Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə72/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   68   69   70   71   72   73   74   75   ...   144

 

356 


 

Əfrad 

 

Diyari‐Şamə məni əhli‐kin çəkər, qardaş, 



Yoxımdı dadrəsim imdi bir nəfər, qardaş. 

 

Bu Kərbəla çölini tapşurub sənə gedərəm, 



Kəramət et, məni dindir, sən imdi kani‐kərəm. 

 

Yanında saxlagilən Əkbər ilə Qasimi sən, 



Səkinəni alaram yanıma xərabədə mən. 

 

Yanında saxlagilən sən vəfalı Əbbası, 



Ölüncə mən ona Külsum ilə dutum yası. 

 

Təmamiyi‐növhə 

 

Leylayi‐cigərsuzi, Hüseyn, ver mənə yoldaş, 



Viraneyi‐Şam içrə mən ilə açacaq baş, 

Munis olu viranələr içrə mənə, qardaş, 

Yetmiş birədək qanına qəltan sənün olsun. 

 

Bu əlsiz‐ayaqsızlar ilə eylərəm ülfət, 



Gər başımıza töksələr hər növ`i müsibət, 

Saxlar bu hərəm qafiləsin Zeynəb əmanət, 

Ol Qasimi‐şəhzadeyi‐ətşan sənün olsun. 

 

Cəddün kimi başun eləyər nizədə me`rac, 



Gülgun bədənün xəncərü şəmşir ilə tarac, 

Mən Şamı gəzim başım açux, mə`cərə möhtac, 

Balış yerinə xari‐müğilan sənün olsun. 

 



 

357 


 

Əhli‐hərəmi Şimr düzər türfə nizamə, 

Qolbağlı, zəlilanə çəkər kuçeyi‐Şamə, 

Şam əhli təmaşayə çıxar qürfəvü bamə, 

Mən səbr elərəm, qanlı bu meydan sənün olsun. 

 

Nadim eləyər ruyinə göz yaşını cari, 



Növhə eləyər, ağlayar hər leylü nəhari, 

Məhşər günü əfv et onı bu Zeynəbə, bari, 

Eyvani‐təladə o nəvaxan sənün olsun. 

 

Həzrət Zeynəblə İmam Hüseyn (ə)‐ın dilindən 

 

Axır nə qədər əşk töküm gül yüzə, qardaş, 



Sən ölsən, edər kufi şəmatət bizə, qardaş. 

 

Bir saxla atun, var sənə bircə sözüm axır, 



Hicranuva illərlə nə növ`i dözüm axır? 

Qoy, faş eləyim, bari, bu sirri özüm axır, 

Vəslün olumı

 ruzi dübarə bizə, qardaş. 



 

Biçarə, əziz günlərüviz axıra yetdi, 

Qəm başdan aşub, dərdü bəla həddidən ötdi, 

Əkbər balam öz qanını topraqlarə qatdı, 

Asudəlik olmaz sizə bundan belə, Zeynəb. 

 

Qardaş, elə öz rə`yüvi e`lan məni‐zarə, 



Bu xeymələrə bir də gələrsənmi dübarə? 

Sən gəlməsən, axır nə edim mən güni qarə, 

Müşkildi əlin Zeynəb əlindən üzə, qardaş. 

                                                 

 Olurmı 



 

358 


 

Yox bir də güman, bikəs Hüseynün gələ, baci, 

Gözlər yolumı Şimr, tiküb göz yola, baci, 

Hifz eyləsün Allah sizi bundan belə, baci, 

Ə`da başımı tapşurur əldən‐ələ, Zeynəb. 

 

İmdi ki, məni yandıracaq nari‐fəraqun, 



Zülm ilə kəsər xeymədən ə`dalər əyağun, 

Qoy, batmamış al qanə, öpüm qönçə dodağun, 

Tuş olmamış ol Şimri‐şəqi dinsizə, qardaş. 

 

Qol boynuma sal, bacı, məni eylə ziyarət, 



Zeynəb, sən ilə eyləyər ənduhü qəm ülfət, 

Gər əhli‐cəfa eyləsələr xeyməni qarət, 

Səbr eyləgilən, gəlmə heç əslən dilə, Zeynəb. 

 

Əkbər qəmi, qardaş, belüvi bükdi, xəm etdi, 



Ə`da sənə hər cövrü cəfavü sitəm etdi, 

Ənduhü mühən, qardaş, Hüseyn, həddidən ötdi, 

Qoydı fələk axır gözüm həsrət sizə, qardaş. 

 

Əfrad 

 

Yəqinim oldı bu gündən belə yüzüm gülməz, 



Gedənlərim, görürəm, bir də xeyməyə gəlməz. 

 

Günüm qəra, işim əfğan, tökər gözüm qan‐yaş, 



Buyur, görüm, gələcəksənmi xeyməyə, qardaş? 

 

 



 


 

359 


 

Doyunca eylə vida zarü bəxti qarə məni, 

Olur ki, görməsən

 hərgiz, bacı, dübarə məni. 



 

Qılıclar ilə məni parə‐parə doğrallar, 

Mənim bu halətimə əhli‐kinə ağlallar. 

 

Sutək edəllə susuz qanımı rəvanə, bacı, 



Xizab olar bədənim zülm əlilə qanə, bacı. 

 

Bacı, cəfa oduna odlananda xeymələrim, 



Qoyalla çöllərə yüz Əhli‐Beyti‐dərbədərim. 

 

Əsir əyalımı yığ birbəbir yanan çadıra, 



Səğir uşaxlarıma qoyma Şimr sili vıra. 

 

Çox ağlayanda, bacı, başlarunı al dizüvə, 



Özün də ağlama çox, ver təsəllini özüvə. 

 

Təmamiyi‐növhə 

 

Səbr eyləgilən növhə edüb, ağlama, baci, 



Göz yaşı töküb qəlbimi çox dağlama, baci, 

Vəqtim keçüb axır bu qədər saxlama, baci, 

Kamınca məni eylə vida, sal yola, Zeynəb. 

 

Qardaş, sənə qoy ərz eləyim cani‐kəlami, 



Bu övrət‐uşaxlar səni gözləllə təmami, 

Sayəndə sənün sayələnüblər bular hami, 

Tikmiş hamısı göz bu saralmış yüzə, qardaş. 

                                                 

 Görməzsən 




 

360 


 

Hər bəzmi‐əzadə tök üzə göz yaşı, Nadim, 

Yansun gərək ənduh ilə qəlbün başı, Nadim, 

Çün Zeynəbə söylərdi Hüseyn qardaşı, Nadim, 

Asudəlik olmaz sizə bundan belə, Zeynəb. 

 

Bisər yaralı 

 

De, düşən gül bədəni zülm ilə bisər yaralı, 



Sənə qurban ola bu Zeynəbi‐müztər, yaralı. 

 

Səni kim aldı əlimdən mənim, ey kani‐kərəm, 



Cismi‐məcruhüvi sədparə salub qövmi‐züləm, 

Üstümə oldı hücumavər, əxa, möhnətü qəm, 

Ağlaram həşrə kimin mən sənə illər, yaralı. 

 

Sən öləndən sora qarət olunub xeymələrün, 



Baş açub zülf yolar xahəri‐xundidələrün, 

Gəlməz heç həddi‐şümarə, baxıram, yarələrün, 

Yaralı başı verən nizəyə zivər, yaralı. 

 

Cismi‐məcruhüvi görcək, məni qəm etdi kəbab, 



Batub ağ səqqalun öz qanun ilə misli‐xizab, 

Bəs neçün eyləmədi Şimr, Peyəmbərdən hicab, 

Başuvi kəsdi susuz Şimri‐sitəmkər, yaralı. 

 

Sərüvi Şimr xizab eylədi al qanə susuz, 



Zinət oldı bədənün ərseyi‐meydanə susuz, 

Canuvı bəzl elədün şövq ilə cananə susuz, 

Gözləyür imdi yolun Saqiyi‐Kövsər, yaralı. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə