Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə71/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   67   68   69   70   71   72   73   74   ...   144

 

351 


 

Eşqün axırda çəküb, Şamə məni‐dərbədəri, 

Ağarub zülfüm, Hüseyn, daxili‐bazar olalı. 

 

Seydvəş saldı ədu damə məni, səbr elədim, 



Çəkdilər başım açux Şamə məni, səbr elədim, 

Gətdilər məclisi‐püramə məni, səbr elədim, 

Ali‐Taha  qəmü ənduhə pərəstar olalı. 

 

Salmısan



 yadə neçün Zeynəbi‐biyavəri sən? 

Bükdi sənsiz qədimi bu qəmü ənduhü mühən, 

Gah təsəlli verərəm itrəti‐Peyğəmbərə mən, 

Bu Səkinə gətirüb naləyə bimar olalı. 

 

Nadimi‐bikəsün əhvalın, Hüseyn, al nəzərə, 



Mərhəmət eylə bu məhzunü dili xuncigərə, 

Guşeyi‐çeşmilə bir eylə nəzər növhəgərə, 

Olmuşam zarü məlul, qəbrüvə zəvvar olalı. 

 

Ey verən bu səhradə təşnə can, xudahafiz 

 

Ey verən bu səhradə təşnə can, xudahafiz, 



Qüsli dəşti‐Minadə qan olan, xudahafiz. 

 

Bir oyan, Hüseyn, qardaş, Zeynəbün sənə qurban, 



Bu yaralı gül cismün qanuva olub əlvan, 

Gər mənim Hüseynimsən, dur, oturgilan bir an, 

Dur, mənlə ol bir də həmzəban, xudahafiz. 

 

 



                                                 

 Salmayırsan 




 

352 


 

Bu zəmini‐Minadə qəmlərim əyan oldı, 

Bacularuva, qardaş, Şimr pasiban oldı, 

Qafileyi‐qəm səmti‐Kufəyə rəvan oldı, 

Bəs hanı Ələmdari‐mehriban, xudahafiz. 

 

Zülm ilə dolub dəşti‐Kərbəla, Hüseyn, qardaş, 



Qanuva batub xaki‐Neynəva, Hüseyn, qardaş, 

Zeynəbi əsir eylüb əşqiya, Hüseyn, qardaş, 

Kufəyə rəvan oldı karivan, xudahafiz. 

 

Rəhm eylə, səni Tarı, Zeynəbi‐dilfikarə, 



Dur, bir et nəzər, qardaş, sən bu çeşmi‐xunbarə, 

Dəstgir olub Zeynəb imdi ceyşi‐küffarə, 

Dur, əlac eylə, qardaş, əl‐əman, xudahafiz. 

 

Zibh edüb səri‐pakun Şimri‐duni‐bədəxtər, 



Tökdi əhli‐İslamın başlarına xakistər, 

Çün əsir edüb, qardaş, Əhli‐Beytüvi ləşkər, 

Xun ilə dolan aç gözlərün, oyan, xudahafiz. 

 

Şahi‐din nə layiqdür qan içində xab etsün, 



Qətlinə Şəhi‐dinün Şimri‐dun şitab etsün, 

Həq o Şimri‐bidinün xanəsin xərab etsün, 

Ali‐Heydəri qodı

 biməkan, xudahafiz. 



 

                                Əfrad 

 

Dolandı Zeynəbi‐məhzun təmami‐meydanı, 



Çün axtarırdı o Şahi‐zəbihi‐ətşanı. 

                                                 

 Qoydu 



 

353 


 

Yetişdi bir yerə nagah, o Zeynəbi‐dilxun, 

Nə gördi, bir təni‐bisər düşüb yerə pürxun. 

 

Edüb nəzarə o cismə, o dilfikarü həzin, 



Yəqin oldı odur, qardaşı İmam Hüseyn. 

 

Dedi, cəfa ilə, ey cismi‐paki qanə hədəf, 



Səni qəsəm verürəm həqqi‐padşahi‐Nəcəf. 

 

Əzizi‐Fatiməsən, aç gözün, səni Tari, 



Yaralı hülqin öpüm, səndən ayrılım, bari. 

 

Əcəb fəraqun əlimdən qərarımı aldı, 



Biri‐birimizi görmək qiyamətə qaldı. 

 

Dəməşqə getməliyəm bir bölük əyalunilə, 



Əyağə dur, yola sal bacuvı bu halun ilə. 

 

Yanımda vardı bu sübhi yeddi qardaşım, 



Olub cəfa ilə imdi rəvanə göz yaşım. 

 

Nə edim ki, qoymurı Şimr, ağlayım doyunca sənə, 



Hənutü qüslü kəfən eyləyim bu gül bədənə. 

 

Yaralı nə`şünilə dur, otur, səni Tari, 



Bu qollarımı kəsik boynuva salım, bari. 

 

 



 


 

354 


 

Təmamiyi‐növhə 

 

Mən gələndə bu dəştə, çox cəlal ilən gəldim, 



Əkbər ilə Əbbasi‐məhcəmal ilən gəldim, 

Övnü Cə`fərü Qasimi‐növcəvan ilə gəldim, 

İmdi yox mənlə bir həmzəban, xudahafiz. 

 

Neyləyim, əlacım yox, qarət oldı əsasım, 



Nəhri‐Əlqəm üstündə doğranubdur Əbbasım, 

Öldı Övn ilə Cə`fər, öldi növcəvan Qasim, 

Qalmayublar olsunlar pasiban, xudahafiz. 

 

Bu qətari‐qəm əl`an, səmti‐Şamə azimdür, 



Bu solmuş ətfalə pasiban nə lazimdür, 

Pasibanımız, qardaş, imdi zəcri‐zalimdür, 

Gedirəm gözi yaşlı, bağrıqan, xudahafiz. 

 

Bir də mümkin olsa bu qəbrün üstünə gəlləm, 



Qəbrüvin, əxa, zülfümlə qübarını silləm, 

Yatmaram gecə‐gündüz, va əxa, deyüb ölləm, 

Ey gedən səri Şamə ərməğan, xudahafiz. 

 

Şimri‐bihəya verməz möhlət, ey Hüseyn, qardaş, 



Ağlayım sənə, bari, bir doyunca mən külbaş, 

Dəfnü kəfn edim, gözdən cari eyləyim qan‐yaş, 

Qüsl verməgə qoymaz kufəyan, xudahafiz. 

 

Ağlamaq mənə, qardaş, gərçi olmadı mümkin, 



Bu ümid ilə daim qəlbimə verim təskin, 

Şiələr sənə matəm saxlayub olar qəmgin, 

Nadimin olar hər il növhəxan, xudahafiz. 



 

355 


 

Sənün olsun 

 

Qardaş, boyanan qanuva meydan, sənün olsun, 



Qanə bələşən pirü cəvanan, sənün olsun. 

 

Mən getməliyəm Kufəvü Şamə, nigəranəm, 



Qardaş, bu zəman Kufəyə qolbağlı rəvanəm, 

Üdvanə əsirəm, qəm əlindən yarı canəm, 

Qan üstə, qurı yerdə yatan can sənün olsun. 

 

Bu silsileyi‐qəm düzülüb türfə nizamə, 



Çün oldı əsir Ali‐Əli ceyşi‐zülamə, 

Biz getməliyux Abidi‐bimar ilə Şamə, 

Əbbasi‐vəfapərvərü ətşan sənün olsun. 

 

Üryan dəvələr üstə bizi asiyi‐millət, 



Şamə çəkübən eyləyəcəklər min əziyyət, 

Mən səbr edərəm gər çəkim hər növ`i müsibət, 

Səbr eyləməgə cənnəti‐rizvan sənün olsun. 

 

Mehmandı sənə həsrətü nakam Əli Əkbər, 



Munisdi sənə Qasimü Əbbas ilə Əsğər, 

Mənlən gedəcək Şamə hamı nazlı hərəmlər, 

Bu nəhri‐Fərat üsti biyaban sənün olsun. 

 

Göz yaşımı mən cari edim ruyimə hər ruz, 



Hər şamü səhər ağlayuban, qoy, edim əfsus, 

Bu Ali‐Əba didəsi giryan, hamı mə`yus, 

Bular da mənim, Əsğəri‐nalan sənün olsun. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə