Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə55/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   51   52   53   54   55   56   57   58   ...   144

 

269 


 

Həqqi əyan eyləyüb etdün cihad, 

Qırdılar ənsaruvı əhli‐inad, 

Düşməni‐din qəlbləri oldı şad, 

Peykəri sədparə, Hüseynim vay, 

Bikəsü biçarə, Hüseynim vay. 

  

Ləşkərüvi qırdıla,



 qaldun vəhid, 

Doğradılar cismüvi qövmi‐pəlid, 

Qarətə yüz qoydula qövmi‐ənid, 

Peykəri sədparə, Hüseynim vay, 

Bikəsü biçarə, Hüseynim vay. 

  

Yasə batub Ali‐Əli cümləsi, 



Ərşə çıxub naləvü əfğan səsi, 

Zeynəbimün qalmayub heç bir kəsi, 

Peykəri sədparə, Hüseynim vay, 

Bikəsü biçarə, Hüseynim vay. 

  

Qarəyə batdı bu gün ərşi‐Xuda, 



Çün boyanub qan ilə Kərbübəla, 

Nazlı Səkinə edər ahü nəva, 

Peykəri sədparə, Hüseynim vay, 

Bikəsü biçarə, Hüseynim vay. 

 

Şimr kəsəndə başuvı ah, ah, 



Ağladı əhvaluva xurşidü mah, 

Olmadı bir kimsə sənə dadxah, 

Peykəri sədparə, Hüseynim vay, 

Bikəsü biçarə, Hüseynim vay. 

                                                 

 Qırdılar 




 

270 


 

 Şimr kəsən vəqt yaralı peykərün, 

Oldı xərab xanəsi Peyğəmbərün, 

Bəs, de görüm, kim kəsüb əngüştərün, 

Peykəri sədparə, Hüseynim vay, 

Bikəsü biçarə, Hüseynim vay. 

  

Qəlbdə ah, dildə kəlam, Nadiməm, 



Növhə edər əldə qələm Nadiməm, 

Qəmdən olub qaməti xəm Nadiməm, 

Peykəri sədparə, Hüseynim vay, 

Bikəsü biçarə, Hüseynim vay. 

 

 Xanım Zəhra (ə) dilindən 

 

Ey nuri‐eyni‐Zəhra,  



Mənzil mübarək oğlum. 

Yetdi məramə ə`da,  

Mənzil mübarək, oğlum. 

 

Lə`nət bu əhli‐kinə, 



Zülm etdi Şahi‐dinə, 

Bikəs qalub Səkinə, 

Mənzil mübarək, oğlum. 

  

Doğrandı Övnü Cə`fər, 



Oxlandı hülqi‐Əsğər, 

Harda qalubdur Əkbər? 

Mənzil mübarək, oğlum. 

  

 



 


 

271 


 

Zülm ilə axdı qanlar, 

Qanə batub cəvanlar, 

Harda qalub Ələmdar? 

Mənzil mübarək, oğlum. 

  

Qarət olub əsasun, 



Zeynəb dutubdı yasun, 

Sölə, hanı libasun? 

Mənzil mübarək, oğlum. 

 

Ətfal dəsti bəstə, 



Ey Şahi‐dilşikəstə, 

Yatma, oğul, kül üstə, 

Mənzil mübarək, oğlum. 

  

Kəsmişdim imdi yanun, 



Yaxdım yüz üstə qanun, 

Gəldi öz saribanun, 

Mənzil mübarək, oğlum. 

  

Çox çəkmisən əziyyət, 



Bir ləhzə yuxla rahət, 

Fərşün tənuri‐xəlvət, 

Mənzil mübarək, oğlum. 

  

Ey Nadimi‐diləfruz, 



Ağla Hüseynə hər ruz, 

Zəhra dalınca dilsuz, 

Mənzil mübarək, oğlum. 

 

 



 


 

272 


 

  Yerlər ağladı, göglər ağladı 

 

Şahi‐möhtəşəm zibh olan zəman, 



Yerlər ağladı, göglər ağladı. 

Tirələndi, tar oldı asiman, 

Yerlər ağladı, göglər ağladı. 

 

Kərbəladə ol ləşkəri‐ənid, 



Şahi‐Yəsribi qoydular vəhid, 

Təşnələb onı etdilər şəhid, 

Cümleyi‐məlayiklər ağladı. 

 

Kəsdi peykərün Şimri‐bihəya, 



Cismdən sərün eyləyüb cüda, 

Lərzə eyləyüb dəşti‐Kərbəla, 

Dəsti‐Şimrdə xəncər ağladı. 

 

Şimri‐bihəya kəsdi həncərün, 



Qan ilə xizab etdi peykərün, 

Sariban qət` eylüb əllərün, 

Fatimə olub müztər, ağladı. 

 

Lə`nəti‐Xuda əhli‐kinəyə, 



Vırdılar başun növki‐nizəyə, 

Yetdi bu xəbər çün Səkinəyə, 

Xahəri‐Əli Əkbər ağladı. 

 

Can verən zəman Şahi‐biniyaz, 



Xaliqə edüb qan içində naz, 

Qan ilən alan vəqtə dəstəmaz, 

Ruhi‐paki‐Peyğəmbər ağladı. 



 

273 


 

Qanə qərq olub Şahi‐bisipah, 

Qalmamışdı ol vəqtə bir pənah, 

Mülki‐din xərab oldı ah, ah, 

Cənnət içində hurilər ağladı. 

 

Oldı qaninə Şahi‐din hədəf, 



Bəstəri olub xakü xun ələf, 

Va oğul dedi, çün Şəhi‐Nəcəf,  

Növhə eyləyüb Heydər ağladı. 

 

Ağlasun gərək şiələr təmam, 



Saxlasun əza hər səbah‐axşam, 

Can verən zəman Şahi‐təşnəkam, 

Cəbrəil vırub şəhpər, ağladı. 

 

Qaninə batan vəqtidə İmam, 



Etmədi həya ləşkəri‐zülam, 

Qətligahə yüz qoydular təmam, 

Ali‐Müstəfa yeksər ağladı. 

 

Xeymələr dutan vəqtidə şərar, 



Düxtərani‐tifl etdilər fərar, 

Yüzdə əşki‐tər, qəlbi biqərar 

Oldı Şafiyi‐məhşər ağladı. 

 

Vırdılar başın növki‐nizəyə, 



Etdilər rəvan Şamü Kufəyə, 

Nadim, ağla Şahi‐Mədinəyə, 

Bu bəzmdə hər gözlər ağladı. 

 

 



 


 

274 


 

Olan gül cismi qan ilə gülnar, Hüseynim 

 

Yaralı başuva qurban bu dilşikəstə, 



Olan gül cismi qan ilə gülnar, Hüseynim. 

Gəl sinəmə, yaralısan, yatma kül üstə, 

Ey ənvəri‐eyni‐Heydəri‐Kərrar, Hüseynim. 

 

Söylə, yalquz yatubsan, bəs elün nə olubdur? 



Gülzari‐eşqdə yeksər gülün solubdur, 

Çox qəmlisən, oğul, yoxsa Əkbər ölübdür? 

Hanı bəs Əkbəri‐mələkrüxsar, Hüseynim? 

 

Nə olub, kənar oldun qəbiləndən, elindən, 



Bülbül rəva degil ayrı düşsün gülündən, 

Alublar Əbbas oğlumı yoxsa əlündən? 

Susuz, cananə can verüb sərdar Hüseynim. 

 

Görcək yaralı başuvı, artdı hərasım, 



Neçün səs vermisən, rəva qıl iltimasım, 

Yoxsam


 ki, namurad ölub şəhzadə Qasım? 

Çapublar nə`şin üstə at əğyar, Hüseynim. 

 

Məhasinin gözün yaşı rəvan olubdur, 



Sirişki‐didən ağlamaqdan qan olubdur, 

Yoxsam Əsğər balan oxa nişan olubdur? 

Qundağı qan ilə olubdur xunbar, Hüseynim. 

 

Axır, oğul, söylə, nə olub cahü cəlalun? 



Yoxsa qarət edüb düşmən malü mənalun? 

                                                 

 Yoxsa 



Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə