Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə66/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   62   63   64   65   66   67   68   69   ...   144

 

326 


 

  Bu kufəyan əlindən 

 

Bu kufəyan əlindən səd ah, ah, bəradər, 



Ağlar bu macərayə mehr ilə mah, bəradər. 

 

Ey xaki‐xun içində üryan qalan, yaralı, 



Şimrü Sinan əlində ətşan ölən, yaralı, 

Gəl, qardaşım Hüseyncan, ey bivətən, yaralı, 

Səbrim tükəndi dillən, ey padşah, bəradər. 

 

Dindir məni, əmandur, sən mayeyi‐qəmimsən, 



Qəmgin günümdə yarım, qəmxarım, həmdəmimsən, 

Yasə batubdı Zeynəb, sən ümdə matəmimsən, 

Qarət olub cəlalun, yəğmadı cah, bəradər. 

 

Verrəm səlam, neçün pəs rədd etmisən



 səlamım, 

Qardaş, sözüm qutardı, qət` oldı hər kəlamım, 

Bundan ziyadə yoxdur səbr etməgə təvanım, 

Səbr eyləyim nə növ`i mən bipənah, bəradər. 

 

Qardaş, təkəllüm eylə, dindir bu natəvanı, 



Övc eylər ərşə şəksiz, mən bikəsün fəğanı, 

Bu Zeynəbün yanubdur bülbültək aşiyanı, 

Eylüm nə çarə bəs mən bidadxah, bəradər. 

 

Zülm ilə əhli‐kinə mən zarı saldı dildən, 



Talandı xeyməgahım, yandırdı narə düşmən, 

Axır başım bəladən bir ləhzə olmaz eymən, 

Yandı gözüm önündə çün xeyməgah, bəradər. 

                                                 

 Etmirsən 




 

327 


 

Bisər salubla cismün toprağə parə‐parə, 

Verməzlə fürsət ə`da, nə`şün qoyam məzarə, 

Qolbağlı düzdi düşmən, ətfaluvi qətarə, 

Şamə bizi çəkəllə başlandı rah, bəradər. 

 

Əfrad 

 

Tərəhhüm et, məni dindirgilən səni Tarı, 



Əyağə dur, yola sal Əhli‐Beytüvi, barı. 

 

O vəqt olubdı Dəməşqə tərəf köçüm, qardaş, 



Səkinənün necə mən nazını çəküm, qardaş? 

 

Cənazən üstə doyunca mən etmədim əfğan, 



Yaralı peykərüvə Zeynəbün ola qurban. 

 

Qoyammadım, yox əlacım, Hüseyn, məzarə səni, 



Qolum tənabilə bağlı çəkəllə Şamə məni. 

 

Baqiyi‐növhə 

 

Getsün necə kənarə bu bəxti qarə sənsiz, 



Sədparə cismi‐pakun üryan qalub vətənsiz, 

Başun gəzər mən ilə səhraləri bədənsiz, 

Yox çarə neyləyim mən bidadxah, bəradər. 

 

Üryan qalubdı cismün başsız aradə, qardaş, 



Bacun çəkəllə bəzmi‐ibni‐Ziyadə, qardaş, 

Mən bikəsi salan yox bu gündə yadə, qardaş, 

Başun qoyalla deyrə, tənurə gah, bəradər. 

 



 

328 


 

Bikəs Hüseyn batanda zülm ilə qanə, Nadim, 

Şur ilə gəldi Zeynəb ahü fəğanə, Nadim, 

Gözyaşlı, ağla, sölə əhli‐cəhanə, Nadim, 

Bu kufəyan əlindən səd ah, ah, bəradər. 

 

  Zeynəbün 

 

Aç gözüvi, halını gör, bu güni qarə Zeynəbün, 



Qardaş, Hüseyn, özün dur, et dərdinə çarə Zeynəbün. 

 

Soldı bu çöldə güllərim, cövrü cəfayi‐xar ilən, 



Munis olubdı Zeynəbün möhnətü ahü zar ilən, 

Xüşk edərəm yarələrün dideyi‐əşkbar ilən, 

Olma riza, əmandı sən, icz edə xarə Zeynəbün. 

 

Qövmü qəbiləmi, Hüseyn, zülm ilə əldən aldılar, 



Ali‐Əbanı kin ilə nari‐fəraqə saldılar, 

Nazlı hərəmlərün, Hüseyn, gözləri yaşlı qaldılar, 

Didələri şəbih olub əbri‐bəharə Zeynəbün. 

 

Şimr kəsəndə başuvı xeymələrün talandılar, 



Çəkdi şərarə xeymələr, nari‐cəfayə yandılar, 

Xırdaca qızlarun düşüb at döşünə dolandılar, 

Düzdi əgər desəm, əxa, yandı o narə Zeynəbün. 

 

Qanun axanda mən həman, qanun ilə boyanmışam, 



Xeymələrün yanan zəman, nari‐cəfayə yanmışam, 

Xeymədə gah baş açub, gahi çöli dolanmışam, 

Xırda uşaqlarun alub, gahi kənarə Zeynəbün. 

 

 



 


 

329 


 

Nə`şivün üstə ağlayub şur ilə, xəstə olmuşam, 

Zülfi yolub, səda edüb, sinə vırub yorulmuşam, 

Yoxdı başımda mə`cərim, qardaş, Hüseyn, soyulmuşam, 

Oldı əsiri‐əşqiya, bu güni qarə Zeynəbün. 

 

Əfrad 

 

Hüseyn, bəradər, oyan, xeyməgahım odlandı, 



Təmam xeymələrim, hətta mə`cərim yandı. 

 

Oyan, bəradər, hələ bir mən ilə ver əl‐ələ, 



Yoxımdı bircə nəfər yavərim hərayə gələ. 

 

Baqiyi‐növhə 

 

Kufəyə qəm qətarını eylədilər rəvan, gedər, 



Zeynəbi‐natəvan ilə bir neçə bağrıqan gedər, 

Bircə əlil Abidün Zeynəbə pasiban gedər, 

Qoymadı cismi‐pakuvi, barı, məzarə Zeynəbün. 

 

Nə`şivün üstə baş açub, şur ilə ağlayammadım, 



Bəzmi‐əza qurub sənə, tə`ziyə saxlayammadım, 

Qoymadı Şimri‐bihəya, çeşmüvi bağlayammadım, 

Bağladı risiman ilə dəsti‐qətarə Zeynəbün. 

 

Zülm binasın əhli‐kin, dəşti‐bəladə qurdular, 



Oldum əsir düşmənə, başimə kül sovurdular, 

Abidi‐bipənahıvin payinə kündə vırdılar, 

Munis ola xərabədə Abidi‐zarə Zeynəbün. 

 

 



 


 

330 


 

Kufəvü Şamdə ədu gəzdiri bu həzinəni, 

Soldurı möhnətü sitəm, qönçə güli‐Mədinəni, 

Dəfn eləyər xərabədə, xahərün ol Səkinəni, 

Zair olar dübarə bu tozlı məzarə Zeynəbün. 

 

Əldə qələm fəğan edüb zikri‐müsibət, ağlaram, 



Tozlu məzaruvi edəm bir də ziyarət, ağlaram, 

Ruzi‐cəzadə almasam feyzi‐şəfaət, ağlaram, 

Söylə, şəfaət eyləsün Nadimi‐zarə Zeynəbün. 

 

Şimr əlindən 

 

Axır nə növ`i gəlmüm



 fəryadə Şimr əlindən, 

Ömrüm yetüb təmamə dünyadə Şimr əlindən. 

 

Verməz məgər babamun hicri mənə kifayət, 



Eylər bu əhli‐kinə hər növ`i çox müsibət, 

Əmmə, əşəddi, vallah, hər dərdidən şəmatət, 

Olmaz yetimə cismüm azadə Şimr əlindən. 

 

Məntək bu Şam içində, əmmə, bir ac qalan yox, 



Leylün‐nəhar ənisü ahü fəğan olan yox, 

Qövmü qəbilədən bu viranəyə gələn yox, 

Seyd olmuşam cəfacu səyyadə Şimr əlindən. 

 

Bir mən kimi cəhandə yox nari‐hicrə yanmuş, 



Qolbağlı naqə üstə səhraləri dolanmuş, 

İmdi babamı gördüm, öz qanına boyanmuş, 

Çox eylədüm şikayət hər cadə Şimr əlindən. 

                                                 

 Gəlməyim 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə