Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə46/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   42   43   44   45   46   47   48   49   ...   144

 

225 


 

Mənə bir də söylə, vəslün olacaq haçan müyəssər? 

Dözə bilmərəm fəraqə, Əli, qardaş, əl‐əmandur. 

 

Bəli, bacular cəhanda olu qardaşına mahir, 



Əli, sən gəlüncə geyməz bu bacun libasi‐faxir, 

Neçə illər ilə bəs səbr eyləyim fəraqə axır, 

Dözə bilmərəm fəraqə, Əli, qardaş, əl‐əmandur. 

  

Qələm əldə yaz risalə elə ahü nalə, Nadim, 



O əlilənün o halun gətirüb xəyalə, Nadim, 

Məni ol yetimün halı gətirür məlalə, Nadim, 

Dözə bilmərəm fəraqə, Əli, qardaş, əl‐əmandur. 

  

Seyyidüşşühəda (ə) dilindən 

 

Ey ana, qoy başımı ahəstə al qan üstünə, 



Saxlama sinəndə, qoy bu qanlı meydan üstünə. 

 

Razıyam cəddim məni öz qanıma qəltan görə, 



Rəxti‐xabım növkü peykan, dəstəmazım qan görə, 

Balıcım şəmşirü xəncər, nə`şimi üryan görə, 

Öz ridasın çətr edə sədparə qurban üstünə. 

 

Canımı bəzl etmişəm ruzi‐əzəl cananıma, 



Kərbəla toprağı ta məmzuc ola öz qanıma, 

Naz edəm qanə boyanmış Xaliqi‐sübhanıma, 

Cədvəl olsun ta o qan, dünyadə fürqan üstünə. 

 

Kufəyan oldı mənə yağı misali‐qövmi‐Lut, 



Parə‐parə doğranub ta eylərəm Həqqə sübut, 

 

 




 

226 


 

Üç gecə‐gündüz  qum üstə qalsa cismim bihənut, 

Salsun ə`da cismimi xari‐müğilan üstünə. 

 

Nəhrtək qanım rəvan olsun boğazımdan gərək, 



Əllərim olsun xizab qan dəstəmazımdan gərək, 

Feyz aparsun şiələr razü niyazımdan gərək, 

Göz yaşilə eyləsünlər fəxr Qur`an üstünə. 

 

Eylədim Həqqə fəda əshabımı, ənsarımı, 



Zibh edəllər əşqiyalər cümlə qurbanlarımı, 

Cövr ilə xar əl tapub, soldurdular gülzarımı, 

Tökdülər bibalü pər reyhanı reyhan üstünə. 

 

Etmişəm canə qəbul bu ərsədə can verməgi, 



Min üç yüz əlli yara bir cismdə san verməgi, 

Bu Minadə şövq ilə hər növ`i qurban verməgi, 

Töksün ə`dalər, susuz qurbanı qurban üstünə. 

 

İstərəm mən qan ilə əlvan olunmuş vəsli‐yar, 



Etmişəm ruzi‐Ələstdə yar ilə beylə qərar, 

Başımı, övladımı, ənsarımı qıllam nisar, 

Zivər olsun qanımız xaki‐biyaban üstünə. 

 

Razıyam etsə əsir ə`da əgər ətfalımı, 



Xeyməgahə od vırub, gər qarət etsə malımı, 

Şiələr salsun xəyalə bu susuz əhvalımı, 

Cürbəcür möhnət qoyub yüz Şahi‐dövran üstünə. 

 

Nadima, bu möhnət eylər qəlbimi, billah, kəbab, 



Doymayub cövrü cəfasından Yəzidi‐bihicab, 

 

 




 

227 


 

Hər bəlavü möhnətə səbr eyləyüb Ali‐Türab, 

Xeyzərani‐çubi vırdı dürr dəndan üstünə. 

 

İmam Hüseyn əleyhissəlamdan ləşkərə xitab 

 

Bu Kərbübəladə batam al qanə, rizayəm, 



Bisər salasuz ərseyi‐meydanə, rizayəm. 

 

Fikr eyləməyün ki, Hüseyn öz halına ağlar, 



Nə başı kəsik bir bölük ətfalına ağlar, 

Aşiq yetişən vəqtidə cananına ağlar, 

Verməkligə min şövq ilə cananə, rizayəm. 

 

Eşq əhli həmişə rəhi‐cananı gözətlər, 



Bülbül çəməni, vəsli‐gülistanı gözətlər, 

Dil qanə dönüb, çıxmağa bu canı gözətlər, 

Çox yarə vırun, ta yetirün canə, rizayəm. 

 

Kəssün başımı Şimr ki, mətlubinə yetsün, 



Qoy, əhli‐cəfa cümləsi məqsudinə yetsün, 

Ta ölsün Hüseyn, Xaliqi‐mə`budinə yetsün, 

Qurbandı bu can Xaliqi‐sübhanə, rizayəm. 

 

Bəs harda qalub, gəlmiri ol Şimri‐şərarət, 



Gəlsün, yetişibdür bu zəman vəqti‐şəhadət, 

Qan içrə gərək Xaliqimə eylüm ibadət, 

Cami‐əcəli içməgə məstanə, rizayəm. 

 

Bu çöldə gərək dəstəmaz abım ola al qan, 



Fərşim qurı yer, səcdəgəhim xəncəri‐bürran, 

 

 




 

228 


 

Mən razü niyaz eyləyirəm qan ilə al qan, 

Zeynəb gələ ol vəqtdə əfğanə, rizayəm. 

 

Qoy, cövrü cəfa cümləsi itmamə yetişsün, 



Kəssün başımı Şimri‐dəğa, kamə yetişsün, 

Min doqquz yüz əlli yara bu canə yetişsün, 

Qanım qarışa xari‐müqilanə, rizayəm. 

 

Qarət eləsün xeymələrim zümreyi‐kafər, 



Qalsun bədənim ərseyi‐meydandə bisər, 

Qur`an oxusun növki‐cidadə başım əzbər, 

Gər nizə başında gələ cövlanə, rizayəm. 

 

Bu sinəmə ol Şimri‐dəğa çəkməli çıxsun, 



Kəssün başımı, xaneyi‐Peyğəmbəri yıxsun, 

Mən zibh olunan vəqtə, anam Fatimə baxsun, 

Qanım verə zinət bu biyabanə, rizayəm. 

 

Ox yarəsi bu sinəmə üst‐üstə vırulsun, 



Bu Kərbübəladə bir əzaxanə qurulsun, 

Ta Abidimün boynuna qiladə vırulsun, 

Gər mindirəsüz naqeyi‐üryanə, rizayəm. 

 

Bu çöldə gərək xeymələrim zülm ilə yansun, 



Övladi‐Əli Kufədə bazarı dolansun,  

Kül üstə tənur içrə başım bir gecə qalsun, 

Gözyaşlı anam gəlsə o məskanə,

 rizayəm. 



 

 

 



                                                 

 Məskən 




 

229 


 

Zülm ilə sinəmdən neçə qan nəhridi cari, 

Şamə çəkilüb Zeynəbü Külsum qətari, 

Olsa əgər ol düxtəri‐şəhzadə məzari, 

Ol Şamdə bir guşeyi‐viranə, rizayəm. 

 

Ətfalı çəkən vəqtdə ol bəzmi‐Yəzidə, 



Vallahi, rəvadur tökə xun‐əşk hamı didə, 

Çubi gətürən vəqtdə deyün, bari, Yəzidə, 

Hər qədri vıra bu ləbi‐suzanə, rizayəm. 

 

Vallah, bu müsibətdə tökər göz yaşı Heydər, 



Əfğanə gəlüb nalə edər Şafiyi‐məhşər, 

Hər bəzmi‐əzadə bu kəlamı edə əzbər,  

Nadim qələm əldə gələ əfğanə, rizayəm. 

 

İmam Hüseyn (ə) Həzrət Zeynəbə xitabən 

 

Bu zəmini‐Neynəvadur, ey bacı, Mina degil, 



Ərseyi‐Kərbübəladur, vadiyi‐Sina degil. 

 

Bu zəminün qissəsin cəddim mənə e`lan edüb, 



Çün mənə qismət bu dəşti, Xaliqi‐Sübhan edüb, 

Məndən ötri burda bir mərqəd Xuda pünhan edüb, 

Bu zəmin dəşti‐bəladur, Yəsribü Bətha degil. 

 

Burda çün Adəm, qılubdur, xilqəti‐əzzəl, nəmaz, 



Ənbiyalər burda eylüb Həqq ilə razü niyaz, 

Mən də burda qan içində eylərəm Mə`budə naz, 

Cümleyi‐xaki‐bəla bu türbətə həmta degil. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə