Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə59/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   55   56   57   58   59   60   61   62   ...   144

 

291 


 

Öldürdülər bu dəştidə yeddi bəradərin, 

Suzi‐dil ilə gətdilər əfğanə Zeynəbi. 

 

Aldı əlindən izzətü cahü cəlalını, 



Verdi əsir ləşkəri‐üdvanə Zeynəbi. 

 

Əvvəl Mədinədən çıxarub ehtiram ilən, 



Etdi səvar naqeyi‐üryanə Zeynəbi. 

 

Gətdi o dəştə məhməli‐zərrinnigar ilən, 



İmdi müsafir etdi zəlilanə Zeynəbi. 

 

Təqsim edüb fələk qəmi Ali‐Peyəmbərə, 



Axırda çəkdi guşeyi‐viranə Zeynəbi. 

 

Qəmnak çeşmi çəkdi fələk hər vilayətə, 



Yandırdı çün şəmatəti‐biganə, Zeynəbi. 

 

Bəzmi‐əzadə, Nadim, əza saxla hər zəman, 



Gətdi Hüseyn müsibəti əfğanə Zeynəbi. 

 

            Həzrət Zeynəbün dilindən 

 

Zeynəbəm, yaxşı fələk eylədi avarə məni, 



Cigəri dağlı, gözi yaşlı, güni qarə məni. 

 

Dili‐Zeynəb qəmü ənduhimə munisdi müdam, 



Çün süruri‐dil olub Zeynəbə aləmdə həram, 

Gözümün yaşı üzə caridür hər sübh və şam, 

Qəmü ənduhü mühən tuş edər azarə məni. 

 



 

292 


 

Halımi, bari, Hüseyn, qardaş, özün al nəzərə, 

Sən öləndən sora kim yar olu bu dərbədərə? 

Od vırar Şimri‐dəğa zülm ilə bu xeymələrə, 

Firqətün yandıracaq həşrə kimi narə məni. 

 

Cismi‐məcruhüvi qan üstə susuz salsala



 gər, 


Xeyməni qarət edüb, rəxtimizi alsala

∗∗

 gər, 



Bu səfərdə balalar zülfü sərün yolsala

∗∗∗


 gər, 

Çəkəcək Şimri‐dəğa kuçəvü bazarə məni. 

 

Qoydı ağlar gözümi dəhridə Əbbas ölümi, 



Soldurub cövri‐xəzan səhndə yeksər gülümi, 

Risiman ilə ədu bağlayacaqlar qolumı, 

Zülm ilə çərxi‐fələk etdi günü qarə məni. 

 

Bizi üryan dəvəyə mindirə gər ləşkəri‐dun, 



Sürəcək qətlgəhə Şimri‐dəğa naləkünun, 

O kəsik başuvı ədulər elür qərq bəxun, 

Sənün eşqün çəkəcək Kufədə bazarə məni. 

 

Tökələr üstümə hər növ`i müsibət, dözərəm, 



Başımun mə`cərini etsələ qarət, dözərəm, 

Eyləsə ibn Ziyad tə`nə, şəmatət, dözərəm, 

Çox çətindür çəkələr məclisi‐əğyarə məni. 

 

Bacun ölsün, hamı möhnətdən əşəddür bu bəla, 



Salalar Şamə tərəf Zeynəbi qolbağlı yola, 

 

 



                                                 

 Salsalar 



∗∗

 Alsalar 

∗∗∗

 Yolsalar 




 

293 


 

Dura dərvazeyi‐saətdə hərasan üsəra, 

Çəkəcək qəlbi sınıq, məclisi‐küffarə məni. 

 

Şamdə tə`nə edər zadeyi‐Mərcanə bizə, 



Gəlübən cümlə nəzər eyləyə biganə bizə, 

Olu məskən o zəman guşeyi‐viranə bizə, 

Ya Hüseyn, tapşur özün, bari, o bimarə məni. 

 

Ya Hüseyn, Pənctəni‐Ali‐Əba hörmətinə, 



Zeynəbi‐xuni‐cigər, bəxti qəra hörmətinə, 

Qırxadək əlsiz‐ayaqsız üsəra hörmətinə, 

Nadiməm, bir də yetir rövzeyi‐sərdarə məni. 

 

Payi‐minbər 

 

Nə edim bəs mən bağrıqan, əmməcan, 



Olar göz yaşım çün rəvan, əmməcan. 

 

Yüzüm gültək ənduhü qəmdən solub, 



Gözüm yaşı viranədə qan olub. 

Məni nə oldı bais gözdən salub, 

Şahi‐insü can, əmməcan, əmməcan. 

Əman, əl‐əman, əmməcan, əmməcan, 

 

Əman, əmmə, söylə, hanı Əkbərim? 



Şibhi‐Peyğəmbər, mələkmənzərim, 

Düşər yadə hər dəm əziz günlərim, 

Mənim hər zəman, əmməcan, əmməcan, 

Əman, əl‐əman, əmməcan, əmməcan. 

 

 

 




 

294 


 

Səkinəm fəğan etməz öz başinə, 

Qalub həsrət aləmdə qardaşinə, 

Öləndə yazun qəbrimin daşinə, 

Qolunda tənab verdi can, əmməcan, 

Əman, əl‐əman, əmməcan, əmməcan. 

  

Əsirlik dəxi qoymayub məndə tab, 



Əman, əmmə, qəribəm, oldum kəbab, 

De Şimrə, gətürsün qolumdan tənab, 

Verəm, bari, asudə can, əmməcan, 

Əman, əl‐əman, əmməcan, əmməcan. 

 

Payi‐minbər Zeynəb dilindən 

  

Qərib əmmən sənə qurban, Səkinə, 



Az ağla, eyləmə əfğan, Səkinə. 

 

Cəfa çəkdün zibəs viranələrdə, 



Baba‐baba dedün çox bu səfərdə, 

Yatubsan, var aradə bircə pərdə, 

Baban gəlmiş sənə mehman, Səkinə. 

 

Qərib əmmən sənə qurban, Səkinə, 



Az ağla, eyləmə əfğan, Səkinə. 

  

Bir aram ol, neçün çoxdur hərasın, 



Başımdan açmamış qardaş qərasın, 

Budur qorxum, dutam qürbətdə yasın, 

Qolunda ip, verərsən can, Səkinə. 

 

 



 


 

295 


 

Qərib əmmən sənə qurban, Səkinə, 

Az ağla, eyləmə əfğan, Səkinə. 

  

Yanımda yox, nedim, qövmü qəbiləm, 



Əsirəm ruzigarə, dəstgirəm, 

Ölüb qardaşlarım, xarü zəliləm, 

Sənüntək olmuşam giryan, Səkinə. 

 

Qərib əmmən sənə qurban, Səkinə, 



Az ağla, eyləmə əfğan, Səkinə. 

 

   Gəldi əman Zülcənah 

 

Əmmeyi‐biçarə, dur, gəldi əman Zülcənah, 



Qanə boyanmış gəlür, şeyhəkünan Zülcənah. 

 

Qanə boyamış əyərbəndi, licamin qırub, 



Oldı yəqinim, ədu zülm binasın qurub, 

Yoxsa babamı mənim əhli‐cəfa öldürüb? 

Şur ilə eylər yüzə əşki‐rəvan Zülcənah. 

 

Titrədi yerlər, qəra yellər əsər bihesab, 



Əmmə, bu halət dəxi qoymadı heç məndə tab, 

Bircə, kənarə çıxun xeymədən, Ali‐Türab, 

Siz də deyün, noldı bəs Şahi‐cəhan, Zülcənah. 

 

Gördi ki, şeyhə səsün Zeynəbi‐müztər, gəlür, 



Qəlbinə ilham olub, üstünə qəmlər gəlür, 

Beylə güman eylədi, varisi‐Heydər gəlür, 

Xaric olub xeymədən söylədi, can Zülcənah. 

 



Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə