Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə60/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   56   57   58   59   60   61   62   63   ...   144

 

296 


 

Gördi gəlür Zülcənah yalı batub qaninə, 

Bildi ki, asib yetüb Şahi‐şəhidaninə, 

Bais olub Zeynəbün naləvü əfğaninə, 

Gördi ki, qəmdən edir əşki‐rəvan Zülcənah. 

 

Etdi sual Zeynəbi‐bikəsü mahi‐liqa, 



Məndən edüblər ədu yoxsa Hüseyni cüda, 

Qanə batub zülm ilə yoxsa Şəhi‐Kərbəla, 

Bəzl eləyüb Xaliqə şövq ilə can, Zülcənah. 

 

Harda Hüseyni salub, eylə bəyan, gəlmisən, 



Yaluvı əlvan edüb qırmızı qan, gəlmisən, 

Söylə, nolub sahibün, şeyhəkünan gəlmisən, 

Yoxsa evimi yıxub Şimrü Sinan, Zülcənah? 

 

İzni‐Xudayilə, bir söylə, nolub qardaşım? 



Qan ilə islanmısan, harda qalub qardaşım? 

Söylə, səlamətdi, ya yoxsa ölüb qardaşım? 

Övc eləyür xeymədən ərşə fəğan, Zülcənah. 

 

Müntəzirəm, vergilən sərvəri‐dindən xəbər, 



Qəlbimün aramı ol nuri‐düeyndən xəbər, 

Bikəs, oğulsuz qalan təşnə Hüseyndən xəbər, 

Vəz`ini et Zeynəbi‐zarə bəyan, Zülcənah. 

 

Nadimi‐bikəs yazar bu sözi əfğan ilən, 



Nazlı Səkinə çıxub, Zeynəbi‐nalan ilən, 

Kakilü yalın, xizab eyləmiş al qan ilən, 

Qanə boyanmış gəlür şeyhəkünan Zülcənah. 

 

 



 


 

297 


 

Həzrət Zeynəb Seyyidüş‐şühədayə xitabən 

 

Rəhm etgilən, əmandur, mən binəvayə, qardaş, 



Bu Ali‐Müstəfanı salma bəlayə, qardaş. 

 

Cəddim xəbər veribdür var xatirində axir, 



Gəl, Kərbəla çölünə etmə bizi müsafir, 

Zəhra məzari üstə, qoy, mən olum mücavir, 

Çəkmə bu qəm qətarın Kərbübəlayə, qardaş. 

 

Cəddim Mədinəsindən salma bizi kənarə, 



Ağlar gözün fədası olsun bu bəxti qarə, 

Ölsən əgər vətəndə, vardur qoyan məzarə, 

Hazır olar qəbilən bəzmi‐əzayə, qardaş. 

 

Olma riza, əmandur, ey Şahi‐dilşikəstə, 



Töksün üzarə əşki‐çeşmin bu zarü xəstə, 

Qorxum budur ki, Xuli qoysun başun kül üstə, 

Olsun əsir əyalun Şimri‐dəğayə, qardaş. 

 

Olma riza Mədinə qalsun xərabə, qardaş, 



Rəhm eylə Əhli‐Beyti‐zarü həzinə, qardaş, 

Göz yaşını üzarə töksün Səkinə, qardaş, 

Rəhm etgilən, əmandur, ol binəvayə, qardaş. 

 

Aya rizasən Əkbər öz qaninə boyansun? 



Nari‐fəraqə Leyla, Əkbər qəmində yansun, 

Zülm ilə xeyməgahun qarət olub talansun, 

Yansun xiyamə, dudi yetsün səmayə, qardaş. 

 

 



 


 

298 


 

Vallahi, bu səfərdən çoxdur mənim hərasım, 

Qorxum budur ki, qardaş, talan ola əsasım, 

Batsun sitəmlə qanə ol şahzadə Qasim, 

Etsün xizab əlini qandan hənayə, qardaş. 

 

Əfrad 

 

Əmandı, etmə səfər səmti‐Kərbəlayə, Hüseyn, 



Bacuvı salmagilən möhnətü bəlayə, Hüseyn. 

 

Rizasən, eyləyələr parə‐parə gül bədənün, 



Tökə sirişkin üzarə bu zarü qəmzədənün. 

 

Özün bilürsən, əxa, xeyməgahım odlanacaq, 



Əzizə bacılarun nari‐firqətə yanacaq. 

 

Bu Kərbəla səfərün, tərk elə, əman, qardaş, 



Tərəhhüm et bacuva, Şahi‐insü can, qardaş. 

 

Gəl, etmə mürğsifət həsrət aşiyanə məni, 



Əsir verməgilən Şimrlə Sinanə məni. 

 

Baqiyi‐növhə 

 

Getsən yəqin vətəndən, hicrində ağlaram mən, 



Talan olar əsasun, çox sinə dağlaram mən, 

Başə Hüseyn qərasın, gözyaşlı bağlaram mən, 

Zibh etsə başun ə`da, vırsa cidayə, qardaş. 

 

 



 


 

299 


 

Olma riza, Hüseyncan, bu Zeynəbün talansun, 

Ali‐Əli sitəmlə nari‐fəraqə yansun, 

Əsğər necə rəvadur öz qaninə boyansun? 

Bikəs Rübabə gəlsün neytək nəvayə, qardaş. 

 

Əzm eyləmə Əraqə, salma bəlayə başun, 



Qorxum budur ki, batsun xuni‐cəfayə başun, 

Zibh etsə Şimr, vırsa növki‐cidayə başun, 

Zənciri‐kin vırallar Ali‐Əbayə, qardaş. 

 

Soysa libasun üdvan, qalsa cənazən üryan, 



Övc eylər ərşə ahi‐dudi‐dili‐yetiman, 

Bimar od içrə qalsa misli‐Xəlili‐Rəhman, 

Kim eyləyər himayət sən binəvayə, qardaş? 

 

Çəksə biz Əhli‐Beyti qolbağlı Şamə üdvan, 



Eylər başun tilavət növki‐cidadə Qur`an, 

Tə`nü şəmatət eylər Ali‐Əbayə üdvan, 

İcz eyləyim nə növ`i Şimri‐dəğayə, qardaş. 

 

Viranə məscid içrə yer versə əhli‐kinə, 



Topraqlar üstə rehlət, etsə qızun Səkinə, 

Sölə, nədür əlacım, ey Sərvəri‐Mədinə, 

Verməkligə təsəlli sən, gəl hərayə, qardaş. 

 

Aç dideyi‐bəsirət, yaz, getmə huşə, Nadim, 



Təb`ün gələn zəmanda bu qəmdə cuşə, Nadim, 

Bu beytlər olallar dəstündə tuşə, Nadim, 

Zeynəb dilərdi, rəhm et, Ali‐Əbayə, qardaş. 

 

 



 


 

300 


 

Ey qumlar üstə bikəfən 

 

Ey qumlar üstə bikəfən  



Cismi düşən üryan, baba. 

Ey Kərbəladə zülm ilən,  

Cismi olan al qan, baba. 

 

Qanə batub gül peykərün,  



Gültək solubdur ləblərün, 

Oldı bu çöldə Əkbərün,  

Ümmətlərə qurban, baba. 

 

Talan edüb əsasuvı,  



Öldürdilər Əbbasuvı, 

Saxlar bu bikəs yasuvı,  

Olsa həyat hər an, baba. 

 

Mən mürği‐baği‐Heydərəm, 



Şibhi‐Rəsulə xahərəm, 

Dindür, əzizə düxtərəm, 

Zəvvaruvam əl`an, baba. 

 

Tökdi ədu göz yaşımı, 



Öldürdilər qardaşımı, 

Yollam qəmündə başımı, 

Çox eylərəm əfğan, baba. 

 

Gər zibh edüb ə`da sərün, 



Qanə batub gül peykərün, 

Bəs kim kəsibdür əllərün? 

Qəlbim olub viran, baba. 



Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə