Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə74/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   70   71   72   73   74   75   76   77   ...   144

 

366 


 

Şəhi‐dövran, oyan, qardaş 

 

Əsiri‐əşqiya oldum, 



Şəhi‐dövran, oyan, qardaş. 

Soyublar mə`cərü rəxtim, 

Bu qövmi‐kufəyan, qardaş. 

 

Çəməndə gülsifət soldum, 



Qəribü dəstgir oldum, 

Ağarmış zülfümi yoldum, 

Məni‐nalan, Hüseyn, qardaş. 

Nedim axır məni‐külbaş. 

 

Bu cismün xəncərə amac, 



Kəsik başun edər me`rac, 

Bacun bir mə`cərə möhtac, 

Edər əfğan, Hüseyn, qardaş, 

Nedim axır məni‐külbaş. 

  

O yanda xeymələr yandı, 



Bu yanda Əsğər oxlandı, 

Bacun Zeynəbün talandı, 

Qalub heyran, Hüseyn, qardaş, 

Nedim axır məni‐külbaş. 

 

Gözümdən rizeyi‐əlmas, 



Axar əşkim, dutubdur yas, 

Veribdür qollarun Əbbas, 

Sənə qurban, Hüseyn, qardaş, 

Nedim axır məni‐külbaş. 

 



 

367 


 

Əli Əkbər ölüb ətşan, 

Qoyub Leylanı sərgərdan, 

Yaralı cismüvə qurban 

Ola bu can, Hüseyn, qardaş, 

Nedim axır məni‐külbaş. 

 

Əlində oxlanub Əsğər, 



Olub laləsifət əhmər, 

Bu yanda Ali‐Peyğəmbər, 

Olub giryan, Hüseyn, qardaş, 

Nedim axır məni‐külbaş. 

 

Bu gün bəhri‐bəla daşdı, 



Müsibət həddən aşdı, 

Hərəmlər çöllərə qaşdı, 

Hərə bir yan, Hüseyn, qardaş, 

Nedim axır məni‐külbaş. 

 

Nə əqvamım, elim yoxdur, 



Çəməndə sünbülüm yoxdur, 

Deyəm qardaş, dilim yoxdur, 

Məhi‐taban, Hüseyn, qardaş, 

Nedim axır məni‐külbaş. 

  

Geyibdür Nadimin qarə, 



Qələm dəstində, dil parə, 

Qalub dünyadə avarə, 

Edər əfğan, Hüseyn, qardaş, 

Nedim axır məni‐külbaş. 

 

 

 



 

368 


 

Səd ah, ah bəradər, cövri‐zəman əlindən 

 

Səd ah, ah bəradər, cövri‐zəman əlindən, 



Zeynəbdə qalmayub can Şimrü Sinan əlindən. 

 

Şimr eylədi evimi viranə Kərbəladə, 



Əlvan edüblə cismün al qanə Kərbəladə, 

Getdi əsasü rəxtim talanə Kərbəladə, 

Eylüm nə çarə, qardaş, bu kufəyan əlindən? 

 

Gülzarımı bu çöldə soldurdı əhli‐kinə, 



Hər növ` qəm verüb yüz, bu bikəsü həzinə, 

Sölər, Əli bəradər, ağlar qızun Səkinə, 

Ömrüm tükəndi axır ahü fəğan əlindən. 

 

Göz yaşımı üzarə qıllam rəvanə, qardaş, 



Çünki batubdı cismün zülm ilə qanə, qardaş, 

Bilməm nə etmiş idim mən sarbanə, qardaş, 

Qət` oldı hər dü dəstün ol sarban əlindən. 

 

Yandırdı xeyməgahun bu əhli‐kinə narə, 



Çün gördü Əhli‐Beytün xeymə çəküb şərarə, 

Yeksər əsir əyalun düşdi, Hüseyn, fərarə, 

Talan olub əsasım bu şamyan əlindən. 

 

Şimri‐dəğa səni çün, ol vəqt yüz üstə saldı, 



Qarət edüb əsasun, əldən libasun aldı, 

Bimar Əli yetimün, yanan çadırda qaldı, 

Girdim oda, yapışdım o natəvan əlindən. 

 

 



 


 

369 


 

Zeynəb bacuvı qəlbün zülm ilə dağladılar, 

Görcək yaralı nə`şün ətfalun ağladılar, 

Nazlı hərəmlərüvi qol‐qola bağladılar, 

Bir kəs yox imdi dutsun mən bağrıqan əlindən. 

 

Olsa nə qədr həyatun, ağla Hüseynə, Nadim, 



Ləbtəşnə kəsdi başın çün əhli‐kinə, Nadim, 

Üqbadə yarun olsun Şahi‐Mədinə, Nadim, 

Gəlmə dilə cəhandə dərdi‐nihan əlindən. 

 

Zeynəb doyubdı canə 

 

Zeynəb doyubdı canə Şimrü Sinan əlindən, 



Hər ləhzə şikvə qıllam cövri‐zəman əlindən. 

 

Ol gündə keçdi sənsiz Ali‐Əba çırağı, 



Əhli‐cəfa sitəmlə çəkdi dağ üstə dağı, 

Məcruh edübdi qəlbim Əbbasın iştiyağı, 

Qan oldı könlüm axır dərdi‐nihan əlindən. 

 

Nari‐qəmə alışmış, çəkdi şərarə Leyla, 



Neytək nəvayə gəldi, ol bəxti qarə Leyla, 

Sənsiz, Əli, oğul, bəs etsün nə çarə Leyla, 

Yox busəgah yüzündə zəxmi‐sinan əlindən. 

 

Ali‐Əba yetişcək qolbağlı qətlgahə, 



Yüz verdi dərdü möhnət Külsumi‐bipənahə, 

Eylüb nigah baxardı gözyaşlı rəzmgahə, 

Qan oldı əşki‐çeşmi acı fəğan əlindən. 

 

 



 


 

370 


 

“Va möhnəta” deyərdi, yağmış mühən qəm üstə, 

Göz yaşını tökərdi, rüxsari‐pürnəm üstə, 

Düşdi güzarı axır, çün nəhri‐Əlqəm üstə, 

Gördi düşübdi bihiss Əbbasi qan əlindən. 

 

Ərz eylədi, bəradər, Əbbas, oyan, əmandur, 



Dildə fəğanü nalə, göz yaşımız rəvandur, 

Bu Nadimin həmişə, bu qəmdə növhəxandur, 

Şikvə edər həmişə cövri‐zəman əlindən. 

 

  Həzrət Zeynəbün dilindən 

 

Ey bəradər, Hüseyn, dur əyağə, 



Möhnətə giriftarəm, ağlaram. 

Dəstgir edüb əşqiya məni,  

Ruzigardə xarəm, ağlaram. 

 

Gülzardə güllərim solub,  



Qüssədən könül qan ilən dolub, 

Altı qardaşım təşnələb ölüb, 

Bir qəribü biyarəm, ağlaram. 

 

Əkbərim ölüb, ağlayar gözüm, 



Kəhrəbasifət soldı gül yüzüm, 

Lal olub dilim, qurtarub sözüm, 

Qarəpuş əzadarəm, ağlaram. 

 

Zibh edüb səni vermədilə su, 



Qan ilən bu gün eylədün vüzu, 

Xeyməgahımı yandurub ədu, 

Çün qəribü naçarəm, ağlaram. 



Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə