Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə76/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   72   73   74   75   76   77   78   79   ...   144

 

376 


 

  Cənab Zeynəb dilindən 

 

Gözlərim sənsiz tökər rüxsarimə qan‐yaş, Hüseyn, 



Mən necə Şamə gedim baş açux, qardaş, Hüseyn? 

 

Mə`cərin möhtaciyəm, bais budur talanmışam, 



Xeyməgahun odlananda mən baxub odlanmışam, 

Qalmayub tabü təvanım, nari‐hicrə yanmışam, 

Kufəyə ə`da qolum bağlı çəkür birbaş, Hüseyn. 

 

Hər bəla çəksəm sənün eşqündə rahətdür mənə, 



Pa‐piyadə Kufəyə getsəm, səadətdür mənə, 

Kərbəla övzaini görmək qiyamətdür mənə, 

Sinsidir

 Ali‐Əbanı qan tökən fərraş, Hüseyn. 



 

Rəhm edən yox sənsiz, ey qardaş, bu Ali‐Heydərə, 

Qalmayub bir qəmküsar bu itrəti‐Peyğəmbərə, 

Danələndi birbəbir əhlün, dağıldı çöllərə, 

Xakə yeksan oldılar çün daneyi‐xaşxaş, Hüseyn. 

 

Dəstgirəm, bağlıyam zəncirə, xarəm, neyləyim, 



Altı qardaşım ölüb, biqəmküsarəm, neyləyim, 

Seydtək seyd olmuşam, Şimrə düçarəm, neyləyim, 

Başimə saldı mənim cövri‐zəmanə daş, Hüseyn. 

 

Çox çətindür, bacun ölsün, mən görüm bisər səni, 



Xaki‐xun üstə susuz üryan salub ləşkər səni, 

Sayəbürd eylüm, başımda yoxdı bir mə`cər, səni, 

Başuva göz yaşımı, qoy eyləyim, şabaş, Hüseyn. 

                                                 

 İncidir 




 

377 


 

Əsli mə`nadə yəqin arami‐canımsan mənim, 

İmtəhanə çəksələr, sən imtəhanımsan mənim, 

Bu yaralı can ilən sirri‐nihanımsan mənim, 

Eyləyim qoy imdi mən sirri‐nihanı faş, Hüseyn. 

 

Sənlə mən əhd etmişəm hər möhnətə səbr eyləyim, 



Vəslimiz cövr ilə dönsə firqətə, səbr eyləyim, 

Gər başun getsə tənuri‐xəlvətə, səbr eyləyim, 

Başun olsa deyrdə deyraniyə yoldaş, Hüseyn. 

 

Ali‐Tahayə, Hüseyn, düşmənlər oldı pasiban, 



Başaçıx başun dalınca Şamətək oldux rəvan, 

Mən necə səbr eyləyim, görsəm ləbündə xeyzəran, 

Bacun ölsün, mən əzəl gündən öleydim kaş, Hüseyn. 

 

Yox dəxi bir dadxahım, zarü biyar olmuşam, 



Möhnətü qəmdən cəhanda çeşmi‐xunbar olmuşam, 

Nadimi‐biçarəyəm, göz yaşıtək xar olmuşam, 

Gözlərim daim tökər rüxsarimə qan‐yaş, Hüseyn. 

 

Kərbəlayə azim oldı Şamdən qətari‐Zeynəb 

 

Kərbəlayə azim oldı Şamdən qətari‐Zeynəb,  



Getdi tazədən əlindən səbrü ixtiyari‐Zeynəb. 

 

Naqə üstə eyləyərdi sübhü şami təyyi‐rahil, 



Arizuyi‐bişümarə oldı Əhli‐Beytə hasil, 

Katibi‐qəza yazubdur səhl ola vüsali‐müşkil, 

Tazədən ola münəvvər tirə ruzigari‐Zeynəb. 

 

 



 


 

378 


 

Karivani‐qəm yetişdi bir zəman səri‐dürahə, 

Söyləyüb Bəşiri‐Həzləm Əhli‐Beyti‐bipənahə, 

Zeynəbə deyün, çəkim mən bu qətarı hansı rahə?  

Söylədi, gərək keçilsün Kərbəlayə sarı, Zeynəb. 

 

Çəkdi çün Bəşiri‐məhzun Kərbəlayə qəm qətarın, 



Neytək Əhli‐Beyti‐nalan arturubdı ahü zarın, 

Ah, o vəqt tapdı Zeynəb qardaşı Hüseyn məzarın, 

Topraq üstə sərdi zülfün, görcək ol məzarı Zeynəb. 

 

Söylədi, Hüseyn, bəradər, toz basub neçün məzarun? 



Şami‐şumdən gəlüblər bəxti qarə bacularun, 

Söylə bir, görüm, Hüseyncan, yaxşıdırmı yaralarun? 

Səndən ayrılan zəmandan qaldı intizar Zeynəb. 

 

Səndən ayrılan zəmanı, sinə dağlayammadım mən, 



Baş açub cənazən üstə, qardaş, ağlayammadım mən, 

Gözlərüvi can verəndə, barı, bağlayammadım mən, 

Ağlar hər zəman bu qəmdə qəlbi tarümar Zeynəb. 

 

Şikvə qıllam hər zəman mən Şimr ilə Sinan əlindən, 



Qanə döndi əşki‐didəm möhnəti‐nihan əlindən, 

Gahi şikvə eylərəm birəhm sariban əlindən, 

Sənsiz, ey Hüseyn, bəradər, gəzdi hər diyari Zeynəb. 

 

Gah kəsik başun cidadə gördüm, ağlamaqdan öldüm, 



Nə`şün üstə növhə eylüb şur ilə sərimi yoldum, 

Gəh başun dalınca, qardaş, məclisi‐Yəzidə gəldim, 

Hər bəlayə dözdi sənlən çeşmi əşkibari‐Zeynəb. 

 

 



 


 

379 


 

        Əfrad 

 

Kəsəndə Şimr başun ağlayammadım, qardaş, 



Verəndə can, gözüvi bağlayammadım, qardaş. 

 

Yəqin eylə ki, sənsiz dəxi yüzüm gülməz, 



Qəribü xuncigərəm, kimsə halımı bilməz. 

 

Səkinəni xəbər alsan, məni salub dərdə, 



Ölübdi ac‐susuz, can verüb qurı yerdə. 

 

Qərib idi, yanına nə gəlüb‐gedən oldı, 



Nə bir xişü nə qəbilə, nə dəfn edən oldı. 

 

Təmamiyi‐növhə 

 

Gər Səkinəni soruşsan, bax, Hüseyn, bu rəngi‐zərdə, 



Qoymayubdı can, görürsən, mən qəribü dərbədərdə, 

Qolda ip, boyunda zəncir, can verüb xərabələrdə, 

Cövr ilə dönüb xəzanə Şamdə bəhari‐Zeynəb. 

 

Ağla Zeynəbün dilincə, söylə bəxti qarə Nadim, 



Ağlamaq səni yetirsün bəlkə vəsli‐yarə, Nadim, 

Yaz bu beyti sən mükərrər zikr elə dübarə, Nadim,  

Kərbəlayə azim oldı Şamdən qətari‐Zeynəb.  

 

 



 


 

380 


 

Kərbəlayə azim oldı Şamdən qətari‐Zeynəb 

 

Kərbəlayə azim oldı Şamdən qətari‐Zeynəb,



 

Çün gedüb dübarə əldən səbrü ixtiyari‐Zeynəb. 



 

Ali‐Müstəfa çəküblə Şamdə zibəs şəmatət, 

Müjdeyi‐vüsali‐canan aldı banuvani‐möhnət, 

Şamdə Səkinə qəbrün bir də eylədi ziyarət, 

Azimi‐Əraq olubdur qəlbi tarümar Zeynəb. 

 

Vəsl üçün çün Ali‐Taha eyləyərdi təyyi‐mənzil, 



Sübhi‐ərbəin olubdur arizuyi‐mətləb hasil, 

Türbəti‐Hüseynə yetcək gəldi niskil üstə niskil, 

Gəldi ney kimin nəvayə çeşmi‐əşkibari‐Zeynəb. 

 

Qəbri‐Şahi‐dinə Zeynəb çün döşəndi misli‐sayə, 



Tökdi göz yaşın üzarə, gəldi ney kimin nəvayə, 

Söylədi, Hüseyn, bəradər, lə`nət olsun əşqiyayə, 

Sənsiz oldı bu cəhanda tirə ruzigari‐Zeynəb. 

 

Mən gedəndə Şamə, gördüm yerdə parə‐parə cismün, 



Etmədim doyunca nalə, almadım kənarə cismün, 

Mümkin olmadı qoyaydım qüsl edüb məzarə cismün, 

Çünki qalmamışdı əldə, qardaş, ixtiyari‐Zeynəb. 

 

Zeynəbün neçün bəs ölməz, toz basub, Hüseyn, məzarun, 



Bəs nə növ`idür, Hüseyncan, söylə, bari, yaralarun, 

 

 



                                                 

 Beyt təkrardır.  




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə