Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə52/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   48   49   50   51   52   53   54   55   ...   144

 

254 


 

Şimr əl çəkməz axır məni‐bikəsdən, bikəsdən, 

Oğul anası madərimi gözlərəm, gözlərəm. 

 

Fələk saldı qürbət elə daşımı, daşımı, 



Gözüm tökər yüzə qanlı yaşımı, yaşımı, 

Anam yox alsun diz üstə başımı, başımı, 

Şafiyi‐ruzi‐məhşəri gözlərəm, gözlərəm. 

 

Ayrı düşdim bu səhradə elimdən, elimdən, 



Düşmən ənsarımı aldı əlimdən, əlimdən, 

Düşməz Əli Əkbər adı dilimdən, dilimdən, 

Şibhi‐Peyğəmbər Əkbəri gözlərəm, gözlərəm. 

 

Zülmün şərarəsi gögə dayandı, dayandı, 



Rəşid Ələmdarım qanə boyandı, boyandı, 

Yeksər köməklərim bir‐bir doğrandı, doğrandı, 

Ələmdari‐qəmpərvəri gözlərəm, gözlərəm. 

 

Şəhid olub Həbib ibn Məzahir, Məzahir, 



Qəbrimə bu çöldə olar mücavir, mücavir, 

Başım cida üstə olar müsafir, müsafir, 

Tənur içrə xakistəri gözlərəm, gözlərəm. 

 

Xəncər ilə zibh olar həncərim, həncərim, 



Zülfün yolar nə`şim üstə xahərim, xahərim, 

Ağlar qalar ol Zeynəbi‐müztərim, müztərim, 

Madər, əziz xahəri gözlərəm, gözlərəm. 

 

Bu çöldə xeymələr çəkər şərarə, şərarə, 



Əzizə qızlarım düşər fərarə, fərarə, 

 

 




 

255 


 

Hanı bir kəs məni qoysun məzarə, məzarə, 

Övn ilə Fəzlü Cə`fəri gözlərəm, gözlərəm. 

 

Çox görəllər Zeynəbə göz yaşın da, yaşın da, 



Qaçallar qızlarım atlar döşündə, döşündə, 

Qur`an oxur başım cida başında, başında, 

Viranədə hərəmləri gözlərəm, gözlərəm. 

 

Nadim, bu zikri ağla, yaz əzadə, əzadə, 



Hüseyn yarın olsun ruzi‐cəzadə, cəzadə, 

Gözi yaşlu ağla hər qəmfəzadə, fəzadə, 

Ziyarəti‐Peyğəmbəri gözlərəm, gözlərəm. 

 

Boyanub cismün, Hüseyn, laləsifət qanə bu gün 

 

Boyanub cismün, Hüseyn, laləsifət qanə bu gün, 



Gəlmişəm bais odur naləvü əfğanə bu gün. 

 

Lərzəyə gəldi bu gün növhə edüb ərşi‐Xuda, 



Çün bu gün Kərbübəla dəşti olub kuhi‐Mina, 

Rudi‐xuntək bu zəman mövcə gəlür Kərbübəla, 

Ağlaram ruzü şəb ol Şahi‐şəhidanə bu gün. 

 

Bu əzadə gərək aləm eləyə ahü nəva, 



Boyanub qanə bu gün Padşəhi‐Kərbübəla, 

Əkbəri təşnəcigər doğradılar qövmi‐dəğa, 

Saldılar ləşkəri‐dun Əkbəri meydanə bu gün. 

 

Əkbərün boynuna çün saldı kəfən şahi‐İmam, 



Zülm ilə qırdılar ənsarını ol qövmi‐zülam, 

Leyliyi‐bəxtiqəranun çün olub qəddi kəman, 

Saxlayub çünki əza Əkbəri‐ətşanə bu gün. 



 

256 


 

Bu müsibətdə, könül, növhəvü fərd eylə bəyan, 

Gözləründən elə rüxsaruva xun əşk rəvan, 

Şiələr qarə geyüb cümlə edər ahü fəğan, 

Saxlarux tə`ziyə səqqayi‐yetimanə bu gün. 

 

Kərbəladə boyanub qanına Sultani‐zəman, 



Yarü ənsarını eylüblə şəhid Şimrü Sinan, 

Bağladı gözlərini qırmızı dəsmaliyə qan, 

Yeri var, göz yaşımız gər dönə ümmanə bu gün. 

 

Zeynəbün aldı əlindən fələk hər izzətini, 



Soldurub güllərini, əldən alub şövkətini, 

Artırub cövrü cəfa ilə qəmü möhnətini, 

Zülm ilə oldı səvar naqeyi‐üryanə bu gün. 

 

Şimri‐dun xaneyi‐Peyğəmbəri viran eləyüb, 



Çün Hüseyn xeymələrin zülm ilə talan eləyüb, 

Həşrətək şiələrin karını əfğan eləyüb, 

Yandurub şiələrün qəlbini suzanə bu gün. 

 

Ya Hüseyn, ağlarux ol Qasimi‐gülpeykərüvə, 



Övn ilə Cə`fərüvə, Əkbəri‐xoşmənzərüvə, 

Oxlanan dəstivün üstündə Əli Əsğərüvə, 

Göz yaşun şiələrün döndərüb al qanə bu gün. 

 

Sənün eşqündə gəlüb Nadimün əfğanə, Hüseyn, 



İltifat eylə, nəzər qıl məni‐nalanə, Hüseyn, 

İstərəm bir də olam qəbrüvə pərvanə, Hüseyn, 

Mərhəmət etsən əgər Nadimi‐giryanə bu gün. 

 

 



 


 

257 


 

Həzrət İmam Hüseyn (ə)‐ın hüccəti təmam etməsi 

 

Get, beylə söylə Şimrə, ya Əbbas, 



Həqqi nəhy edüb kafər olmasun. 

Allanub bu beş gün rəyasətə, 

Baqi duzəxi‐azər almasun. 

 

Şahi‐Yəsribi görməsün vəhid, 



Küfrə fəxr edüb olmasun ənid, 

Tarümar olar izzəti‐Yəzid, 

Səhv edüb özün narə salmasun. 

 

Mən əzizi‐Peyğəmbərəm, bilün, 



Ərş tağinə ləngərəm, bilün, 

Xəlqi‐aləmə rəhbərəm, bilün, 

Hüccətim budur, məxfi qalmasun. 

 

Baxmasun mənim azdı ləşkərim, 



Cabəca durur yarü yavərim, 

Yardur mənə yari‐davərim, 

Şahi‐dini biyar bilməsün. 

 

Şayidür bu, Peyğəmbər oğluyam, 



Şafiyi‐ruzi‐məhşər oğluyam, 

Var rəşadətim, Heydər oğluyam, 

Başını əbəs şurə salmasun. 

 

Ləşkərə baxub olmasun qürur, 



Yox bəsirəti, kur oğlı kur, 

 

 




 

258 


 

Qırsam aləmi, vardı məndə zur, 

Ömrlər əbəs zail olmasun. 

 

Naibi‐şəhi‐“Lafəta” mənəm, 



Nuri‐dideyi‐Müstəfa mənəm, 

Sureyi‐“Züha”, “Qül kəfa” mənəm, 

Aqqi‐Şafiyi‐məhşər olmasun. 

 

Mənlə fəxr edər cümlə masiva, 



Yardur mənə maliki‐Xuda, 

Mənlə fəxr edər ərşi‐kibriya, 

Heç məqamə inkar gəlməsün. 

 

Ya Hüseyn, olub Nadimün dəxil, 



Eyləyər bəyan növhə bu qəbil, 

Zairün olam istərəm hər il, 

Həsrətim dəxi dildə qalmasun. 

 

İmam Hüseyn (ə) dilindən Əmirəlmö`minin  



Əli (ə)‐a xitabən 

 

Gülşənimi soldurub qövmi‐dəğa, ya Əli, 



Yasə batubdur təmam Ali‐Əba, ya Əli. 

 

Yazdı neçə namələr əhli‐şəriri‐Əraq, 



Mülki‐Əraqə gətürdilə bərəsmi qonaq, 

İmdi mənim qətlimə cümləsi etdi tifaq,

 

Əhdlərün sındırub əhli‐cəfa, ya Əli. 



 

                                                 

 Burada ittifaq mənasındadır 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə