Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə45/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   41   42   43   44   45   46   47   48   ...   144

 

220 


 

Qalmayub yoxsa babamun kimsə yarü yavəri? 

Nari‐hicrə yandı məğzi‐üstüxanım, gəlmədi. 

 

Bu gecə mən xabdə aşüftəhalət görmüşəm, 



Yarü yavərdən nə bir kimsə səlamət görmüşəm, 

Zahir olmuş bir biyabanda qiyamət görmüşəm, 

Əzm edən mülki‐Əraqə karivanım gəlmədi. 

 

Xabdə gördüm babam tənhavü sərgərdan qalub, 



Dövrəsin səf‐səf təmamən qan tökən üdvan alub, 

Gül cəmalı kəhrəbatək möhnətü qəmdən solub, 

Bəs səlamətdür, neçün Şahi‐cəhanım gəlmədi? 

 

Qəlbimin aramı Əkbər gördüm olmuş qərqi‐xun, 



Az qalub bu vaqiə, ya Rəb, məni etsün cünun, 

Qəlbim oldı qan ələmdən, gözlərəm hər gün yolun, 

İntizarəm ağlamaqdan, çıxdı canım, gəlmədi. 

 

Tifl çağımda müsibət qəddimi eylübdi xəm, 



Möhnətü dərdü qəmim artar, Xudaya, dəmbədəm, 

Gördüm üdvan eyləyibdür Əbbasun dəstin qələm, 

Qəm həlak eylər məni, qəmpərvəranım gəlmədi. 

 

Qasimi‐naşadı gördüm dəstün eylüb qan xizab, 



Şö`ləvər oldı, alışdı mülki‐dil misli‐kəbab, 

Qarə üstdən qarə geymiş əgninə Ali‐Türab, 

Yox səlamət heç kəsim, axir gümanım gəlmədi. 

 

Əsğərün qundağını gördüm babam almış ələ, 



Qan ilə sirab edüb dəstində zülmi‐Hərmələ, 

 



 

221 


 

Kərbəla səhrasını dutmuş sərasər zəlzələ, 

Zeynəbi‐biçarəvü bixanimanım gəlmədi. 

 

Nadimi‐biçarətək məhzunü giryan olmuşam, 



Ruzü şəb Məcnunsifət zarü pərişan olmuşam, 

İntizardurlar sənün taqündə dərban olmuşam, 

Sahibi‐Qur`anü minbər, kamranım gəlmədi. 

 

                Fatimeyi‐Süğra dilindən 

 

Getmə Əraqə, ey baba, qoyma məlal ilən məni, 



Getməgün olsa, həmrəh et, əhli‐əyal ilən məni. 

 

 



Getsəz Əraqə, ey baba, mən necə yarsız qalım, 

Qət` olu səbrü taqətim, səbrü qərarsız qalım, 

Əmmələrim ümum gedüb, əmmü kibarsız qalım, 

Həmnişin eylə, barı, ol Haşimi xal ilən məni. 

 

Əkbərimi aparma çox, vardur ona məhəbbətim, 



Getsə Əliyyü Əkbərim taq olu səbrü rahətim, 

İmdi ki, həmrəh olmağa yoxdı bədəndə  taqətim, 

Qoy bu vətəndə, Əkbəri‐mahcəmal ilən məni. 

 

İmdi ki, getməgi, baba, Əkbərimün olub zərur, 



Ta ki, gəlincə Əkbərim eylərəm ahü nalə şur, 

Tapşur, əmandı, Zeynəbə, ey baba, əmməmə buyur, 

Qoymaya guşələrdə tək fikrü xəyal ilən məni. 

 

Əmməmi söylüsən, baba, əhli‐əyalə yar olar, 



Bəs mənə kim bu xanədə munisü qəmküsar olar? 

 

 




 

222 


 

Fikrü xəyal ilən Əlinün gözi müşkbar olar, 

Dindürür ağlayanda kim çeşmi‐hilal ilən məni. 

 

Barı, bacım Səkinəni, qoy qala, yavərim baba, 



Çünki yetiməyəm mənim sağ dəgi madərim, baba, 

Rehlət edəndə yox anam bağlaya gözlərim, baba, 

Tapşurusan kimə, baba, bəs dili‐qal ilən məni. 

 

Cari edüb üzarimə göz yaşı siz gəlincə mən, 



Qürbət olar mənə, baba, hicr ilə guşeyi‐vətən, 

Tapsa əcəl gəlincə siz, kim mənə eyləyər kəfən, 

Kim, baba, dəfnü kəfn edər cahü cəlal ilən məni. 

 

Nadim, Hüseynün adını sal hər əmrdə yaduva, 



Dari‐fənadə Həqq səni ta yetirə muraduva, 

Qəbrə düşən zəmandə yetsün əmusi daduva, 

Qanlı ələm əlində dərk etsün o hal ilən məni. 

 

Fatimeyi‐Süğra dilindən 

 

Bu nə dərdü qəmdür eylüb məni bağrıqan, İlahi, 



Hanı Əkbərim ki, eylüm qəmimi bəyan, İlahi. 

 

Bu nə dərdü qəmdi, canım şərəri‐fəraqə yandı, 



Bu yaralı qəlbim, Allah, genə qan ilən boyandı, 

Gedüb Əkbərim əlimdən, elə adətim fəğandı,  

Kimə dərdimi deyim bəs məni‐natəvan, İlahi.  

 

Nə yanımda vardur əmməm, nə bacım nə bir müinim, 



Nə yanımda var Səkinə, o əzizi‐nuri‐eynim, 

 

 




 

223 


 

Eyləyüb vətən qəribi məni Şahi‐məşriqeynim, 

Bir əlileyi‐yetiməm, qurtarubdur can, İlahi. 

 

Hanı bəs vəfalı Əbbas, gəlüb halımı soruşmur, 



Bu vətəndə dutmuşam yas, o məlalımı soruşmur, 

Gedüb izzətim əlimdən, o cəlalımı soruşmur, 

Nə rəvadı yalquz evdə çəkəm əl‐əman, İlahi. 

 

Gedüb Əkbərim əlimdən, elərəm fəğanü nalə, 



Budur arizum dübarə yetişə əlim vüsalə, 

Gələ Əkbərim dübarə yetişəm o xoş məqalə, 

Nə ola gələ səlamət o əzizi‐can, İlahi. 

 

Məni qoydılar bu evdə hamısı Əraqə getdi, 



Gözi yaşlı, qəlbi dağlı, salub əşqiyayə getdi, 

Ürəgim alışdı, ya Rəb, şərəri‐fəraqə getdi, 

Dəxi yoxdı bir pənahım olam həmzəban, İlahi. 

 

Əzəl Əsğərün qundağın gətirüb qucağə allam, 



Bəzərəm Əli otağın, sərinə təsəddüq ollam, 

Məni öldürür bu firqət özüm öz qəmimi billəm, 

Əli Əkbərin qəmində könül oldı qan, İlahi. 

 

Eyləyüb əhatə, ya Rəb, məni yalquz evdə möhnət, 



Əriyibdür cismi‐zarım, qədimi büküb müsibət, 

Budur arzum, ey İlahi, gələ əmmələr səlamət, 

Bu libasımı fəqirə verim ol zəman, İlahi. 

 

 



 


 

224 


 

Bu cəhandə dərd əlindən yetişibdü canə Nadim, 

Salu



 va Hüseyn sədasın genə asimanə Nadim, 



Alışub şərari‐narə, gəlüb əl‐əmanə Nadim, 

Əriyübdi dərd əlindən, qurtarubdı can, İlahi. 

 

Fatimeyi‐Süğra dilindən 

 

Səfər eyləmə Əraqə, Əli, qardaş, əl‐əmandur, 



Dözə bilmərəm fəraqə, Əli, qardaş, əl‐əmandur. 

 

Gözi yaşlı qoyma, rəhm et, məni‐zari, mən əliləm, 



Yox anam mənə himayət eyləsün ki, mən zəliləm, 

Əlim üzmə damənündən, sənə gəlmişəm, dəxiləm, 

Dözə bilmərəm fəraqə, Əli, qardaş, əl‐əmandur. 

  

Gedəsən Mədinədən sən, mənə kim edər məhəbbət? 



Yanaram şüayi‐hicrə, məni yandırur bu firqət, 

Məni sənsiz, ey bəradər, bu bəlavü bu müsibət, 

Dözə bilmərəm fəraqə, Əli, qardaş, əl‐əmandur. 

  

Gedüsən



∗∗

 Əraqə, qardaş, məni də apar yanunca, 

Çəkə bilmərəm fəraqun, edərəm fəğan ölüncə, 

Tökərəm sirişk üzarə bura ta ki, sən gəlincə, 

Dözə bilmərəm fəraqə, Əli, qardaş, əl‐əmandur. 

  

Gözümün yaşına rəhm et, məni qoyma bibəradər, 



Məni də apar Əraqə, ey əzizi‐cani‐madər, 

 

 



                                                 

 Salır 



∗∗

 Gedirsən 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə