Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə53/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   49   50   51   52   53   54   55   56   ...   144

 

259 


 

Etdilə bəstə əzəl ruyimə su yollarun, 

Suzi‐ətəşdən solub qönçəsifət güllərün, 

Təşnə su yanında səqqanun iki qollarun, 

Cövr ilə təndən ədu etdi cüda, ya Əli. 

 

Əkbəri‐nakamımı aldı əlimdən ədu, 



Sağ gətirim xeyməyə, çox elədim cüstucu, 

Leyla həman qan ilən eylədi guya vüzu, 

Ağladı o halətə ərzü səma, ya Əli. 

 

Əsğərimün qundağın aldım ələ misli‐nur, 



Zülmini küllən təmam etdi ədulər zühur, 

Atdı bir ox Hərmələ, ağladı vəhşü tüyur, 

Oldı o qandan hədəf ərşi‐Xuda, ya Əli. 

 

Qasimi‐damadımun qanə batub əlləri, 



Qan ilə yeksan olub parələnüb peykəri, 

Gözləmədi əhli‐kin hörməti‐Peyğəmbəri, 

Qandan ərusi ələ yaxdı həna, ya Əli. 

 

Aldı əlimdən ədu Əkbərü Əbbasimi, 



Oxladılar Əsğəri, doğradılar Qasimi, 

Xeymədə Zeynəb bacım imdi dutub yasimi, 

Əhli‐əyalım edər ahü nəva, ya Əli. 

 

Cövr ilə xar əl tapub səhni‐çəməndə gülə, 



Eyni‐səadətdi çün gəlmərəm əslən dilə, 

Şimr kəsər başımi, tapşurar əldən‐ələ, 

Mövcə gələr zülmdən bəhri‐bəla, ya Əli. 

 

 



 


 

260 


 

Saldıla dildən məni cövr ilə ləşkər, baba, 

Zeynəbə yar ol özün aləmə yavər, baba, 

Yansa xiyam, çölə qaçsa hərəmlər, baba, 

İtrətün eylər fəğan, ya əbəta, ya Əli. 

 

Əhli‐hərəm dəstgir olsa həmə bağrıqan, 



Yoxdı yetən dadə bir cümləsi eylər fəğan, 

Vırsa Yəzid hər qədr ləblərimə xeyzəran, 

Çünki rizayəm budur əmri‐qəza, ya Əli. 

 

Rəsmdi bülbül qonar səhndə gül üstünə, 



Xuli tənurə qoyar başımı kül üstünə, 

Şimr vırar kin ilə silini sil üstünə, 

Nazlı Səkinəm edər ahü nəva, ya Əli. 

 

Olsa həyat hər qədr, ağlaram əhvaluva, 



Nadimün olsun fəda qanə batan haluva, 

Asiyəm, əfv et məni, ol susuz ətfaluva, 

Qəbr fişarından et, bari rəha, ya Əli. 

 

İmam Hüseyn (ə)‐ın dilindən ləşkəri‐üdvanə xitab 

 

Mən sizə axır İmamü pişvayəm, vırmayun, 



Bir qəribəm mən, vəhidi‐Kərbəlayəm, vırmayun. 

 

Bilmirəm mən netmişəm,



 ey ləşkəri‐üdvan, sizə, 

Bir neçə namə yazubsuz, gəlmişəm mehman sizə, 

Əhli‐Kufə, neyləyibdür Şahi‐məzluman sizə? 

Bir qəribi‐bimüinü binəvayəm, vırmayun. 

                                                 

 Nə etmişəm 




 

261 


 

Bir neçə namə yazub gətdüz

 bura mehman məni, 



Su kənarında neçün bəs qoymusuz ətşan məni? 

Vırmusuz yarə, al‐əlvan eyləyibdür qan məni, 

Dərdi‐üzmayə bu çöldə mübtəlayəm, vırmayun. 

 

Əhli‐Kufə, azimi‐üqba olanda Müstəfa, 



Bu sözi tə`kid ilə tapşurdı Şahi‐ənbiya, 

Bir sizə Qur`an əmanət, bir də ki, Ali‐Əba, 

Mən, bilün, nuri‐düeyni‐Müstəfayəm, vırmayun. 

 

Qırmısuz ənsarımı, ey ləşkəri‐gümrahi‐Şam, 



Ali‐Peyğəmbər susuzdan ağlayar əllərdə cam, 

Çün həyat oldı mənə Əbbasdən sonra həram, 

Bu Ələmdarun qəmində biqərarəm, vırmayun. 

 

Qasimi əlvan edibsüz qanına, ağlar gözüm, 



Göz yaşın rüxsarimə cari edüb yannam özüm, 

Əkbərü Əbbasdən sonra yəqin gülməz yüzüm, 

Mən, bilün, dürdaneyi‐Xeyrün‐nisayəm, vırmayun. 

 

Bu cəfa bəsdür ki, öldürdüz Əliyyü Əkbəri, 



Oxladuz dəstimdə qundaği‐Əliyyü Əsğəri, 

Qırmısuz ənsarımı, öldürdüz Övnü Cə`fəri, 

Mən Hüseynəm, zinəti‐ərşi‐Xudayəm, vırmayun. 

 

Həm atamdur Heydəri‐Səftər, Şəhi‐məhşər, İmam, 



Müctəbadur qardaşım, ümmətlərə rəhbər, İmam, 

 

 



                                                 

 Gətirdiniz 




 

262 


 

Mən özüm də bir nəfər övladi‐Peyğəmbər, İmam, 

Siz bilürsüz mən İmami‐masivayəm, vırmayun. 

 

Öldi Əbbasım bu çöldə zülm ilə, yatdı ələm, 



Övc edər ahım səmayə Kərbəladə dəmbədəm, 

Bu bəlayi‐dəştə getməkdə nəinki Nadiməm, 

Rəhm edün, mən bir qəribi‐Neynəvayəm, vırmayun. 

 

Həzrət İmam Hüseyn dilindən 

 

Aşiq öz mə`şuqinə canın edə qurban gərək, 



Can qoyub şövq ilə olsun layiqi‐canan gərək. 

 

Həqq ilə əhd etmişəm ruzi‐Ələstdə mən əzəl, 



Ta edəm öz etdigim əhdilə peymanə əməl, 

Canimə dörd min yara yetsün, məni tapsun əcəl, 

Həqq yolunda ta olam öz qanıma əlvan gərək. 

 

Canımı məhbubimə şövq ilə mən qıllam fəda, 



Qanıma batsun gərək bu xaki‐paki‐Kərbəla, 

Çəkməli çıxsın yaralı sinəmə Şimri‐dəğa, 

Hülqimə zülm ilə qoysun xəncəri‐bürran gərək. 

 

Səbr elə hər cür müsibət yüz verə hərgah sənə, 



Qıl təhəmmül, hər qədr zülm eyləsə düşmən sənə, 

Bikəfən qallam, nə qüslü nə hənut olmaz mənə, 

Qüslüm olsun zülm ilə, ey bacı, alü qan gərək. 

 

Həqqə təslim eylərəm bu çöldə hər qurbanımı, 



Şövq ilə verrəm, bacı, canan yolunda canımı, 

 

 




 

263 


 

Tifl Əliyyül‐Əsğəri, nakam Əli ətşanımı, 

Qanə batmış zibh edə bu bihəya üdvan gərək. 

 

Əsğərün bu Kərbəladə hülqün oxlar Hərmələ, 



Əsğərün qundağını allam bu Minadə ələ, 

İnsü cinn ağlar o halə, yerlər eylər zəlzələ, 

Əsğəri sirab edə ta navəkü peykan gərək. 

 

Oxlanub açsun gözün gülsün, dübarə ağlasun, 



Şiələr ta həşr olunca cümlə sinə dağlasun, 

Madəri gözyaşlı gəlsün, yarəsini bağlasun, 

Əsğərün qundağı olsun qan ilə yeksan gərək. 

 

Qasimi‐naşadımı ə`dalər eyləllə şəhid, 



Göz yaşım rüxsarimə cari olar, qallam vəhid, 

Halimə rəhm eyləməz bu dəştidə zalim pəlid, 

Xanimani‐Müctəba olsun, bacı, qurban gərək. 

 

Qolların Əbbasımun bu çöldə eyləllə qələm, 



Ey bacı, artar bu çöldə dərdü möhnət dəmbədəm, 

Öldürüblər bizləri bu dəştidə qövmi‐züləm, 

Dəstgir etsün sizi bu ləşkəri‐üdvan gərək. 

 

Canıma hədsiz yetər bu dəştidə yarə, bacı, 



Qanımı cari edəllə misli‐fəvvarə, bacı, 

Səbr elə, at çapsalar sinəmdə, biçarə bacı, 

Qumlar üstə üç gecə‐gündüz qalam üryan gərək. 

 

Yandıralla xeyməgahi bu Minadə kufəyan, 



Sizləri eylər əsir bu Şimri‐dun bipasiban, 

 

 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə