Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə65/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   61   62   63   64   65   66   67   68   ...   144

 

321 


 

Göz yaşını qan ilə üzarə əzadə eylə həmişə, Nadim, 

Əldə qələm fəğan et, düşübdür müsibət, ağla həmişə, Nadim. 

Əldə ruzi‐cəzadə yəqindür kim, olar göz yaşı tuşə, Nadim, 

Dedi gözyaşlı Zeynəb, Hüseyncan, ləbətşan, yatma qum üstə, 

qardaş. 


 

Əzm etmə ərseyi‐meydanə, qardaş 

 

Əzm etmə ərseyi‐meydanə, qardaş, 



Rəhm eylə Zeynəbi‐nalanə, qardaş. 

 

Yox hicrüvə səbr etməgə dəvamım, 



Əflakə övc edər sənsiz fəğanım, 

Qardaş, sənə bircə gəlür gümanım, 

Qıl bir nəzər mən biməkanə, qardaş. 

 

Müşkildi Zeynəbə, qardaş, fəraqun, 



Billəm yəqin, sinəmdə qaldı dağun, 

Qoy, bir öpüm, qardaş, susuz dodağun, 

Təskini‐qəlbdür bu canə, qardaş. 

 

Tapdı bəla məni Kərbübəladə, 



Getsən, əsir ollam əhli‐inadə, 

Gözüm yaşı olar qan Neynəvadə, 

Bax bir bu dideyi‐giryanə, qardaş. 

 

Yoxdur mənim bu firqətə dəvamım, 



Axır sənsən mənim virdi‐zəbanım, 

Qardaş, Hüseyn, qoy, başuva dolanım, 

Edim göz yaşımı rəvanə, qardaş. 

 



 

322 


 

Səf‐səf durublar ceyşi‐əhli‐kinə, 

Tökəllər qanuvı ruyi‐zəminə, 

Baba deyüb, zülfün yolar Səkinə, 

Bacun Zeynəb doyubdur canə, qardaş. 

 

Yandırdı qəlbimi qeydi‐məlalun, 



Gözi yaşlı qalub əhli‐əyalun, 

Sənə çün göz tiküblər bacılarun, 

Gəlüblər cümləsi əfğanə, qardaş. 

 

Sən ölsən, ya Hüseyn, əhli‐şərarət, 



Edəllər xeyməgahi cümlə qarət, 

Olar bu ərsədə bərpa qiyamət, 

Dönər göz yaşımız ümmanə, qardaş. 

 

Səni zibh eyləyər Şimri‐bədəxtər, 



Qoyallar hülqüvə zülm ilə xəncər, 

Əsir eylər bizi ceyşi‐sitəmkər, 

Olar məskən bizə viranə, qardaş. 

 

Yetibdür bülbülə həsrət həvası, 



Başıma salmışam qardaş qərası, 

Talandı Zeynəbün rəxti, əsası, 

Yox rəhm edən mən biməkanə, qardaş. 

 

Qalar bu qəmdə bəxti qarə Nadim, 



Tökər göz yaşını rüxsarə Nadim, 

İcz ilə ərz edər dilparə Nadim, 

Rəhm etgilən ol növhəxanə, qardaş. 

 

 



 


 

323 


 

Cənab Zeynəb dilindən 

 

Baş gətür məzardən, gəlüb Yəsribə qətarım, ey ana, 



Kərbəladə badi‐zülm əsüb, soldı gülzarım, ey ana. 

 

Çəkmişəm piyadə Şamdən çox cəfa, səlamə gəlmişəm, 



Əfv eylə, Hüseyndən sənə yox əlimdə nalə gəlmişəm, 

Cövri‐ruzigardən yetüb qəmlərim təmamə gəlmişəm, 

Növrəsidə güllərim gedüb, soldı növbəharım, ey ana. 

 

Bülbülani‐qəmkəşidəni xar edübdi güllərə həsrət, 



Mürği‐pərşikəstətək olub bu qətari‐qəm pürhəsrət, 

Şimr ilə Sinan edibdir Zeynəbi bəradərə həsrət, 

Can verəndə Şahi‐Kərbəla, qalmadı qərarım, ey ana. 

 

Qollarım tənabə bağlayub, əhli‐kinə Şamə çəkdilər, 



Bağlayub tənabə kufəyan, düzdülər nizamə çəkdilər, 

Şamdə Yəzid bəzminə Zeynəbi səlamə çəkdilər, 

Ağlamaqdan özgə qalmadı əldə ixtiyarım, ey ana. 

 

Gər Hüseyni eyləsən soraq, saldı min bəlayə başını, 



Rahi‐eşqdə susuz fəda eylədi Xudayə başını, 

Kufədən Dəməşqə vırdılar əhli‐kin cidayə başını, 

Şö`lələndi nari‐möhnətə qəlbi‐tarümarım, ey ana. 

 

Xeymələr yananda odlanub yandı qəlbi narə Zeynəbün, 



Yığdı çün səğir uşaqlarun birbəbir kənarə Zeynəbün, 

Qətlgahə xeymədən übur etdi bəxti qarə Zeynəbün, 

Çün xəmidə oldı qamətim, yandı dilfikarım, ey ana. 

 

 



 


 

324 


 

Şimr əlində xəncəri görüb xövfə düşdüm, ağlayammadım, 

Başını əlimdən aldılar, gözlərini bağlayammadım, 

Dəfnü kəfn edüb, cənazəsi üstə sinə dağlayammadım, 

Möhnəti‐Hüseyn ağartdı bu zülfi‐mişkibarım, ey ana. 

 

Qarət etdi xeyməni ədu, Zeynəbün əsası qalmadı,  



Örtməgə nə başda mə`cəri, cismdə libası qalmadı, 

Görcəgin Hüseyn cənazəsin, çeşmimün ziyası qalmadı, 

Bir nəfər tapılmadı ola yarü qəmküsarım, ey ana. 

 

Nadimün vəfası yoxdı, gər nari‐möhnətündə yanmasa, 



Şövt edüb o qəbri‐pakuvi, dövrinə əgər dolanmasa, 

Zeynəbün dilincə zikr edüb, ağlayub qəmə boyanmasa, 

Baş gətür məzardən, gəlüb Yəsribə qətarım, ey ana. 

 

Səndən sora, Hüseyncan 

 

Səndən sora, Hüseyncan, bu bəxti qarə Zeynəb, 



Odlandı aşiyanı, seyd oldı xarə Zeynəb. 

 

Sən zibh olan zəmandan sonra bu Kərbəladə, 



Bir kəs yox idi salsun, biz Əhli‐Beyti yadə, 

Gül cismüvi kəfənsiz, üryan qoyub aradə, 

Təşyi`cənazə etsün, tapmazdı çarə Zeynəb. 

 

Zülm ilə xeyməgahım qarət olub talandı, 



Şö`lə çəküb təmamən nari‐cəfayə yandı, 

Ol vəqti ki, rə`si‐pakun öz qanuva boyandı, 

Çeşmün şəbih edibdür əbri‐bəharə Zeynəb. 

 

 



 


 

325 


 

Bikəslərün qolını Şimri‐şərir bağlar, 

Bir yanda Ümmi Leyla suz ilə sinə dağlar, 

Bir yanda baş açmış bikəs Səkinə ağlar, 

Versün necə təsəlli, bu biqərarə Zeynəb? 

 

Bir yanda növərusun dərdi edübdi tüğyan,  



Bir yanda qəlbi məhzun, eylər Səriyyə əfğan, 

Damad həna yerinə yaxmış əlinə al qan, 

Cari edər gözündən qan yaş üzarə Zeynəb. 

 

Əkbər batubdı qanə, Leyla geyübdi qarə, 



Ali‐Əli gəlibdür şur ilə ahü zarə, 

Mümkin degil, qoyardux, barı, sizi məzarə, 

Dur, nari‐hicrə yandı, gör, aşikarə Zeynəb. 

 

Gül cismüvə baxanda qəlbim çəkər şərarə, 



Gültək yara açılmış, göz‐gözdi, parə‐parə, 

Heç qəlbim olmaz aram, söylə, edim nə çarə, 

Çün bəstədür bilürsən qeydi‐qətarə Zeynəb. 

 

Nadim, qələm əlündə, gəl şurü şeynə, ağla, 



Göz yaşı tök üzarə, şur ilə sinə dağla, 

Zeynəb dilincə zikr et, bikəs Hüseynə ağla, 

Odlandı aşiyanı, seyd oldı xarə, Zeynəb. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə