Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə64/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   60   61   62   63   64   65   66   67   ...   144

 

316 


 

Bir şəxsin əlindən gedə zülm ilə cəlalı, 

Qarətgər əlində qala mal ilə mənalı, 

Axır nolar ol vəqtdə ol bikəsün halı, 

Şahı ölənün qəlbi pərişan olar, olmaz? 

 

Nə kül sovurum başimə mən zari‐cigərxun, 



Qardaş ölümi eylədi halımi digərgun, 

Göz yaşı töküb ruyimə mən didəsi pürxun, 

Əhvalimə bir rəhm edən əl`an olar, olmaz? 

 

Ənsarlərim cümləsi qan ilə boyandı, 



Sultanım ölüb, xeymələrim cümlə talandı, 

Odlandı hamı xeymələrim atəşə yandı, 

Bir kimsə edə dərdimə dərman olar, olmaz? 

 

Gülzari‐Əli zülm ilə bu çöldə solubdur, 



Ətfali‐Hüseyn cümləsi dilparə olubdur, 

Qanə boyanub, həzrəti‐Əbbas ölübdür, 

Baci bu yəman gündə nəvaxan olar, olmaz? 

 

Kam almamış, al qanə batubdur Əli Əkbər, 



Əlvan eləyüb qan ilə qundağını Əsğər, 

Yox dadrəsim, çünki ölüb Övn ilə Cə`fər, 

Şəhzadə hərəmlər işi əfğan olar, olmaz? 

 

Əfrad 

 

Gedüb əlimdən Hüseynim qərarımı aldı, 



Əyali‐dərbədəri Şimrə dəstgir oldı. 

 

 



 


 

317 


 

İki bəradərim həm bir atam imam olsun, 

Rəvadur zülm ilə imdi başım açux qalsun? 

 

Hüseynim öldi, əcəb xari‐ruzigar oldum, 



Əsiri‐Rumü Həbəştək qəmə düçar oldum. 

 

Hüseynim öldi, əcəb qollarımı bağladılar, 



Yaralı qəlbimi hicran oduna dağladılar. 

 

Əziz qardaşımun başı üstə ağlamadım, 



O Şimr mane` olub, gözlərini bağlamadım. 

 

Hüseyn gətürdi məni bu çölə cəlal ilən, 



Nə növ`i imdi gedim Şamə yüz məlal ilən. 

 

Baqiyi‐növhə 

 

Zeynəb dolanub qətlgəhi didəsi giryan, 



Gördi ki, düşüb bir yaralı qan ilə qəltan, 

Yox cismdə başı, kəsilübdür, bədən üryan, 

Başsız bədənə bacısı qurban olar, olmaz? 

 

Ərz eylədi, qurban yaralı canuva, qardaş, 



Cismün boyanub zülm ilə öz qanuva, qardaş, 

Dur, eylə nəzər xahəri‐nalanuva, qardaş, 

Qardaş bacınun halına suzan olar, olmaz? 

 

Başun kəsüb ə`da səni topraqlarə saldı, 



Biçarə bacun, gör, nə yəman günlərə qaldı, 

Ətfalın, əxa, zülm ilə əllərdə soyuldı, 

Sərdarı ölən xanəsi viran olar, olmaz? 

 

 




 

318 


 

Nadim, tök yüzə göz yaşun, hər bəzmi‐əzadə, 

Zülm həddən ötüb, daşdı bəla, Kərbübəladə, 

Sal Zeynəbi‐biçarənün ol halını yadə, 

Bu qəmdə, görüm, göz yaşın ümman olar, olmaz? 

 

Bu çöldə, qoy, gəlim mən fəğanə 

 

Bu çöldə, qoy, gəlim mən fəğanə, əmanə,  



Qəlbi şikəstə qardaş. 

Salım şivən sədasın zəmanə, cəhanə,  

Sən dəsti bəstə, qardaş. 

 

Hüseyn, qardaş, sinəndə, kəmanə nişanə  



Oldı biçarə Əsğər. 

Olub əlvan bu çöldə, bəradər, o yavər 

Zülm ilə qanə Əkbər. 

Edər əşkin rəvanə üzarə Səkinə,  

Ol zarü bibəradər. 

Aç bir bu qanlı çeşmün, Hüseyncan, ləbətşan,  

Yatma qum üstə, qardaş. 

 

Şəhzadə düxtər ağlar, 



Yeksər hərəmlər ağlar, 

Gördi cənazən üryan,  

Biçarə xahər ağlar. 

 

Bu çöldə Ali‐Taha təmamən 



Zülm ilə qaldı bisər. 

Yandı nari‐cəfayə xiyamın təmamən, 

Ey yadigari‐Heydər. 

Əsir eylüb əyalun ədulər sitəmlə,  




 

319 


 

Yox bir müinü yavər. 

Özün razi olubsan qəzayə, bəlayə 

Ruzi‐Ələstdə, qardaş. 

 

Ey bikəfən, bəradər,  



Şahi‐zəmən, bəradər, 

Məcruhü zarü xəstə, 

Məzlum ölən, bəradər. 

 

Yox əldə ixtiyarım, qəribəm, əsirəm, 



Çün həddən ötdi möhnət.  

Du,


 sən yola sal Ali‐Əbanı, 

Yatma qum üstə rahət. 

Gəlməz cismün yarası şümarə,  

Çün çox yetüb cərahət. 

Aç bir bu qanlı çeşmün, oyan, bir 

Səs ver ahəstə, qardaş. 

 

Ədu bu cismi‐pakun bədənsiz,  



Qardaş, salub türabə. 

Oldum əsiri‐düşmən, yox əldə əlacım 

Bu ceyşi‐bihicabə. 

Bu çöldə həddən ötdi müsibət, bəradər, 

Gəlməz qəmim hesabə.  

Baş açdım, zülf yoldum, soyuldum, 

Çün oldum xəstə, qardaş. 

 

 



 

                                                 

 Dur 



 

320 


 

Həzrət Zeynəb dilindən 

 

Ey dilşikəstə qardaş,  



Məcruhü xəstə qardaş, 

Qalsun necə rəvadur,  

Cismün qum üstə qardaş. 

 

Gələndə mən bu dəştə, sağ idi Əbbasım, ey Padşahi‐əbrar, 



Təmami‐xişü əqvam solumda, sağımda yox imdi bircə 

qəmxar, 


Talan olub cəlalım, mənalım, əsasım, ətşan ölüb Ələmdar, 

Düzüb düşmən tənabə təmamən əyalun, ağlalla bəstə, qardaş. 

 

Etsün nə çarə Zeynəb?  



Bu bəxti qarə Zeynəb, 

Xeymələrim talandı,  

Qaldı biçarə Zeynəb. 

 

Sənə kim qüsl edüb, bəs məzarə qoyar bu Neynəvadə mənsiz, 



Yerdə qalubdur əl`an, Hüseyncan, ləbətşan, gül peykərün 

kəfənsiz, 

Cida başında başun yaralı, çəkəllər düşmənlərün bədənsiz, 

Qoyar mətbəxsəradə yaralı başuvı Xuli kül üstə, qardaş. 

 

Zeynəb gələr fəğanə, 



Cismün batanda qanə,  

Lə`ni‐İlahi olsun,  

Birəhm saribanə! 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə