Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə79/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   75   76   77   78   79   80   81   82   ...   144

 

391 


 

Baqiyi‐növhə 

 

Yox bir kəsim, həmişə gəlləm fəğanə sənsiz, 



Getsən, əsir olaram Şimrü Sinanə sənsiz, 

Zeynəb kimi kim ağlar mən natəvanə sənsiz, 

Sənsiz olar həmişə virdm fəğan, bəradər. 

 

Zeynəb nə növ`i çəksün axır Səkinə nazın, 



Sənsiz çəkəmməz

 heç kəs, mahi‐Mədinə nazın, 



Getsən edəllə, qardaş, qan ilə dəstəmazın, 

Ali‐Əba qalallar biaşiyan, bəradər. 

 

Yox bir kəsim o vəqtə, qardaş, hərayə gəlsün, 



Sən ölməmiş dutum yas, biçarə Zeynəb ölsün, 

Olma riza sər açub Zeynəb başını yolsun, 

Qalmubdı məndə, vallah, tabü təvan, bəradər. 

 

Bəsdi mənə bu möhnət Əkbər batubdı qanə, 



Leyla geyübdi qarə, ağlar o növcəvanə, 

Qoyma məni dübarə gözyaşlı yanə‐yanə, 

Rə`na qədi edəllə sənsiz kəman, bəradər. 

 

Getsən, Hüseyn, bəradər, dözməm, dalınca gəlləm, 



Sən can verəndə mən də şur ilə zülfi yollam, 

Sədparə nə`şün üstə zülfümi sayə sallam, 

Olmaz o vəqti məndə çün sariban, bəradər. 

 

Qəmdən doyubdı canə bu bəxti qarə Nadim, 



Dərdə, qəmə tapılmaz dünyadə çarə, Nadim, 

Şeşguşə qəbrün alsa bir də kənarə Nadim, 

Zeynəb dilincə söylər, ey mehriban bəradər. 

                                                 

 Çəkə bilməz 




 

392 


 

Həzrət Zeynəb və İmam Hüseyn (ə) dilindən 

 

Söylə, Hüseyn, qardaş, görək, sənsiz kimim vardur mənim? 



Yıxdı evimi bu fələk, sənsiz kimim vardur mənim. 

 

Mən binti‐Zəhra, əmmeyi‐Əkbər deyəllə adimə, 



Sənsiz yuxı gəlməz, Hüseyn, bu dideyi‐naşadimə, 

Sən də əgər getsən əlimdən, kim yetər imdadimə, 

Əhvalimə əncam çək, sənsiz kimim vardur mənim. 

 

Gəlmə fəğanə, səbr elə, ey bikəsü müztər, bacı, 



Axır mübariz istəyür bu zalimü kafər, bacı, 

Ənsar yox, əsbab yox, yox Qasimü Əkbər, bacı, 

Səbr et qəzayə Zeynəbim, biçarə xahər, ağlama. 

 

Sənsiz, Hüseyn, qardaş, buyur, mən bəxti qarə neyləyim, 



Gül cismüvi ədulər etsə parə‐parə, neyləyim, 

Od vırsa ədu, xeymələr çəksə şərarə, neyləyim, 

Qardaş, bizi bir yanə çək, sənsiz kimim vardur mənim. 

 

Ruzi olubdur göz yaşım hər vəqt əfğan eylərəm, 



Qardaş deyüb, əfğan edüb, bu mülki al qan eylərəm, 

Sənsiz fəna dünyadə mən cahü cəlalı neylərəm, 

Yıxdı evimi bu fələk, sənsiz kimim vardur mənim. 

 

Kərbübəlanın toprağı məmlüvv olar al qanimə, 



Qanlı yüzüm öz canımı bəzl eylərəm Cananimə, 

Gər xeyzəran vırsa, Yəzidi‐bihəya dəndanimə, 

Səbr et qəzayə, Zeynəbi‐biçarə, xahər ağlama. 

 

 



 


 

393 


 

Gər naümidəm candan, səndən fəqət can istərəm, 

Mən Nadiməm, şeşguşə qəbrin vəslin hər an istərəm, 

Səndən rəzalət dərdinə gözyaşlı dərman istərəm, 

Yıxdı evimi bu fələk, sənsiz kimim vardur mənim. 

 

  İmam Həsən (ə) növhəsi 

 

Ləbləründə bu nə qandur belə, qurbanun olum, 



Haluvı eylə bəyan, gəl dilə, qurbanun olum. 

Can belə qurbanun olum. 

 

Bu nə möhnətdi ki, mən özgə bir halət görürəm, 



Ləbi‐gül bir gün edüb qan ilə ülfət görürəm, 

Qətlüvə yoxsa ədu tapdıla fürsət, görürəm, 

Ağlayub eyləsün əfğan belə, qurbanun olum. 

Can belə qurbanun olum. 

 

Yoxsa kim, zəhr verüblər, cigərün parələnüb, 



Zeynəbi‐qəmzədənün başına küllər ələnüb, 

Bu nə halətdi ki, qardaş, dodağun parələnüb, 

Düşüsən



 quş kimin əldən‐ələ, qurbanun olum. 



Can belə qurbanun olum. 

  

Evimi kim yıxub, axır səni bu halə salub, 



Əxi, zəhrün əsəri taqətüvi əldən alub, 

Ləblərün parələnüb, qan tökülüb, təşt dolub, 

Sənə kim zəhr veribdür, sölə, qurbanun olum. 

Can belə qurbanun olum. 

 

                                                 



 Düşürsən 




 

394 


 

Çün yəqin oldı qəra üstə qəra bağlamağım, 

“Va Həsən” söyləyübən illər ilən ağlamağım, 

Baş açub, zülf yolub, bir də cigər dağlamağım, 

Gözümün yaşı dönübdür selə, qurbanun olum. 

Can belə qurbanun olum. 

  

Rəngüvi halbəhal eylüri



 zəhrün əsəri, 

Səfheyi‐ruyimə çeşmim tökər əşki‐bəsəri, 

Qoydı başsız, de görüm, hansı ləin şiələri? 

Əl tapub xar çəməndə gülə, qurbanun olum. 

Can belə qurbanun olum. 

 

Hansı zalim elədi Nadimi‐dilparə məni, 



Eylədi həsrəti‐qardaş, qoyub avarə məni, 

Şərəri‐firqət, əxa, yandıracaq narə məni, 

Əzmi‐rizvan eləmə, səbr elə, qurbanun olum. 

Can belə qurbanun olum. 

 

Həzrət Zeynəb dilindən Hindəyə xitabən 

 

Mənə etcək nəzər, etdün neçün ahü fəğan, Hində, 



Mənəm axtardığun Zeynəb, olub qəddim kəman, Hində. 

 

Verəndə Kufədə can, Heydərün mən bağladım çeşmin, 



Tökərdi Müctəbanun nə`şün üstə gözlərim əşkin, 

Hüseynimlə həmişə mən verərdim qəlbimə təskin, 

Onı da aldılar əldən bu ceyşi‐kufəyan, Hində. 

 

 



                                                 

 Eyləyir 




 

395 


 

Yəqin etsən kiməm mən, bil, mənəm bixaniman Zeynəb, 

Hüseynün nə`şün üstündə edən ahü fəğan Zeynəb, 

Əzəl xatun idim, imdi əsirəm, biməkan Zeynəb, 

Ölübdür yeddi qardaşım, olub qəddim kəman, Hində. 

 

Hüseynim təşnə can verdi, əlimdən izzətim getdi, 



Talandı xeymələr yandı, əsasım, şövkətim getdi, 

Əbülfəzlim zəbun oldı, əlimdən qüdrətim getdi, 

Əsiri‐ruzigar eylüb məni cövri‐zəman, Hində. 

 

Əli Əkbər ölüb ətşan, qoyub Leylanı sərgərdan, 



Xizab eylübdi qan cismin, anası eyləyür əfğan, 

Minayi‐Kərbəladə zibh olub yetmiş iki qurban, 

Qoluma vırdılar zəncir mənim Şimrü Sinan, Hində. 

 

Bu qədri bil ki, aləmdə əzizlik günlərim getdi, 



Əzəl xatun idim, imdi əsir oldum, zərim getdi, 

Boyandı qaninə, Övn ilə Fəzlü Cə`fərim getdi, 

Xərabə guşəsində oldum imdi növhəxan, Hində. 

 

Əfrad 

 

Əziz idim, vəli imdi əsirü xar oldum, 



Hüseynim öldi, qəmü möhnətə düçar oldum. 

 

Minayi‐Kərbübəla içrə güllərim soldı, 



Cənab Qasimimün toy təbağı qan oldı. 

 

Əliyyü Əkbəri‐nakamı öldürüb düşmən, 



Zəmanədə başım olmaz bəladən heç eymən. 

 



Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə