilə çün naqəsəvar, 

Şami‐şumə başaçıq Zeynəbi‐müztər yerisün. 

 

Bu müsibətdə, Xuda, şö`lələnüb yandı dilim, 



Ya Hüseyn, eylə nəsib qəbrüvə pərvanə olum, 

Ömr başə yetişüb rusiyəhəm, boşdur əlim, 

Nadimin zikri‐müsibət edüb əzbər, yerisün. 

 

Söylə, ey Bəşir 

 

Söylə, ey Bəşir, Kərbəlayə sən bu qətarı çək, Həq rizasinə, 



Əcri var, əlim gər Hüseynimün yetsə türbəti‐Kərbəlasinə. 

 

Bülbülani‐qəm yetsə şövq ilə dəşti‐Kərbəla gülüzarinə, 



Göz yaşı töküm, zülfümi sərim, qardaşım Hüseynün 

məzarinə, 

Xeyli vəqtidür qutəvər olub qəbri‐Şahi‐din qəm qübarinə, 

Ərbəinidür, əgləşəm gərək qəbri üstünə, qəm əzasinə. 

 

Can verən zəman Şahi‐məşriqeyn, başı üstə bir 



ağlayammadım, 

Başımı açub, zülfümi yolub, şur ilə cigər dağlayammadım, 

Dildə həsrətim qoydı Şimri‐dun, gözlərini bir 

bağlayammadım, 

Çün gözüm önündə kəsüb ədu, vırdılar başun öz cidasinə. 

 

Birbəbir bəyan eyləyim gərək Şahi‐Yəsribə ərzi‐halimi, 



Qarət eyləyən vəqtə əşqiya Kərbəladə cahü cəlalimi, 

Şimr ilə Sinan eylədi ziyad möhnətü qəmü dərd‐məlalimi, 

Bir əlilə can səbr edüb necə əşqiyalərün hər bəlasinə. 

 



 

365 


 

Qardaşım səri zibh olub əgər, mən də zülm əlilə soyulmuşam, 

Gah baş açub, gah ağlayub, sinəçak olub zülf yolmuşam, 

Nə`şi üstünə zülfümi sərüb, ağlayub o qədr yorulmuşam, 

Eylədim nəzər, bağrım oldı qan nizə zəxminə, ox yərasinə. 

 

Ərz edəm gərək, cövr ilə məni çəkdi Kufəyə ləşkəri‐inad, 



Bircə əhli‐din olmadı məgər, Ali‐Heydəri eyləsün azad,    

Bəzmi‐alidə tə`nə eylədi Ali‐Yasinə zadeyi‐Ziyad, 

Taridən həras etmədilə, çün əhli‐Kufənün, tuf həyasinə. 

 

Soldı zülm ilə qönçə güllərim, 



Qanə qərq olar sonra Əkbərim, 

Şamə çəkdilə bağlı qollarım, 

Xeyli zülm olub Ali‐Yasinə. 

 

Cari eylərəm əşki didədən, 



Həşrətək məni‐zarü qəmzədən, 

Ol Səkineyi‐zarü bivətən 

Öldi, ağlaram tazə yasinə. 

 

Ağla, Nadimi‐zarü bamühən, 



Zeynəb əşki‐qəm tökdi didədən,  

Kərbəlayə çək bu qətarı sən,  

Söylə, ey Bəşir, Həqq rizasinə. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə