Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə49/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   45   46   47   48   49   50   51   52   ...   144

 

240 


 

Olmayubdur əl‐vərəq cismim hələ Qur`an kimi, 

Kəsməyüblə başımı ləbtəşnə çox qurban kimi, 

Ağlama, göz yaşuvı tökmə hələ neysan kimi, 

Həncərimə qoymayubdur Şimr xəncər, Zeynəbim. 

 

Cismimi bisər görəndən sonra ağlarsan, bacı, 



Başım üstə növhə eylüb sinə dağlarsan, bacı, 

Gözlərimi hərgiz ə`da qoysa, bağlarsan, bacı, 

Qanım ilə olmayub səqqalım əhmər, Zeynəbim. 

 

Xeyməgahım yanmayub, qorxutmayub ləşkər sizi, 



Rəxtə möhtac etməyüb zülm ilə qarətgər sizi, 

Salmayub səhralərə bu zümreyi‐kafər sizi, 

Qol‐qola bağlanmayub Ali‐Peyəmbər, Zeynəbim. 

 

Sineyi‐pürsuzə vırma müsibət daşını, 



Ölməmüş mən, qoyma Əhli‐Beytim açsun başını, 

Nadiməm, əldə qələm töksün yüzə göz yaşını, 

Zikri‐möhnət söləsün, zarü mükəddər Zeynəbim. 

 

İmam Hüseyn (ə) Həzrət Zeynəbə 

 

Ey bacı, ey Zeynəbi‐biyavər, Allah saxlasun, 



Ali‐Taha, itrəti‐Peyğəmbər, Allah saxlasun. 

 

Bu vidayi‐axərimdür, çün şəhadət vəqtidür, 



Gəlməgimə yox gümanım, çünki rehlət vəqtidür, 

Qan içində eyləyim, Həqqə ibadət vəqtidür, 

Ey qalan gözyaşlı Ali‐Heydər, Allah saxlasun. 

 

 



 


 

241 


 

Ölməmiş mən eyləmə şur ilə əfğan, Zeynəbim, 

Baş açub, zülfün yolub, olma hərasan, Zeynəbim, 

Əhli‐Beyti‐bipənahə yar ol hər an, Zeynəbim, 

Mehribanım, nuri‐eyni‐madər, Allah saxlasun. 

 

Göz yaşun tökmə yüzə məhzunü müztər, səbr elə, 



Həncərimə Şimr hələ qoymubdı xəncər, səbr elə, 

Əzmi‐qarət etməyüblər fövci‐ləşkər, səbr elə, 

Ey bacı, mən ölməmiş açma sər, Allah saxlasun. 

 

Səbr elə, cismim hələ qan ilə ülfət etməyüb, 



Əşqiyalər xeyməvü xərgahı qarət etməyüb, 

Nizə başında başım Qur`an tilavət etməyüb, 

Batmayub qanə şəhi‐biyavər, Allah saxlasun. 

 

Salmayublar türbəti‐Kərbübəlayə nə`şimi, 



Qanıma məmzuc etmübdür ədu göz yaşımı, 

Kəsməyüb, bacı, hələ Şimri‐sitəmkər başımı, 

Açmayub başun hələ hurilər, Allah saxlasun. 

 

Yox anam bu Kərbəladə nə`şüm üstə ağlasun, 



Baş açub, zülfün yolub, şur ilə sinə dağlasun, 

Başımı alsun diz üstə, gözlərimi bağlasun, 

Əhli‐Beyti bikəsü biyavər, Allah saxlasun. 

 

Ey bacı, başım olan vəqtə əsir düşmənə, 



Qətligahə gəl cənazəm üstə, əfğan et mənə, 

Əhli‐Beyti‐bipənahı, bacı, tapşurdum sənə, 

Düxtərani‐bisərə ol yavər, Allah saxlasun. 

 

 



 


 

242 


 

Səbr elə vırsa əgər düşmən cidayə başımı, 

Xuliyi‐bidin qoya mətbəxsərayə başımı, 

Şamdə qoysa Yəzid təşti‐təlayə başımı, 

Yarun olsun bir Xudayi‐davər, Allah saxlasun. 

 

Nadim aləmdə olubdur bu Hüseyn avarəsi, 



Şö`ləvər oldı, alışdı narə qəlbi yarəsi, 

Zeynəbün ol vəqt aləmdən kəsildi çarəsi, 

Söylədi Şahi‐şəhidan, xahər, Allah saxlasun. 

 

Həzrət Fatimeyi‐Zəhra (ə) dilindən 

 

Ey bimüinü biyar, Hüseynim, 



Mənzil mübarək, sərdar Hüseynim. 

 

Meydanda gördüm cismün, nə sər var, 



Nə müinü yar, nə pərəstar var, 

Nə əldə əngüştər var, nə sər var, 

Ey bimüinü biyar, Hüseynim, 

Mənzil mübarək, sərdar Hüseynim. 

 

Almış idim indi nə`şün qucağə, 



Sədparə gördüm başdan‐əyağə, 

Gəl sinəmə, qoy dodağ‐dodağə, 

Ey bimüinü biyar, Hüseynim, 

Mənzil mübarək, sərdar Hüseynim. 

  

Görürəm yanub narə xeyməgahun, 



Ağlallar ətfali‐bipənahun, 

Talan olubdur mal ilə cahun, 

 

 



 

243 


 

Ey bimüinü biyar, Hüseynim, 

Mənzil mübarək, sərdar Hüseynim. 

  

Görərdim əyalun düşmən soyubdur, 



Qundaği‐Əsğəri xunbar olubdur, 

Söylə görüm, Əkbər nə olubdur, 

Ey bimüinü biyar, Hüseynim, 

Mənzil mübarək, sərdar Hüseynim. 

  

Görərdim axubdur meydanə qanlar, 



Bisər düşübdür tazə cəvanlar, 

Məqsudə yetdilər kufəyanlar, 

Ey bimüinü biyar, Hüseynim, 

Mənzil mübarək, sərdar Hüseynim. 

  

Əhli‐cəfalər məqsudə yetdi, 



Xuli başuvi tənurə gətdi, 

Kül yeri verdi, hörmət etdi, 

Ey bimüinü biyar, Hüseynim, 

Mənzil mübarək, sərdar Hüseynim. 

  

Başun dalunca gəlləm piyadə, 



Qur`an tilavət eylər cidadə, 

Gah mənzil eylər mətbəxsəradə, 

Ey bimüinü biyar, Hüseynim, 

Mənzil mübarək, sərdar Hüseynim. 

  

Bülbül nə lazım qalsun çəmənsiz, 



Nə`şün salublar ə`da kəfənsiz, 

Başun gəzər hər şəhri bədənsiz, 

 

 



 

244 


 

Ey bimüinü biyar, Hüseynim, 

Mənzil mübarək, sərdar Hüseynim. 

 

Bu başı bəslər idim dizim üstə, 



Gah əlimdə, gah sinəm üstə, 

Əl`an töküldi qəmlər qəm üstə, 

Ey bimüinü biyar, Hüseynim, 

Mənzil mübarək, sərdar Hüseynim. 

 

Tök əşki‐çeşmün rüxsarə, Nadim, 



Yaz zikri‐möhnət, dilparə Nadim, 

Bu virdi yaz, gəl göftarə, Nadim, 

Ey bimüinü biyar, Hüseynim, 

Mənzil mübarək, sərdar Hüseynim. 

 

Şami‐qəribanda Fatimeyi‐Zəhra (ə) dilindən 

 

 



Nazlı başı kül üstə mehman olan, Hüseyn vay, 

Ətfalı dəstbəstə giryan olan, Hüseyn vay. 

Hüseyn vay, Hüseyn vay. 

Bərhəm olan cəlalı,  

Talan olan mənalı, 

Əsir olan əyalı. 

 

Zəhra anan gəlibdür axır matəmsərayə, 



Bu baş veribdür zinət axır ərşi‐Xudayə, 

Xuli qoyub o başı imdi mətbəxsərayə, 

Nazlı başı kül üstə mehman olan, Hüseyn vay. 

Hüseyn vay, Hüseyn vay. 

Ey şahi‐dilşikəstə, 

Ətfalı dəstbəstə, 

Yatma oğul kül üstə. 



Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə