Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə70/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   66   67   68   69   70   71   72   73   ...   144

 

346 


 

Gəl, Zeynəbi‐biçarə dilincə dilə, Nadim, 

Bu peykəri sədparələri dəfn edən olmaz. 

 

  Bu qəlbi viran Zeynəbün 

 

Ya ana, ya Fatimə, gəldi pərişan Zeynəbün, 



Kufəvü Şamı gəzən qolbağlı giryan Zeynəbün. 

Bu qəlbi viran Zeynəbün.  

 

Ayrılan vəqtimdə səndən çox cəlalım var idi, 



Azuqəm, rəxtim, əcəb malü mənalım var idi, 

Övnü Fəzlü Cə`fərim, hər qəmküsarım var idi, 

İmdi, gör, nə halə qalmış xanəviran Zeynəbün. 

Bu qəlbi viran Zeynəbün.  

 

Köç edəndə sağ tərəfdə Əkbər eylərdi xüram, 



Ali‐Haşim dövrəmi almışdılar yeksər təmam, 

İzzətim, rəxtim, hüzurimdə kəniz ilə qulam, 

Gör, necə kari olubdur imdi əfğan Zeynəbün. 

Bu qəlbi viran Zeynəbün. 

 

Qoymadı Kərbübəladə nuri‐eynün məndə tab, 



Başınun qanilə səqqalun Hüseyn eylüb xizab, 

Gər xəbər alsan Hüseyni, mən, ana, verrəm cəvab, 

Nə`şün üstə getdi gördi cismün üryan, Zeynəbün. 

Bu qəlbi viran Zeynəbün. 

 

Qolların eylüb qələm öldürdülər Əbbasimi, 



Həsrətü nakam ədu zibh etdi ətşan Qasimi, 

Tökdülər yas üstünə əhli‐cəfalər yasimi, 

Baş açub, zülfün yolub oldı nəvaxan Zeynəbün. 

Bu qəlbi viran Zeynəbün. 




 

347 


 

Yeddi qardaş nə`şi üstə baş açub etdim fəğan, 

Xeyməgahi yandıranda nari‐zülmə kufəyan, 

Möhnəti‐qəmdən, ana, sərvi‐qədim oldı kəman, 

Soydular ə`da libasın zarü giryan Zeynəbün. 

Bu qəlbi viran Zeynəbün. 

 

Şami‐şumə başaçux çəkdi bizi əhli‐inad, 



Zeynəbi‐biçarəyə tə`nə edüb ibni‐Ziyad, 

Şamdə viranədə heç kəs bizi etməzdi yad, 

Ağlamaqdan göz yaşı olmuşdı al qan Zeynəbün. 

Bu qəlbi viran Zeynəbün. 

 

Bil bu qədr, ey ana, biyarü yavər gəlmişəm, 



Kərbəladə qoymışam yeddi bəradər gəlmişəm, 

Var nə Əbbasü Hüseyn, Qasim nə Əkbər gəlmişəm, 

Baş gətür bir qəbrdən, dindir hərasan Zeynəbün. 

Bu qəlbi viran Zeynəbün. 

 

Kərbəladə Şimri‐dun kəsdi Hüseynün başını, 



Qəlbimə vırdı ədu büğz ilə möhnət daşını, 

Zeynəbün zülfün yolub, tökdi yüzə göz yaşını, 

Zülfi‐mişkini ağardı, oldı nalan Zeynəbün. 

Bu qəlbi viran Zeynəbün. 

 

Barilahə, təng dutma ruzgarun Nadimün, 



Şövqi‐vəslün çün alub əldən qərarun Nadimün, 

Qismət et, şövt eyləsün Zəhra məzarun Nadimün, 

Qəbrini eylüm təvaf ol zarü giryan Zeynəbün. 

Bu qəlbi viran Zeynəbün. 

 

 

 



 

348 


 

Yaralı, yaralı 

 

Ey cismi bidəfnü kəfən yaralı, yaralı, 



Ey sərvəri‐gülpirəhən yaralı, yaralı. 

 

Ənsaruvi ə`da əldən alublar, alublar, 



Gül cismüvi topraqlara salublar, salublar, 

Ali‐Əba gözi yaşlı qalublar, qalublar, 

Bir çarə et, Şahi‐zəmən yaralı, yaralı. 

 

Neyləyim, yox ixtiyar əlimdə, əlimdə, 



Əzbər olub “va möhnəta” dilimdə, dilimdə, 

Qanə batdım qardaşlarım, elimdə, elimdə, 

Əsir oldum mən bivətən yaralı, yaralı. 

 

Səngi‐cəfayə tuş olub vuruldum, vuruldum, 



Nə`ş üstə baş açub, yoruldum, yoruldum, 

Rumü Həbəş əsiritək soyuldum, soyuldum, 

Dildən məni saldı mühən yaralı, yaralı. 

 

Şö`lə çəküb xeymələrim odlandı, odlandı, 



Soyuldı itrətim, xeyməm talandı, talandı, 

Qollarımız tənab ilən bağlandı, bağlandı, 

Oldı xəzan mihəni‐çəmən yaralı, yaralı. 

 

Gəlməz şümarə gül cismivün yarası, yarası, 



Zeynəb yaralı nə`şüvün fədası, fədası, 

Ərşə çıxub “va möhnəta” sədası, sədası, 

Yox cismüvi bir dəfn edən yaralı, yaralı. 

 

 



 


 

349 


 

Bisər yüzi üstə nə`şün salublar, salublar, 

Ə`da libasuvı təndən soyublar, soyublar, 

Övladi‐Müstəfa bisər qalublar, qalublar, 

Yoxdur bir himayət edən yaralı, yaralı. 

 

Sən öldün üstümə qəmlər töküldi, töküldi, 



Müsibətdən rə`na qəddim büküldi, büküldi, 

Qətarımız Şamə tərəf çəkildi, çəkildi, 

Bir Zeynəbün dindirgilən yaralı, yaralı. 

 

Nadim şivən səsin salub səmayə, səmayə, 



Əldə qələm gəlüb şurü nəvayə, nəvayə, 

Zair olmaq istər Kərbübəlayə, Kərbübəlayə, 

Ey sərvəri‐gülpirahən yaralı, yaralı. 

 

Əfrad 

 

Rəhm et, əmandı, bikəsü biyarə, ya Hüseyn, 



Bir baxgilən bu Zeynəbi‐naçarə, ya Hüseyn. 

 

Sənsiz nə növ`i səbr eləyim dərdi‐möhnətə, 



Qoyma əyaluvi belə avarə, ya Hüseyn. 

 

Bu çöldə bircə sənsən həvadarı Zeynəbün, 



Getmə, bu cismüvə yetüşər yarə, ya Hüseyn. 

 

Getdi bu rəzmgahə Əbülfəzl, gəlmədi, 



Oldı şəhid o sərvəri‐məhparə, ya Hüseyn. 

 

Hicri o sərvərün eləyüb qəddimi kəman, 



Külsum qalubdı həsrət o sərdarə, ya Hüseyn. 


 

350 


 

Qıldun Mədinədən məni avarəvətən, 

Etdün bu qəmli Zeynəbi avarə, ya Hüseyn. 

 

Rəngi uşaxlarun saralub kəhrəba kimin, 



Bir baxgilən Səkineyi‐naçarə, ya Hüseyn. 

 

Nadim qələm əlində edər nalə hər zəman, 



Göz yaşı çıxdı qüssədən aşkarə, ya Hüseyn. 

 

 Göz yaşım qanə dönüb 

 

Göz yaşım qanə dönüb həsrəti‐didar olalı, 



Ey Hüseyn, qardaş, üzün qan ilə gülnar olalı. 

 

Kəsilən vəqtə başun, xeymələrim yandı mənim, 



Qardaş, ol halı görüb, qəlbim alovlandı mənim, 

Sən ölən gündən, Hüseyn, adətim əfğandı mənim, 

Pasiban Zeynəbi‐biçarəyə əğyar olalı. 

 

Başun üstə baş açub, gahi cigər dağlamışam, 



Gahi üryan bədənün yerdə görüb ağlamışam, 

Qan çəkən gözlərüvi zülfüm ilə bağlamışam, 

Yanmışam hicr oduna hicrə giriftar olalı. 

 

Mindirüb sənsiz ədu naqeyi‐üryanə məni, 



Qolı bağlı, başaçux, çəkdilə hər yanə məni, 

Saldı eşqün sənün, axırda biyabanə məni, 

Halımı bir soruşan yoxdı belə xar olalı. 

 

Eşqün avarə edüb Zeynəbi‐xunincigəri, 



Gah gəzüb Kufədə gözyaşlı bacun kuçələri, 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə