Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə63/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   59   60   61   62   63   64   65   66   ...   144

 

311 


 

Salub hicran oduna Haşimi xal ilə məni, 

Getdi meydanə, qoyub dərdü məlal ilə məni, 

Gəlmədi şad edə çün imdi vüsal ilə məni, 

Eyşimün mayəsi şəhzadə bəradər, hanı bəs? 

 

Şühədalər bədəni gül kimi gülşəndə solub, 



Xəm olub sərv kimin qəddin, Ələmdarun ölüb, 

Söylə, nuri‐bəsərün Əkbərə axır nə olub? 

Səri‐giysuyi‐siyəh, zülfi‐müənbər hanı bəs? 

 

Ya ki, Leylanun ədu qoydular ağlar gözini, 



Yoxsa topraqlara düşmən salub Əkbər yüzini, 

Eşidə Əkbər ölüb, öldüri

 Leyla özini, 



Elə bir sərvərə sərmayeyi‐madər hanı bəs? 

 

Mənə Əkbər ölümi oldı əyan imdi, baba, 



Əkbərim ölməsə, beylə eləməz tərki‐vəfa, 

Xeyməgahə gələr, etsün bacısun bir də vida, 

Söylə, can rişəsi ol mahi‐münəvvər hanı bəs? 

 

Nə özi gəldi Əli Əkbərimün, nə xəbəri, 



Qorxuram qanə bata xalü xətü türrələri, 

Nigəran qoydı yol üstündə bu xundidələri, 

Eləyən madəri Leylanı mükəddər hanı bəs? 

 

Gətdi bu halətün əl`an, baba, fəryadə məni, 



Sağdı Əkbər, niyə bəs salmadı heç yadə məni? 

Qoydı hicran ilə gözyaşlı bu dünyadə məni, 

Könlümi qan eləyən qəddi‐sənubər hanı bəs? 

                                                 

 Öldürür 




 

312 


 

Onun ənduhi‐fəraqi məni divanəmisal, 

Necə ki, gül sola gülşəndə, edər bülbüli lal, 

Dili‐məhzunimi heyrətdə qoyub Haşimi xal, 

Taği‐əbruyi‐hilalı gülə bənzər hanı bəs? 

 

Rüxi‐xurşidvəşün əbri‐siyah etdi nihan, 



Boyuyub yoxsa siyəh zülflərün qırmızı qan, 

Qorxuram qollarımı bağlayalar Şimrü Sinan, 

Məni dünyadə qoyan Nadimi‐müztər hanı bəs? 

 

Yetiş dadə, Hüseyn, qardaş, həray 

 

Xeymələr yandı, yetiş dadə, Hüseyn, qardaş, həray, 



Bir nəfər yox yetə imdadə, Hüseyn, qardaş, həray. 

 

Vermisən



 səs səsimə, yoxsa kəsüblər sərüvi? 

Salmusan, söylə, nəzərdən niyə bu xahərüvi? 

Badi‐zülm etsə xəzan, qönçəsifət güllərüvi, 

Yox salan Zeynəbi bir yadə, Hüseyn, qardaş, həray. 

 

Şühədalər bədəni dövrü bəründə sərilüb, 



Görürəm nazlı başun növki‐cidayə vırulub, 

Baş açub nə`şlər üstə bacun axır yorulub, 

Tuş olan xəncəri‐fuladə, Hüseyn, qardaş, həray. 

 

Xeymələr üstünə yüz qoydı, gəlür səflər hamı, 



Kimi əllərdə dutub nizə, kimi xəncər hamı, 

Aldılar xeymələrün dövrini qarətgər hamı, 

Dur, özin gəl bizə fəryadə, Hüseyn, qardaş, həray. 

                                                 

 Vermirsən 




 

313 


 

Qoymadı məndə yetimə balalar səbrü qərar, 

Səndən özgə ola bir kimsənə yoxdur bizə yar, 

Hamı çöllərdədi, ahu kimi eylüllə

 fərar, 


Zöhrəçak oldula səhradə, Hüseyn, qardaş, həray. 

 

Rəxtimi qarət edüb odladılar xeymələrün, 



Saldılar at döşünə düxtəri‐xundidələrün, 

Aldılar mə`cərimi, yoxsa yoxundı xəbərün? 

Et nəzər bu evi‐bərbadə, Hüseyn, qardaş, həray. 

 

Var həyatım nə qədər, zülf yolub sər açaram, 



Qanlı göz yaşı, Hüseyn, qardaş, üzarə tökərəm, 

Gözümün yaşinə, rəhm eylə mənim, kani‐kərəm, 

Nəhr olan ərseyi‐Minadə, Hüseyn, qardaş, həray. 

 

Bilürəm firqətün eylər, əxi, divanə məni, 



Qolı bağlı çəkəcək əhli‐kin hər yanə məni, 

Şamdə tə`neyi‐üdvan doyurar canə məni, 

Yar olar kim məni‐naşadə, Hüseyn, qardaş, həray. 

 

Nadiməm, rəhm elə, şad et şəbi‐vəhşətdə məni, 



İki dünyadə, Hüseyn, qoyma zəlalətdə məni, 

Bir də alsan nəzərə ruzi‐qiyamətdə məni, 

Gəldi Zeynəb belə fəryadə, Hüseyn, qardaş, həray. 

 

 



 

                                                 

 Eyləyirlər 




 

314 


 

Həzrət Zeynəb dilindən İmam Hüseynə (ə) 

 

Qardaş, dağılub kuhü biyabanə əyalun, 



Çün oldı əsir ləşkəri‐üdvanə əyalun. 

 

Səndən sora bu Zeynəb edər naləvü əfğan, 



Çün eylüb əsir xahərüvi ləşkəri‐üdvan, 

Zeynəb necə bəs tab edə bu zülmə, Hüseyncan? 

Ahu kimi yüz qoydı biyabanə əyalun. 

 

Bu Kərbübəla dəşti qızıl qan olub imdi, 



Mən qəmzədənün möhnəti tüğyan olub imdi, 

Cismün sənün al qan ilən yeksan olub imdi, 

Bu bais olub çün gəlüb əfğanə əyalun. 

 

Dur, eylə əlac, bu qəmi‐tüğyanimə, qardaş, 



Çün vardı səbəb naleyi‐əfğanimə, qardaş, 

Hicranun odı şö`lə salub canıma, qardaş, 

Hər vəqtə yanar atəşi‐hicranə əyalun. 

 

Qanə bələşüb cismi‐şərifün sənün əl`an, 



Dur, eylə nəzər halimə, ey Şahi‐şəhidan, 

Bu qətligaha ahu kimi dolmuş əsiran, 

Ağlar hərə bir qan ilə yeksanə əyalun. 

 

Eylibdür əsir Şimri‐dəğa Ali‐Əbanı, 



İtmamə yetürdi bu gün hər cövrü cəfanı, 

Qolbağlı çəkər Kufəyə yeksər üsəranı, 

Çün oldı səvar naqeyi‐üryanə əyalun. 

 

 



 


 

315 


 

Ol vəqtə səni zibh elədi Şimri‐sitəmgər, 

Yandırdı cəfa narinə çadirləri yeksər, 

İmdi nədi bəs çarə mənə, əmr elə sərvər, 

Göz yaşını döndərdilə ümmanə əyalun. 

 

Dur, bir məni‐biçarəni dindir, səni Tari, 



Vəqt oldı çəkə Kufəyə üdvan qətari, 

Başsız bədən ilə bizi, dur sal yola, bari, 

Dərdü qəm əlindən yetişüb canə əyalun. 

 

Sultanı rəvadur yata bisər qurı yerdə? 



Başsız görürəm cismüvi mən məddi‐nəzərdə, 

Dur, vəqti‐fəraq oldı, danışdır məni bir də, 

Qurban olalar sən kimi qurbanə əyalun. 

 

Şamə çəkəcək Şimr bizi billəm, Hüseyncan, 



Məskən olacaqdur bizə bir guşeyi‐viran, 

Vallahi, əşəddür hamıdan tə`neyi‐üdvan, 

Dözsün necə bəs tə`neyi‐üdvanə əyalun? 

 

Hər şamü səhər növhə edər Nadimi‐naçar, 



Bu möhnəti çün əldə qələm eyləyür izhar, 

Ol vəqtə kimi xeyməni yandırdıla küffar, 

Yüz qoydı gözi yaşlı biyabanə əyalun. 

 

Qardaşı ölən bacı hərasan olar, olmaz? 

 

Qardaşı ölən bacı hərasan olar, olmaz? 



Ənduh ilə əşki‐təri al qan olar, olmaz? 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə